“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


01.06.2023  10:00 

Rəis müavini korrupsiya əməlinə yol verib?





A+  A-

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev korrupsiya əməlinə yol verməsi faktına görə vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi başlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Gununsesi.info -nu məlumatlandıran mənbə qeyd edir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dünən əmr imzalayıb.

Komitə sədrinin 1000/349Ş nömrəli əmrində deyilir:

Müvafiq cinayət işi üzrə barəsində xidməti araşdırılma aparılması ilə əlaqədar olaraq, “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 56-cı maddəsinə əsasən əmr edirəm:

Mehdiyev Arif İbad oğlu Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsindən azad olunsun. Onun informasiya sistemində elektron imzadan istifadəsinə məhdudiyyət qoyulsun”.

Qeyd edək ki, hələ bir neçə gün öncə Şahin Bağırovun gömrük polkovnikinin korrupsiya əməliyyatını ifşa etməsi haqda xəbər yaymışdıq. Xəbərdə bildirilirdi ki, gömrük polkovnikinin 150 min manatlıq korrupsiya əməlinin üstünü elə Dövlət Gömrük Komitəsinin özü açıb.

Məlum olub ki, regional idarənin rəis müavini Arif Mehdiyev qardaşı sahibkar kimi fəaliyyət göstərən Akif Mehdiyevə məxsus “Bayn Trading” MMC vasitəsilə xarici ölkələrin birindən Azərbaycana bahalı parça gətirilib.

Lakin gömrük sənədləşməsində həmin parçanı tül kimi sənədləşdirərək, real qiymətini bir neçə dəfə azaldıblar. Beləliklə, 150 min manata yaxın vəsaiti gömrük orqanlarından yayındırılıb.

Araşdırmalar zamanı Arif Mehdiyevlə bərabər digər şəxslərin də əməlinə hüquqi qiymət veriləcək.

Xəbər 567 dəfə oxunub.




29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +