Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.05.2023  12:29 

Sülh kimin başını yeyəcək: Paşinyanın, yoxsa revanşistlərin?..





A+  A-

Görünən budur ki, bəli, sülh həqiqətən də qurban tələb edir...

Nikol Paşinyanın indiyə qədər qətiyyət göstərib Azərbaycanla yekun sülh sazişinin imzalaya bilməməsinin əsas səbəblərindən biri artıq öz təsdiqini tapdı. Adam sülh sazişini imzalayarsa, ya onun özünü, yadaki ailə üzvlərindən hər hansı birini (misal üçün oğlunu və ya xanımını) radikal-revanşist erməni qüvvələri qətlə yetirməyə çalışacaq.

Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu günlərdə keçirilən Brüssel görüşündə və daha sonra isə Avropa Şurasının Reykyavikdə keçirilən sammitində Nikol Paşinyanın Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdığını ard-arda bəyan etməsi və Çexiyanın “Respekt” nəşrinə müsahibəsində "Azərbaycan və Türkiyə ilə münasibət qurmalıyıq" açıqlamasını verməsi revanşist-terrorçu erməni qüvvələrini hərəkətə gətirib.

Ötən gün “Oğulların çağırışı” adlı yarımleqal erməni terror təşkilatınin üzvlərinin Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa çalışması da onu göstərir ki, "Noyan-Tapan" televiziyasının, "Radio Van"ın efirindən tez-tez qızışdırıcı açıqlamalar verən, "Mənim allahım erməni əsgəridir" revanşist-davakar fikir səsləndirən Vladimir Poqosyan kimi radikallar başda olmaqla Ermənistanın bütün revanşist-terrorçu qüvvələri sülh prosesini pozmaq və Paşinyanı devirmək üçün son həmləyə start veriblər.

Belə bir kritik şəraitdə Ermənistan baş nazirinin yekun sülh sazişini imzalamağa qərar verməsi əlbəttə ki, mümkünsüzdür.

Məsələ burasındadır ki, Paşinyan erməni xalqı arasında reytinqinin yüksək olduğu dönəmlərdə Robert Köçəryan və Serj Sərkisyan kimi müharibə canilərini həbs etdirməklə bərabər, erməni terror mərkəzlərinin də kökünü qurutmalı və millətçiliyi, türkofobiyanı körükləyən erməni kilsəsinin rəhbərliyini liberal-tolerant ruhanilərlə əvəzləməliydi. Habelə Ermənistanın konstitusiyasından erməniləri işğalçılığa, türkofobiyaya yönləndirən maddələri çıxarmalıydı.

Lakin Paşinyan isə bunların heç birini etmədi. O, zamanında belə bir mühüm addımları atmaqda gecikdi. Budur, Paşinyanın bu böyük səhvinin ağır nəticəsi artıq göz qabağındadır.

Revanşist-terrorçu qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsindən keçən son 3 ilə yaxın müddət ərzində (Fransanın, Rusiyanın və İranın dəstəyi ilə) özlərini toparlayıb, bir xeyli dərəcədə güclənməyə müvəffəq olublar. Və bu qüvvələr indi artıq "X saatı"nın yetişdiyini düşünür və nəinki Paşinyanın özünün həyatı üçün, hətta onun ailə üzvləri üçün də böyük təhlükə mənbəyinə çevrilir.

Beləliklə, həlledici an yaxınlaşır. Erməni faşist-millətçiliyi ya Paşinyanın şəxsində yeni erməni siyasi elitası tərəfindən sonuncu (həlledici) zərbəni alaraq tarixə gömüləcək, yadaki Paşinyanın özünü terror yolu ilə zərərsizləşdirərək yenidən Ermənistanda hakimiyyətə gələcək və "Miatsum"un ikinci dalğasına start verməyə çalışacaq.

Odur ki, hazırkı an Ermənistanın revanşist-terrorçu qüvvələri üçün "olum, ya ölüm" anı sayılır.

P.S.
İnqilab qurban tələb etdiyi kimi sülh də qurban tələb edir. Baxaq görək gözlənilən sülh kimin başını yeyəcək: Paşinyanın, yoxsa revanşistlərin?..

Bəybala Mirzəyev


Xəbər 560 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +