“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


14.06.2023  09:19 

Təhsilimizin “qulağı”ndan asılan sırğa...





A+  A-

Sosial şəbəkələrdə müəllimə zinət əşyalarının taxılmasının videoları yayılır. Hərə bir söz yazır. Etiraz dalğaları səngimir. Əslində isə, etiraz edənlərin əksəri övladları oxuduğu müddətdə süpürgə pulu, fond pulu, təmir pulu adı ilə çoxdan, özləri də bilmədən öz qızıl paylarını təhsil sisteminin “boynu”ndan, “qulağı”ndan “asıblar”.

Sadəcə əvvəlkindən fərqli olaraq etiraz doğuran odur ki, adətən, təhsil sisteminin “qulağı”ndan asılan sırğa bu dəfə konkret adamın - müəllimin qulaqlarından asılıb...

Övladını bağçaya qoymuş birindən soruşuram ki, aylıq nə qədər ödəniş edirsiniz? Deyir ki, 270 manat bağçaya veririk, 30 manat da müəllimə. Sual edirəm ki, axı ödənişli bağçada əlavə olaraq müəllimə pul verməyin mənası nədir? Söyləyir ki, o pulu verəndə müəllim uşağa qarşı xoşrəftar olur. Müəllimin xoşrəftarlığının özünü necə büruzə verməsi ilə maraqlananda isə deyir ki, səhər uşağı bağçaya təhvil verəndə onu gülə-gülə qəbul edir, axşamtərəfi evə yola salanda sağollaşıb əl yelləyir. Deməli, biz 3-4 yaşlı balalarımıza – o pak, məsum övladlarımıza belə təbəssümü 30 manat rüşvətlə alırıq. Hətta üstündə bonus olaraq əl yelləmək də olur... Əgər otuz manatı verməyə imkanınız olmasa, uşağınız 6-7 saat ərzində gülüş üzünə həsrət qalacaq və ətrafındakı başqa uşaqlara paylanan təbəssümdən ona pay düşməyəcək. Hər şeyin – hətta təbəssümün də pulla alındığını bu gün hiss edən, sabah görən, biri gün anlayan uşağın uzaq gələcəkdə rüşvətə ana südü kimi halal nemət təki baxması çox təbiidir...

Orta məktəbdə əksər müəllim öz fənnindən yanına əlavə məşğələyə gəlməyən, başqa repetitordan öyrənən uşaqları sinifdə gözümçıxdıya salır. Bəzi valideynlər müəllimin könlünü almaq üçün eyni fənnən övladına iki repetitor tutur; Uşaq həm seçdiyi müəllimin yanına əlavə məşğələyə gedir, həm də məktəb müəlliminin. Beləcə həmin uşaq fənnən əvvəl riyakarlığı, kimisə yola verməyi, ürəyi istəməyə-istəməyə nəyəsə razılaşmağı öyrənir...

Livanlı yazıçı Amin Maalofun “Afrikalı Leon” adlı romanı var. Romanın qəhrəmanının iki arvadı olur. Müharibə dönəmində köç etməyə məcbur qalanda kişi evdəki qızılları ikinci arvadının - təzənin belinə yun şal ilə sıx bağlayır. Bu halda birinci arvad paxıllıqdan bilmir neyləsin. Düşünür ki, bu qədər varı-dövləti bir yerdə yığsaq da, təzə arvad şirin olur deyə kişi olan-qalanını onun belinə bağladı. Yolda onların qarşılarını quldurlar kəsir; kişiləri yoxlayırlar, arvadlara toxunmaq haram sayıldığına görə onlara əl vura bilmirlər. Quldurlar arvadlara deyirlər ki, çıxın arabanın üstünə və yerə tullanın. Belə olan halda arabadan tullanan arvadın belindəki qızıl cingildəyir və onları quldurlara verməli olurlar.

Nədənsə, müəllimin qulağına taxılan sırğanı görəndə, Azərbaycan təhsilinin o kadr timsalındakı obrazını, həmin arabadan tullanan və belində gizlətdiyi qızılları cingildəyən qadının üzünə bənzətdim... Həqiqət isə ikinci arvadın üstündəki qızılların tapılmasınından sevinən birinci arvadın ürəyindən çıxan tikandır: elə sənə (sizə) bu da azdır... Həmin videonu görəndə bu fikir də beynimdən keçdi: Bizim millətin böyük əksəriyyəti çox vaxt qızılı dar günü üçün alıb saxlayır ki, birdən haçansa əli dara düşsə, satıb pul eləsin və ağır vəziyyətdən xilas olsun. Sanki Azərbaycan təhsilini qara günlər gözlədiyindən duyuq düşən uzaqgörən xalqımız indidən həmin günlər üçün qızıl tədarük edir...

Fərid Hüseyn,
“Qafqazinfo”

Xəbər 508 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +