“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


12.06.2023  17:48 

Taksiyə kasub-kusubun minməyi səni niyə incidir?





A+  A-

Belə anladım ki, taksiyə minməyimiz bəzi deputatları və məmurları ciddi narahat edirmiş. Hər adam taksiyə mənə bilməzmiş...

Bu gün parlamentin komitə iclasında ağızlarına gələni danışıblar. Bir cümlələrində belə məntiq yoxdu.

Camaat taksiyə niyə minir?

Çünki sənin ictimai nəqliyyat sistemin bərbaddı. Məsələn, mən işə taksi ilə gələndə uzağı 25 dəqiqəyə, avtobus və metro ilə gələndə saat yarıma çatıram. Gün ərzində 3 saatım yollarda gedir. Hələ yorğun-arğın gözləməyimi, sonda belimdə 3 nəfəri daşımağımı demirəm. Metroda, avtobusda bilmirsən hansı tərəfə necə əyiləsən, büküləsən ki, kiminsə ora-burasına toxunmayasan. Havasızlıqdan yalan olmasın, ürəyin dəqiqədə 700 dəfə döyünür.

Bakıda taksi çox imiş... Alternativ nəyin var? Bəlkə də yeganə rəqabət olan sahədi. Niyə darmadağın edirsiniz? Bu qədər insan evinə çörək aparır taksi sürməklə.

Rayonda doğma yuvasını, bağ-bağatını qoyub, gəlib Bakıda çürümüş mənizllərdə kirayədə qalır, gecə-gündüz maşın sürür ki, nəsə qazana bilsin. Niyə gəlib Bakıya?

Çünki əkdiyini becərə bilmir, su tapılmır, becərdiyini sata bilmir. Bakıda 2 manata satılan məhsulu kənddə 30 qəpiyə verməyə adam tapmır.

Taksometr məcburi olacaqmış... Axı bunu illər əvvəl "badımcan"larda yoxladınız. Biabırçılıq oldu. Sərnişini çox pul yazsın deyə dolanbac yollarla apardılar, sayğaca barmaq elədilər və s. İndiki problem taksometrlə bağlı deyil axı...

Əsas iki problem var. Hər yetənin taksi sürücüsü ola bilməsi, şirkətlərin şikayətlərdən nəticə çıxartmaması. Bunu da çox rahatlıqla həll edə bilərdik. Bütün dünyada necə ediblərsə, o cür.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri deyir ki, dünyanın heç yerində bu qədər ucuz taksi xidməti yoxdu. Əziz qardaş, səni nə narahat edir? Şirkətə sərf edir də. İşçi də, sərnişin də məmnundu. Sən niyə narahatsan? Niyə dünyanın ən bahalı internetinə, ən bahalı rabitə sisteminə görə narahat deyilsən? Niyə operatorların camaatı soğan qabığına çevirdiyini görmürsən? Taksiyə kasub-kusubun minməyi səni niyə incidir?

Bəli, bu doğru qərardır ki, ölkəmizdə beynəlxalq şirkətlərin mütləq rəsmi nümayəndəliyi olmalıdı. Bununla razılaşmayan şirkət ölkəyə buraxılmamalıdı. O da var ki, "Uber" və "Bolt" kimi şirkətlər vasitəsiylə hər ay küllü miqdarda vəsait ölkədən kənara çıxır. Amma bu problemlər öz insanını qamçılamaqla həll edilməməlidir axı.

Bəxtiyar Firuzə

Xəbər 567 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +