Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


19.05.2023  14:34 

Bəlkə də onlar Vasif “xan”ı çoxdan satıblar...





A+  A-

Seymur Talıbovun qarnını irəli verib bahalı qalstukunu yelləyə-yelləyə Naxçıvan Ali Məclisinin binasına gedərkən çəkilmiş görüntüləri izləmisinizmi?

Mən izlədim və çox mütəəssir oldum.

Ona görə yox ki, ətrafdakı insanlardan heç biri Seymuru saymadı, ona salam vermədi. Hər kəs əkdiyini biçir. Əgər Seymur Talıbov vaxtında atasının kölgəsində qalmasaydı, yəni el-oba ilə ünsiyyət qurub camaatın hörmətini qazansaydı, biz bu gün fərqli mənzərənin şahidi olardıq.

Naxçıvanlıları başa düşmək olar, Vasif “xan” uzun illər onlarla rəiyyət kimi davranıb. Camaatı adam yerinə qoymayıb, istədiyini tutdurub, istəmədiyini Naxçıvandan qovdurub. Onun icazəsi olmadan heç kimi oğul-uşağına toy edə bilməyib, onun razılığı olmadan heç kimin üzü gülməyib. Naxçıvan xanlıq qanunları ilə idarə olunanda minlərlə insan ev-eşiyindən, isti yuvasından didərgin düşüb. Təkcə uzaq 90-cı illərdə deyil, elə indinin özündə də İğdırda hər üç adamdan ikisi Naxçıvan ləhcəsi ilə danışır. Onlar Vasif “xan”ın zülmündən qardaş ölkəyə pənah aparan zavallı insanlardır. İstanbulda dözülməz iş qrafikinə malik olan bircə zavod, fabrik tapmazsan ki, zəhmətkeş naxçıvanlılar orada alnının təri ilə pul qazanmasın. Bax, buna görə naxçıvanlılar soyadı Talıbov olan adamları sevmirlər, onlara salam vermirlər.

Mənim oxucum ayıq-sayıqdır, ağı qaradan seçməyi bacarır. Yəqin indi ürəyindən bu sual keçir: əgər Vasif Talıbov naxçıvanlılara bu qədər zülm edibsə, müəllif onun oğluna salam verilmədiyinə görə niyə mütəəssir olub?

Mən yazım, siz oxuyun. Razılaşsanız da sağ olun, razılaşmasanız da...

Naxçıvanda heç də hamı haqsızlıqdan, hüquqsuzluqdan bezib muxtar respublikanı tərk etməyib. Layiq olmadığı halda Talıbov tərəfindən irəli çəkilən, vəzifəyə təyin edilən, babasının da görmədiyini var-dövlətə, sərvətə yiyələnən xeyli adam var. Əminəm ki, o gün Seymuru görəndə üzünü yana çevirən, özünü görməzliyə vuran adamların bəziləri vaxtilə Vasif “xan”ın ədalətsiz idarəçiliyindən yararlanan, varlanan şəxslərdir. Bəs onlar niyə gənc Talıbova salam vermədilər?

Görəsən, Azərbaycanda bu sualın cavabını bilməyən var?

Əgər bir nəfər varsa, onun üçün yazıram: Çünki Seymurun atası taxtdan düşüb, daha əvvəlki kimi qılıncının dalı da, qabağı da kəsmir. Bizim ölkımizdə taxtdan düşmək atdan yıxılmaq kimi bir şeydir, mütləq ayaq altda qalacaqsan.

Bax, məni mütəəssir edən də budur. Vasif Talıbovun sayəsində vəzifədə olan, varlanan adamlardan bircəciyi dilinin ucu ilə onun oğluna salam vermədi. Bəlkə də onlar Vasif “xan”ı çoxdan satıblar.

İndi Azərbaycanda adam satmaq soğan satmaqdan asandır...

Seymur Verdizadə
Yenisabah.az

Xəbər 738 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +