“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


01.06.2023  14:04 

Uşaq pulu: Bizdə və qonşu ölkələrdə...





A+  A-

Bu məsələ 20 ildən çoxdur ki, həm parlamentdə, həm mediada, həm ictimai dairələrdə müzakirə olunur, lakin hələ də bununla bağlı yekun qərara yoxdur. Halbuki, dünyanın əksər ölkələrində uşaqpulu verilir. Bu, dövlətin demoqrafik vəziyyəti sağlamlaşdırması, əhali artımının stimullaşdırması, sağlam gələcəyə kapital yatırılması tədbiri kimi nəzərdən keçirilir.

Əvvəlcə, bəzi ölkələrdə bu sahədə mövcud vəziyyəti nəzərdən keçirək.

Rusiyada 1-ci uşağa bizim pulla götürdükdə 7 min manat, 2-ci və sonrakı uşaqların hər birinə 11 min manat, 3-cü uşağa görə 17 min manat birdəfəlik ödəmə verilir. 3 dən artıq uşağa görə ev, torpaq sahəsi, avtomobil həmçinin digər sosial imtiyazlar verilir. Bunun üstünə hər uşağa görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur. Qeyd edək ki, birdəfəlik ödəniş və aylıq müavinətlər regionlardan asılı olaraq dəyişir.

Digər keçmiş SSRİ respublikalarındakı vəziyyətə baxaq.

Belarusda 1-ci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 368 rubl (335 manat) birdəfəlik kompensasiya ödənilir. Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.

Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. 3 və daha çox uçağı olan ailələrə bir sıra başqa güzəştlər verilir.

Ukraynada ailədəki 1-ci uşağa görə ödənilən məbləğ 1800 dollar, 2-ci uşağa görə 3750, 3-cü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda 1-ci uşağa görə 12 ay, 2-ciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir.

Ermənistanda əgər 1-ci və 2-ci uşaq üçün birdəfəlik 135 dollar müavinət verilirsə, 3-cü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 100 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 100 dollar təşkil edir.

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro (1120 manat) müavinət verilir. Bu ölkədə uşaqların müdafiəsi üçün xüsusi dövlət orqanı fəaliyyət göstərir və onların sağlam və təhsilli böyüməsi üçün layihələr həyata keçirir.

Ümumiyyətlə, əksər ölkələrdə uşaq doğulmasına görə iri məbləğdə birdəfəlik ödəniş, təxminən yaşayış minimumu qədər də aylıq müavinət ödənilir.

Bizdə də belə bir təcrübə olub. Sosialist respublika dövründə əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, aylıq uşaqpulu ödənilir, "Qəhrəman ana"lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından qabaq təqaüdə çıxarılırdı.

SSRİ-nin dağılmasından sonra yaranmış ağır sosial-iqtisadi problemlər ucbatından bunlar ləğv olundu. Sonralar "südpulu" deyilən ödəmə bərpa olundu və hazırda bu 300 manat təşkil edir. Lakin bu birdəfəlik ödəmədir və uşağın 1 aylıq xəricini belə ödəmir.

Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır- yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 50 faizdir. 2 uşaqlı ailələrin çəkisi də azı 2 dəfə artıb.

Azərbaycanda 15-49 yaş arası hər 1000 qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Belə ki, bu göstərici 1992-ci ildəki 111-dən son illərdə 60-a düşüb. Azalma davam edir.

Uşaq doğulmasına görə, birdəfəlik yardımın artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bizdə bunu etmək üçün hər cür imkanlar var.

Fikrimcə, uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı olunmalıdır. Ölkəmizin artan gəlirləri buna imkan verir. İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq.

Elçin Bayramlı
TvPress.Az


Xəbər 1706 dəfə oxunub.




29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +