Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


13.06.2023  16:36 

Adil Əliyev: “Nə tikinti, nə də başqa bir biznesim var“





A+  A-

Milli Məclisin sədr müavini Adil Əliyev son günlər mətbuatda adının tikinti şirkətlərindən biri ilə hallanmasına aydınlıq gətirib.

XəzərNews.az xəbər verir ki, bununla bağlı açıqlama yayan A. Əliyev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Əziz dostlar, bildiyiniz kimi, Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün hazırda Mərakeş Krallığında rəsmi səfərdəyəm. Təəssüf ki, kimlərsə məni məqsədyönlü şəkildə tikinti şirkəti ilə əlaqələndirməyə cəhd edirlər. Hər kəs bilir ki, mənim nə tikinti, nə də başqa bir biznesim var. Bu gün köməkçilərim tərəfindən sözügedən ünvan ziyarət edilib və vətəndaşla söhbət aparılıb. Vətəndaş videomüraciətində adımı yanlışlıqla çəkməsini və müraciətinin qarşılaşdığı haqsızlıqla bağlı olduğunu bildirib. Vətəndaşların müraciətləri qeydiyyata götürülüb və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti addımlar atılır".

Xəbər 675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +