Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.06.2023  15:19 

O qazı sıxdıranları tapın və cəzalandırın...





A+  A-

Gədəbəydə baş verən məlum hadisə demək olar ki, bütün ölkəni sarsıdıb və ölkənin gündəminə oturub.

Yazılı mətbuat, saytlar və sosial şəbəkələr yalnız bu məsələni müzakirə edir və təbii ki, hamı haqlı olaraq Azərbaycan polisini suçlayır.

Doğrudan da kənd camaatının qarşısına şlemli , qara maskalı, qalxanlı, əllərində bibər qazı və qaz qumbaraları olan bir polisin uzağı əlində daşlardan başqa (o da hamısında yoxdur) heç nə olmayan kənd əhalisinə qarşı rəftarı həqiqətən də Azərbaycan polisi üçün qürurverici bir hadisə deyil. Xüsusilə də ahıl yaşında polisin qabağında yavaş-yavaş gedən qadın və qadınlara arxadan bibər qazı sıxılması hadisənin pik nöqtəsidir.

DİN açıqlama verib ki, həmin polis işçisi cəzalandırılacaq və bundan ötrü Gədəbəyə DİN əməkdaşları göndərilib. Təbii ki, o polis işçisi və yaxud polis işçiləri də tapılacaq və cəzalandırılacaq.

Məsələ nədir?

Məsələ heç də biz bildiyimiz kimi deyil, daha dərindir. Azərbaycan polisi, yəni Daxili İşlər Nazirliyi Azərbaycan dövlətinin bel sütunlarından biridir. Azərbaycan polisinin sarsıldılması və nüfuzdan düşürülməsi dövlətçiliyin sarsıldılması və nüfuzdan düşürülməsi deməkdir. Son illər Azərbaycan polisinin həm 44 günlük Vətən müharibəsində, həm də müharibədən sonra cinayətkarlığa, xüsusilə də narkotiklərə qarşı kəskin və sərt mübarizə aparması alqışlanan olsa da, təbii ki, bir çox dairələri ciddi narahat edir.

Və indi bütün bunlar ona hesablanıb ki, dövlətçiliyin bel sütunlarından biri olan Azərbaycan polisi nüfuzdan düşsün. Və bunu da çox gözəl bacardılar. Bunu necə bacardıqları yazılı mətbuatda, saytlarda və sosial şəbəkələrdə çox aydın görünür.

Bəli, Azərbaycan polisi Ana Vətən dediyimiz analarımıza qarşı ağılasığmaz, kəskin reaksiya verib. Və beləliklə, Azərbaycanın bel sütunlarını laxlatmaq istəyənlərin əlinə dəstəvuz verib. Təbii ki, mən də Azərbaycan polisinin bu hərəkətini pisləyirəm və polisə yaraşdırmıram. Amma hadisə olub. Və bu hadisənin altından çıxmaq da təkcə Daxili İşlər Nazirliyinin gücündə deyil.

Gələk indi məsələyə...

Gədəbəydə qızıl mədənlərindən istifadə edənlər süni göl yaradırlar, özü də ikincisini. Kənd camaatı da buna etiraz edir, bu təbiidir. Mən belə hadisələrin şahidi olmuşam, yolu kəsirlər, əraziyə heç kimi buraxmırlar . Həmin vaxt rayon icra başçısı bir-iki ziyalı ilə, eləcə də deputatı ilə gedir camaatının görüşünə. Təxminən yarım saatlıq söhbətdən sonra əhali yolu açır və iş qurtarır. Görəsən, Gədəbəyin icra başçısı, adını da bilmirəm, heç vacib də deyil baş verən hadisələrdən xəbərsiz idimi? Əgər xəbərsiz idisə O, onlarla Azərbaycana filosof, alim, şair, özü də Ayaz Arabaçı kimi bir şair vermiş Gədəbəyə necə başçılıq edir?

İcra başçısı iki-üç ziyalını və Gədəbəyin deputatını götürüb gedərdi kəndə, məsələni müzakirə edərdi, hər şey də mehriban qonşuluq şəraitində həll olunardı. Etməyib. Bəs, onda bu cənnət Gədəbəyə necə başçılıq edir? Yəqin ki, bu məsələni Prezident Administrasiyası araşdıracaq.

İndi gələk yenə məsələyə...

O camaatı, yəni Söyüdlü camaatını, gölün sahilinə göndərən də və Daxili Qoşunların əsgərlərini ora göndərən də əslində bir əldən idarə olunur. Sözün düzü, qorxuram yazmağa, amma yazıram. FETÖ Azərbaycana xərçəng xəstəliyi kimi yayılıb. Dövlət nə qədər mübarizə aparsa da gücü çatmır. Təhsilimizdə də var, mətbuatımızda da var və cəmiyyətimizdə də var. Əllərində olan külli miqdarda puldan lazımınca istifadə edə bilirlər. Və bunlara qarşı da elə bir kəskin mübarizə aparıldığının şahidi deyilik.

Və həmin FETÖ ölkəni qarışdırmaq, məzhəb davası salmaq üçün əlindən gələni edir. Biz də onlarla bilmirəm nədən yumşaq davranırıq. Ya gücümüz çatmır, ya da onların yüksək dairədə təmsil olunan adamları buna mane olur. O adamlar ki hətta mətbuatı da, sosial şəbəkələri də ələ keçiriblər.

Və bəzən bizim ziyalılar da, eləcə mən də FETÖ-çularla mübarizə aparmaqdan qorxuruq. Çünki onların əleyhinə bir söz deyən kimi trolları tökürlər üstümüzə və təbii ki, bizim də trollarımız yoxdu. İndi yenə deyirəm , o əhalini ora göndərən də və onlara qarşı sərt müqavimət göstərənlər də eyni yerdən idarə olunur. Və təkrar edirəm, bu Azərbaycan polisini, Azərbaycanın bel sütunlarından birini nüfuzdan salmaq məqsədi güdür. Həmin adamları ifşa etməyə təkcə Daxili İşlər Nazirliyinin gücü çatmaz. Bu işdə Dövlət Təhlükəsizlik Xidmətinin də əsas rolu olmalıdır.

Sözümüz daxili işlər naziri Vilayət Eyvazovadır. Hörmətli Nazir, siz qadınların gözünə gözyaşardıcı bibər qazı sıxanları deyil, o qazı sıxdıranları tapın və onları cəzalandırın.

Aqil Abbas
Millət vəkili


Xəbər 1270 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +