Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.06.2023  19:14 

Jurnalistin MİDA-dan ev qazanması, kişinin hamilə ola bilməsi şansı qədərdi...





A+  A-

Hakimiyyətin daxlində olan hansısa qüvvə Prezidentin iradəsinin əksinə gedərək, jurnalistlər üçün tikilən və tam hazır vəziyyətdə olan 3-cü binanı öz halal sahibləri olan media təmsilçilərinə vermək istəmir. Bunun üçün o hoqqa qalmadı ki, çıxarmasınlar. İki il bundan əvvəl 38 nəfərin imzası ilə biabırçı bir siyahı ortaya atdılar. Həmin siyahıya elə adamlara imza atdırdılar ki, apardıqları kampaniya özlərinə qarşı çevrilmiş oldu. Yəni əks effekt verdi.

Çünki siyahıya imza atanların əksəriyyəti jurnalistlər üçün tikilən əvvəlki iki binadan ev almışdılar.

Haqq edən, mediada can qoymuş, həqiqətən evi olmayan və ya mənzil şəraiti acınacaqlı olan bir qrup həmkarımız dirəniş göstərərək, Prezdentin jurnalistlərə paylanması üçün inşa etdirdiyi evin məhz media nümayəndələrinə verilməsi ilə bağlı dirəniş göstərir.

İndi də görün bizim başımızı nə ilə qatmaq istəyirlər? Ədalətsiz mənzil bölgüsünə görə, reputasiyası sıfırdan da aşağı həddə olan MİDA adlı qurumu dövriyyəyə buraxıblar ki, mənzil istəyən jurnalistlərin başlarını qatsınlar.

Bu gün sözügedən qurumun adından bir məlumat yayılıb. Bəzi saytlar da bu məlumatı elə başlıqlarla tirajlayıblar ki, sanki bununla da ehtiyacı olan jurnalistlərin mənzil məsələsi öz həllini tapmış olacaq. MİDA-nın jurnalistlərə təklif etdiyi güzəştli mənzillərlə bağlı şərtlərini oxudum.

Düzünü deyim ki, xəbəri 5 dəfə oxuyandan sonra nəsə anlaya bildim. Çox az sayda jurnalist tapılar ki, həmin kriteriyalara uyğun gəlsin. Mən özümü ağır bir kriteriyalardan birinə uyğun saydım. Şərtlərn birində deyilir: "15 il jurnalist stajın və Media Reysterində qeydiyyatın" olmalıdır. Sevindim ki, sabahdan gedib sənədləri toplayım. Çünki həm stajım 15-ildən çoxdur, həm də Media Reysterində qeydiyyatım var.

Sonra aydın oldu ki, kriteriyalara cavab versən də, sənədləri toplasan da, bu hələ sənə ev vermək anlamına gəlmir. Səni hələ qarşıda böyük biabırçılıqla yaddaşlarda qalan MİDA-nın təşkil etdiyi mənzillərlə bağlı oyunda iştirak gözləyir. Bilirsiniz ki, orada da sistem açılmağı ilə evlərin satılmağı bir olur.

Sizcə, sənədləri qaydasında olan Məhəmmədəli Qəribli kimi zavallı bir jurnalst 7-8 saniyəyə oradan ev uda bilər? Bunu təşkil edənlər, onsuz da şərtləriniz ağırdı və evləri pulla satacaqsınız. Heç olmasa elə edin ki, kriteriyalara uyğun gələn jurnalstlərə konkret mənzillər təklif olunsun.

Adam ödənişini edib, girib mənzilində yaşasın, sonra da aylıq ödənişinizi etsin. Yoxsa, jurnalisti öz çirkin oyunlarınıza niyə cəlb edirsiniz? Bundansa yazardınız ki, evlər ancaq hamilə olan kişi jurnalstlərə veriləcək.

Deyəcəksiniz ki, heç hamilə də kişi olar? Bəli, olmaz! Əmin olun ki, hamilə kişi olmadığı kimi, sizin MİDA-dakı yarışmanızdan mənim kimi bir jurnalistin 7-8 saniyəyə ev qazana bilməsi də mümkünsüzdür...

Məhəmmədəli Qəribli

Xəbər 495 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +