“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


08.06.2023  18:47 

Təhsil Nazirliyinə çətin suallar – KÜNCDƏN BAXIŞ





A+  A-

Orta məktəblərin 1-ci sinifə qəbul imtahanı zamanı nazirliyin körpələrə akademik suallar verməsi haqda sosial şəbəkədə yazdığım status Təhsil qruplarında geniş müzakirə olunur. İstifadəçilərin 99 faizi bu biabırçılığı tənqid edib və mənim fikirlərimi dəstəkləyib. Bəzi valideynlər və müəllimlər isə deyir ki, bəs zaman dəyişib, uşaqlar gərək bunları hələ danışmağı öyrənməmişdən əvvəl bilə.

Hə vallah, baxın, avropalılar necə axmaqdır, 5-ci sinifədək uşaqlara belə şeyləri öyrətmirlər. Xüsusən də, dünyanın ən güclü təhsilinin olduğu Finlandiya. Necə böyük səhv edirlər. Ən doğrusu bizdədir. Ona görə də, uşaqlarımızın 90 faizi 5 ballıq sistem üzrə 1-2 qiymətdən o yana keçə bilmir.

Mən təklif edirəm ki, ana bətnində uşağa kimya, astronomiya, həndəsə kimi elmləri öyrədək, uşaq doğulan kimi də ona tətbiqi riyaziyyat, molekulyar biologiya və kvant fizikasını öyrədək. Baxçada isə astrofizikanı, antimaddə texnologiyasını, parapsixologiyanı, dini-fəlsəfi cərəyanları, geologiyanı, ezoterik elmləri öyrədək ki, yaradılışın sirlərinə vaqif olsun və 1-ci sinifə qəbul ola bilsin. Ayıbdır, zamandan geri qalar ey.

Ümumiyyətlə, ölkədə orta təhsil məcburi olduğu halda 1-ci sinifə qəbul imtahanı nə deməkdir? A kişi, nəyi və niyə imtahan edəcəksən? Bu körpə məktəbə elə A, B hərflərini, 2-nin üstünə 2 gəlməyi öyrənməyə gəlir də. Akademiyaya qəbul olunur?

Məktəbə qəbul zamanı yalnız uşağın danışa bildiyi, deyilən sözləri qavradığı, ağır psixi probleminin olub-olmadığı yoxlana bilər ki, belələri üçün xüsusi tədris proqramı olan məktəblər olur. Yoxsa, 6 yaşlı körpədən hansı planetlərin soyuq, hansının isti olmasını, qəliz coğrafi bilikləri, böyüklərin belə cavab verə bilmədiyi məntiqi sualları niyə soruşursan ki? Məqsədin nədir, fikrin nədir, nə etmək istəyirsən ki?

İndi gəlin mən sizə çox asan suallar verim cavablandırın.

1. Ağır fəsadlar verən və orta təhsilin məhvinə səbəb olan bu əcaib təhsil proqramını hardan, hansı ölkədən götürüb tətbiq edirsiniz? Dünyanın heç bir ölkəsində belə sistem yoxdur.

2. Kurrikulum adı verdiyiniz bu sistem məktəblərdə ağır vəziyyət yaradıb, müəllimlər gecə gündüz istismar olunur, şagirdlərin beyni xarab olur, valideynlər xərcə və əziyyətə düşür, ortada isə heç bir müsbət nəticə yoxdur. İmtahanların nəticəsi bunu sübut edir. Utanmırsınızmı?

3. Ali məktəbə qəbulun yalnız repetitorların sayəsində mümkün olduğu aydın olandan sonra daha bu nə ekspertimentlərdir təhsilin başında aparırsınız? İllərdir, ekspertlər deməkdən yoruldu, müəllimlər, valideynlər, şagirdlər şikayət etməkdən yoruldu, heç eyninizə də deyil. Usanmırsınızmı?

4. 1-ci sinifdən uşaqlara 3 dil və informatika (!) keçilməsi, şagirdlərin çoxsaylı ağır dərslərlə məktəbdə və evdə maksimum yüklənməsi açıq psixotron terror deyilmi və bunda məqsədiniz nədir ki?

5. Uşaqların dəftər kitablarla doldurduğunuz çantanı ağırlıqdan qaldıra bilmədiyindən çoxunun skalyoz olması fiziki terror deyilmi və bunda məqsədiniz nədir ki?

6. Şagirdyönümlü təhsil deyə-deyə uşaqlara mütləq hegemonluq ixtiyarı verib müəllimi niyə sındırmısınız, məktəbin əlindən tərbiyə və tənbeh funksiyasını niyə almışınız ki?

7. Müəllimləri tez-tez attestasiya və imtahanlarla niyə yorursunuz ki? Öz verdiyiniz diplomları zibil parçası sayırsınız? Yoxsa 50 ilin müəllimini təzədən öyrətmək fikrindəsiniz?

8. Yaşı və təcrübəli müəllimləri niyə məktəbdən didərgin salmağa çalışırsınız ki? Bunda məqsədiniz nədən ibarətdir?

9. Dərsliklərin bərbad vəziyyətdə olması, səhvlərlə dolu olması, dolaşıq olması ilə bağlı 20 ildir ortada olan problemi niyə həll etmirsiniz ki?

10. Bu qədər ciddi problemlərdən bircəciyi hər hansı bir ölkədə olanda həmin nazirliyin rəhbərləri istefa verir. Siz niyə istefa vermirsiniz ki?

Görəsən, bu suallara cavab verməyə cəhd edəcəksiniz, yoxsa indiyədək, bizə danışdığınız nağılları davam etdirəcək, o həmkarımızın sizə dediyi kimi, çoxlu danışıb heç nə deməmək prinsipini davam etdirəcəksiniz?

Elçin Bayramlı
TvPress.Az


Xəbər 1117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +