Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.06.2023  14:05 

Bəs, mən kimin yanındayam?





A+  A-

İki gündür prosesləri izləyirəm, təhlil edirəm. Gədəbəydə baş verən hadisələrlə bağlı mətbuat nümayəndələri iki hissəyə ayırılıb. Bir hissəsi konspirologiyalar irəli sürür, təxribat izi axtarır, xarici müdaxiləni önə çəkir. Bunlar müxtəlif səbəblər ucbatından hökumət nümayəndələrinin yanında olanlardır. Bir hissəsi isə Gədəbəydə baş verən hadisələri birmənalı şəkildə pisləyib etiraz edir.

Bəs, mən kimin yanındayam? Təbii ki, öz xalqımın, Gədəbəydə döyülən, təhqir edilən nənələrimin yanındayam. Xalqa qarşı törədilən bu hadisəni qətiyyətlə pisləyirəm.

Bəribaşdan deyim ki, mənim vətəndaş mövqeyimdir. Gədəbəydəki hadisələrlə bağlı ayrıca analitik məqaləm olacaq.

Heç kəs mənə dövlətçilikdən və ölkədə gedən proseslərdən dərs keçə bilməz. Zarıyan, qorxan adam deyiləm. Mən 1 il düşmənlə 20 metrlik üzbəüz mövqedə dayanmışam, 9 nəfər əsgərimlə birlikdə bu 2200 metr cəbhə xəttini qorumuşam. Sağlamlığımı itirmişəm. Əllərim əsir. Beynim, ciyərlərim, ürəyim darmadağındır. Bədənimdə cəbhənin deşik-deşik yaraları var. 14 il əvvəl xidmətimi başa vurmuşam, aldığım travmaların səbəbindən bu 14 il ərzində bir gecə olsun belə 2 saat rahat yatmamışam. Komandirim, əsgərim şəhid olub, bu gün də ailəmlə bərabər ağır probemlər məngənəsində boğuluram. Heç vaxt bu dövlətdən maaş almamışam, ömrü boyu da bu dövlətə vergi vermişəm. Atam 40 il fəhlə işləyib, indi 250 manat pensiya alır. Anam evdar qadın olub və onu da Azərbaycan səhiyyəsi qətlə yetirdi.

Bu dövlətin mühüm məqam sahibləri uzun illər ərzində jurnalist və hərbi xidmət zamanı manqa komandiri kimi dövlətimiz üçün taleyüklü məsələlərdə hansı xidmətlərə imza atdığımı yaxşı bilirlər.

İki gün ac-susuz iki əsgərimlə bərabər qarın altına qalmışam. Mən hər gün erməniyə döyüş postundan güllə atmışam, mənə güllə atıblar. Ermənilərlə ilə üz-üzə gəlmişik, yanımdakı əsgərim həyəcandan huşunu itirib, bilməmişəm, onu çiynimə götürüb xilas edim, ya da erməni ilə döyüşüm. Mən dövlətə borcumu yüz qat ödəmişəm, heç kəsə borcum yoxdur. Bu dövlətin bütövlüyünün maraqlarının, mənafeyinin qorunması yolunda mən xəstəliyə tutulmuşam. Dövlət vətəndaşına, aliminə, ziyalısına, əsgərinə, jurnalistinə, müəlliminə, həkiminə, yaşlı qadınlara sahib çıxmalıdır. Ana öləndə Vətən də ölür, Ana söyüləndə Vətən də söyülür, Ananın gözünə yumruq atmaq Vətəni kor etməkdir.

Bütün bunları abrıma qısılıb ona görə yazıram ki, sonra deməsinlər ki, dövlət siyasətinə qarşı çıxırsan. Yox əgər əksini düşünürsünüzsə, gəlin məni də həbs edin! Ailəmə toxunmayın! Və bunu sözgəlişi demirəm. Toxunmayın! Onlardan başqa itirəcəyim heç nə yoxdur. Son vaxtlar mənə etmədiyiniz təzyiq qalmayıb. Ailəm xırda ziyan görsə, mənim üçün dövlət də yoxdur, vətən də! Müxtəlif məmurlarla uzun illərə söykənən əlaqələrimi də tamamilə dayandırmışam. Rahat olun!

İndi gəlin məntiqlə düşünək...



Yaşlı nənələr hara qədər “hücum” edə bilərdi?

Söyüdlü kəndinin yaşlı qadınları öz kəndlərində, örüş sahələrində aksiya keçirirdilər. Ora Bakıdır? Hansı dövlət binasını zəbt edəcəkdilər? Uzağı zavoda qədər gedə bilərdilər də... O zaman bu aksiyanı “inqilab” kimi təqdim etməyə nə gərək var?!

- Aprel ayında Sabirabad sakinləri su probeminə görə etiraza qalxmışdılar

- İyun ayının əvvəlində Dsaşkəsən sakinləri məmurlar tərəfindən otlaq sahələrinin zəbt edilməsinə etiraz əlamət olaraq, aksiya keçirirdilər

- İndi də Gədəbəyin Söyüdlü kənd sakinləri qızıl mədəninin tullantılarının insanları zəhərləməsinə qarşı etiraz edirlər

Söyüdlü sakinləri birdən-birə aksiyaya əl atdılar?

Təbii ki, yox! Onların uzun müddətdir müraciət etmədikləri struktur qalmayıb. Nə başçı qəbul edib, nə Bakıda qəbul ediblər, nə də digər orqanlar onları dinləyib. Bütün hüquqi yollara baş vuran əhali sonda aksiya keçirəndə bunun adı olur “qanunsuz aksiya?”
Hüquq işləməyəndə sonda belə olur da, nə gözləyirdiniz?!

Bəs, biz özümüz hardayıq?

Cənub rayonları öz haqlarını tələb edəndə olur İranın agentləri, şimal zonası etiraz edəndə olur Rusiyanın təxribatçıları, Qərb qalxanda olur Ermənistanın casusları.... Bircə Bakı qaldı, onu da soxuşdurmadığınız yer qalmayıb. Bəs, biz öz xəritəmizin harasındayıq? Xəritəni, dövləti bu qədər zəif göstərmək olmaz axı. Adamı utandırmayın da!

Əhalini sakitləşdirmək üçün sağlam təmas qurulmur

Etiraz edən insanlarla danışıqların aparılmasının metodologiyası düzgün qurulmur. Yenə də polis, icra başçısı, post...




Söyüdlüdə niyə qadınlar qabaqdadır?

Ona görə ki, kişiləri şərləyib həbs eləmək daha asandır. Qabaqlar yaşlı qadınlar getdiyi yerlərdə qan bağlayardılar, indi gözünə qaz vurub yerə sərirsiniz? Bəs, əxlaq, mənəviyyat, mentalitet...

Qadınlar qaldırdığı plakatların savadlılığı bəzilərini niyə narahat edir?

Dedim axı, uzun müddətdir adamlar döyüşürlər. Gədəbəy ən savadlı bölgələrimizdəndir. Oranın başı yaylıqlı qadınları oxumamış alimdirlər, hamısı orta məktəbi əla oxuyublar.

Sonra da övladlarını oxudublar, ölkədə, dünyanın hər yerində Gədəbəyin minlərlə ziyalısı var. Digər tərəfdən, savadlı plakalatlardan niyə qorxuruq?

Nəyi pisdir?

Niyə bu ölkədə öz məişət haqqını tələb edən insanlarda xırda etiraz mədəniyyətinin formalaşmasına imkan vermirsiniz? Utanmadan, o plakatların harada hazırlandığını “xüsusi tapıntı” kimi önə çəkən sərsəm media nümayəndələri də var.

Rayonlarımızın hamısı potensial etiraz məskənidir

Xalq acdır, iş yoxdur, məmurlar bütün otlaq sahələrini zəbt edib. Məmurlar insanların örüşlərini əllərindən alıb özlərinə villalar tikirlər, feramalar yaradırlar. Təbii ki, yaranmış bu durumdan xaricdən kim istəsə faydalan bilər. Amma bu namuslu, ağzı örpəkli yaşlı nənənləri “agent” kimi şərləməyin.

Dövlət bu qədər zəifdir?

“Azadlıq radiosu”nun antiAzərbyacan mövqeyi bəllidir. Amma Azərbaycan dövləti o qədər zəifdir ki, okeanın o tayından gəlib ən strateji ərazilərimizdən birində aksiya təşkil edir? Niyə dövləti bu qədər zəif göstərməyə çalışırsınız? Nə vaxta qədər öz bacarıqsızlıqlarımızı başqalarının üstünə atacağıq?!

Sonda bir çox həmkarlarıma...

Arvad-uşağa çörək qazananda da gərək kişi kimi qazanasan. Evinizə girəndə övladlarınızın üzünə baxıb utanmırsınızsa, daha nə deyim. Azərbaycan mediası bu imtahandan da keçə bilmədi. Rüsvayçı açıqlamalar, Gədəbəydəki hadisələrlə bağlı ABŞ-dan Şri-Lankaya qədər uzanan düşük “şərh”ləriniz ikrah doğurur. “Ziyalı” adı altında bu xalqa soxuşdurulan “media xadimləri” - 4-5 nəfər dostlar yenə də siçan deşiyinə giriblər.

Dövlətimiz üçün SOS!

Ölkənin xarici siyasəti zərgər dəqiqliyi ilə həyata keçirilir. Daxil isə batıb. İş görülməlidir! İnsanlara münasibəti dəyişməlidir! Təlxək, pula görə özünü satışa çıxaran media nümayəndələrini rədd edin. Onların “müdafiə” taktikaları elmə, məntiqə, dövlətçilik prinsiplərinə söykənmir, cəmiyyətdə qıcıq yaradır, xalqda nifrəti artırır, odun üstünə benzin tökürlər.

Samir Feyruzov



Xəbər 1127 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +