“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


28.05.2023  21:42 

Vətəndaşın mülkiyyət hüququnu pozan vəzifəli şəxslər barədə hesabat hazırlandı





A+  A-

Azərbaycanın bölgələrində mülkiyyət hüququnun vəziyyətinə dair müfəssəl hesabat hazırlanıb.

XəzərNews.az .az xəbər verir ki, hüquq müdafiəçisi Teyyub Mirqasımov, hüquqşünas Ruslan Mustafazadə və müstəqil ekspertlər qrupu tərəfindən hazırlanan hesabat müxtəlif üsul və vasitələrlə aparılmış monitorinqin nəticələrini əks etdirir.

Monitorinq Azərbaycan Respublikasının ərazisində mülkiyyət hüquqlarının pozulması hallarının aşkar edilməsi, pozuntuların baş vermə səbəblərinin araşdırlması və qanunsuzluqların aradan qaldırılması, təkrarlanmaması üçün təkliflərin hazırlanması məqsədi ilə həyata keçirilib.

Monitorinq aşağıdakı prinsiplər əsas götürülərək hazırlanıb:

- Qanunvericiliyin araşdırılması;

- Məhkəmə qərarlarının, əsasən də AR Konsitutusiya Məhkəməsinin qərarlarının araşdırlması;

- Mülkiyyət hüquqlarının pozuntusuna dair yerli kütləvi informasiya vasitələrində (həmçinin elektoron KİV-klərdə) gedən məlumatların toplanması;

- Qabaqcadan müəyyən edilmiş inzibati zonalarda mülkiyyətçilər arasında anket sorğularının təşkili;

- İnsan hüquqlarının müdafiəsi sahəsində (əsasən də mülkiyyət hüquqlarının müdafiəsi sahəsində) ixtisaslaşmış yerli və beynəlxalq təşkilatların məlumatlarının ümumiləşdirilməsi;

- Dövlət orqanlarına sorğuların göndərilməsi;

- Qabaqcadan müəyyən edilmiş inzibati ərazilərdə çalışan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri (vəkillər) arasında sorğuların təşkili və sair.

Hesabat hazırlanarkən Qax, Qusar, Goranboy, Yardımlı, Beyləqan və digər rayonlar üzrə də mülkiyyət hüquqlarının pozulmasına dair ayrı-ayrı faktların toplanması və ümumiləşdirilməsi həyata keçirilib. Bundan əlavə, ölkədə fəaliyyət göstərən KİV-lərdə, həmçinin digər elektron informasiya vasitələrində mülkiyyət hüququna dair yer alımış materiallar nəzərdən keçirilib, onların monitorinqi aparılıb.

Ekspert qrupunun gəldiyi qənaətə görə, monitorinq zamanı toplanmış materialların qiymətləndirilməsi göstərir ki, vətəndaşların mülkiyyət hüququnu pozan vəzifəli şəxslərin cəzalandırılması istiqamətində təsirli addımlar atılmır. Yəni, onlar dəfələrlə qanunsuzluğa yol versələr də, həmişə cəzasız qalırlar. Bu isə mənfi tendensiyaya səbəb olur və neqativ halların təkrarlanmasıyla nəticələnir.

Hüquq müdafiəçisi Teyyub Mirqasımov deyib ki, monitorinq zamanı vətəndaşların hüquqi bilgilərinin məhdud olması üzə çıxıb. Məlum olub ki, öz hüquqlarını bilməyən insanların lazımi hüquqi yardım almasında da problem var: “Bölgələrdə vətəndaşların hüquqi yardıma çıxış imkanları çox aşağıdır. Bu problem regionda özünü daha qabarıq şəkildə göstərir. Bununla paralel olaraq, vətəndaşların pozulmuş hüquqlarının bərpasına dair hüquqi maarifçilik işinin səviyyəsi olduqca aşağıdır”.

Hüquqşünas Ruslan Mustafazadə qeyd edib ki, qiymətləndirmə zamanı qanunvericilikdə vətəndaşlara verilmiş mülkiyyət hüquqlarının müxtəlif formalarda pozulduğu aşkar edilib. Onun sözlərinə görə, əsas problemlərdən biri də odur ki, mülkiyyət hüququna dair pozuntuların araşdırılmasına dair məhkəmə prosesləri bəzi hallarda uzun müddətə aparılır və bu halda ağla batan müddət ötmüş olur.

Müstəqil ekspertlər tərəfindən hazırlanan hesabatda vurğulanıb ki, qiymətləndirmə zamanı hüquqlarının pozulduğunu iddia edən mülkiyyətçilərin təxminən 33,9% faizi bələdiyyələrin qanunsuz müdaxilələrindən şikayətçi olmuşlar. Monitorinq dövründə həmçinin mülkiyyətçilərə öz mülkiyyətlərində olan əmlaka dair rəsmi sənədlərin alınmasna dair süni maneələrin yaradıldığı da aşkar edilmişdir.

Ən çox rastlanan digər bir problem isə yerli icra hakimiyyətləri tərəfindən edilən qanunsuz müdaxilə və təzyiqlər, bələdiyyələrin bağlanmış icrarə müqavilələrini əsassız şəkildə ləğv etmələri, örüş torpaqlarının kütləvi şəkildə satılması, heyvandarlıq təsərrüfatlarının otlaqlardan məhrum olması, suvarma sularının kəsilməsi və suyun məmurlara məxsus boyük təsərrüfatlara yönləndirilməsi olmuşdur.

Hesabatda törədilən pozuntuların statistikası da öz əksini tapıb. Monitorinjq zamanı məlum olub ki, pozuntuların 38,7 faizi fiziki və hüquqi şəxslər, 33,9% faizi bələdiyyələr, 27,4 % faizi müxtəlif dövlət orqanları tərəfindən edilən müdaxilələr nəticəsində baş verib.


Xəbər 193 dəfə oxunub.




29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +