Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.05.2023  16:03 

Səfəryan Moskvanı niyə şantaj edir?





A+  A-

Ermənistan yenə cəsarətlənərək, rəsmi Moskvaya xox gəlməyə başlayıb. Buna "xox" deməyə dilim gəlmir, ancaq "şantaj" demək olar: KTMT-dən çıxmaq İrəvanın siyasi kuluarlarında onsuz da son vaxtların xeyli populyarlaşmış söz-söhbəti idi, bu dəfə isə, Kremlə silahlarla bağlı suallar intensivləşib.

Üstəlik, ermənilər bunu son dərəcə üstüörtülü və hiyləgər şəkildə etdiklərini düşünürlər, ancaq hər dəfə də dəvəquşu effekti ortaya çıxır. Belə ki, baş nazir Nikol Paşinyan bir tərəfdən Ermənistanın KTMT-nı tərk etmək ehtimalları barədə danışır, o yandan da xarici işlər nazirinin müavininə göndərmə edir ki, sən də, Rusiyaya pulunu ödəyib hələ də ala bilmədiyimiz xeyli sayda silah-sursatdan danış. Deyir, açıq mətnlə soruş gör bizim silahlarımız niyə ortalıqda yoxdur, hardadır satın aldığımız silahlar?!

Bərəkallah! Hünərə bax da bu Paşinyanda! Gör nə hallara qaldı Putin isteblişmenti.

Qətiyyən elə fikirləşməyin ki, ironiya ilə yazmaqda məqsədim ermənilərdə ruslara qarşı belə keyfiyyətlərin olması şübhəmdən qaynaqlanır. Xeyr! Ermənilərdən hər şey gözləmək olar. Sadəcə, hərdən istəmədən də qibtə etməli olursan bu əclaflara. Bir deyil, iki deyil, üç deyil. Moskvaya belə nümayişkəranə demarş etmək Cənubi Qafqazda elə ermənilərinmi üzərinə düşür? Ürəkli bir onlardır?! Bəs qalanları?!..

Nəysə, söhbəti dəyişməyək, gələk Ermənistanın Rusiyaya yenidən yumşaq meydan oxumağa başlaması mövzusuna. Səhv eləmirəmsə dünən Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, təbii olaraq, hökumət başçısı Paşinyanla razılaşaraqMoskvaya qarşı növbəti əks-hücuma keçib. Bu hücumu kifayət qədər ciddi və effektiv etmək üçün Səfəryan xatırladıb ki, müqavilələr imzalansa da, ödəniş edilsə də, Ermənistan hələ də Rusiya Federasiyasından silah almayıb.

Ən maraqlı cəhət bilirsiz nədir? Bütün bunlar Fransanın hava hücumundan müdafiə sistemləri və hərbi texnikasının tezliklə Ermənistana çatdırılması ilə bağlı şayiələr fonunda baş verir. Ümumiyyətlə Fransanın bizimlə hələ də düşmənçilik yolu tutmuş bir ölkəni müasir silahlarla təmin etmək istəməsi diqqətdən yayınmamalıdır.

Nəzərə alaq ki, Fransa həm də bir NATO ölkəsidir. Silah bazarında isə Cənubi Qafqazın daha çox Rusiyanın təsir dairəsində olduğunu, onun bu regiondakı ölkələrdə daha qızğın silah alverində olduğunu düşünsək, bu prosesdə ciddi toqquşmaların olacağı ehtimalı var. Lakin bu da var ki, istər İkinci Qarabağ savaşı, istərsə də hazırda davam edən Ukrayna-Rusiya müharibəsində rus silahlarının, hərbi təchizatının ciddi surətdə hüsrana uğraması onunla əməkdaşlığı riskə atıb...

Bu arada Səfəryan mövzunu tündləşdirərək, Paşinyanın KTMT ilə bağlı ritorikasına da toxunub və bir az da şişirtməyə cəhd edib. “Gözləntilərimiz özünü doğrultmadı, lakin bizim işimizin müəyyən nəticələrə gətirib çıxaracağına hələ də ümidimiz var”, - Səfəryan KTMT sahibi Kremlə eyham vurmağa çalışıb.

Ermənilər rusları şantaj etməklə nəyə nail olmaq istəyir? Əslində, bu da gizli deyil.

Şərtlər bəllidir. İrəvan KTMT-dən iki ölkə sərhədindəki vəziyyətə “siyasi qiymət verməyi” tələb edir. Hətta Azərbaycanı hansısa formada, lap elə hərbi-siyasi planda təmbeh etmək də tələblər arasındadır. Yəni ermənilər istəyir ki, Rusiya və Azərbaycanla Türk Dövlətləri Təşkilatında qardaşlıq/tərəfdaşlıq edən türkdilli dövlətlər (həmçinin KTMT üzvləri) Bakının geosiyasi mövqeyini pisləsinlər.

Bizə də, maraqlıdır ki, Ermənistanın 30 illik işğalından azad edilən Füzulidə prezident Şavkar Mirziyoyevin şəxsi təşəbbüsü ilə təhsil kompleksi inşaatına başlayan KTMT üzvü Özbəkistan rəsmi Bakını nə üstündə qınasın?! İrəvan düşünürsə ki, bu yolla həm KTMT-yə, həm də onun ayrı-ayrı üzvlərinin mövqelərinə təsir göstərə biləcək, ciddi şəkildə yanılır...

Əlbəttə, məqsəd heç də bu deyil, rəsmi İrəvan çox yaxşı bilir ki, heç bir türkdilli dövlət, nə də Rusiya qlobal siyasətin indiki qarışıq və narahat olduğu kritik zaman kəsiyində Azərbaycanla münasibətləri Ermənistanla kövrək hərbi-siyasi müttəfiqliyə qurban verməyəcək. Cənubi Qafqazın və Xəzər hövzəsinin kilid ölkəsi ilə əlaqələrin dərinləşdirilməsi bu gün nəinki region ölkələrinin, eləcə də Qərb ölkələrinin xarici siyasət prioritetinə çevrilib. Yerləşdiyi coğrafi mövqe və əlində olan unikal imkanlarla, resurslarla Azərbaycan daha əhəmiyyətli ölkə olduğunu isbat edə bilib.

Paşinyanın bütün bu geosiyasi şıltaqlıqlarda tək məqsədi, mümkün olduğu qədər, Ermənistanı geri salan Rusiya orbitindən uzaqlaşdırmağa nail olmaqdır. Bu prosesdə rəsmi İrəvan Yelisey sarayına çox bel bağlayıb və oradan gələn dəstəyə ümidlidir.

Gəlin razılaşaq ki, 2018-ci ildən bu yana tamamilə fərqli trendlər və çağırışlar burulğanında siyasi hakimiyyətə gələn Paşinyanın öz xalqına verdiyi vədlər var. Bu vədlər Moskvadan aşırı dərəcədə asılı vəziyyətdə qalmaqla həyata keçənə oxşamır. Yağlı kökələr əldə etmək üçün Avroatlantik məkana inteqrasiya qaçılmazdır.

Bu planda, hər bir halda, erməni də olsa, ölkəsini Rusiya asılılığından xilas etmək məsələsində Nikola haqq vermək olar. Çünki Cənubi Qafqazda xalqlar arasında tarixi düşmənçiliklərin olması, uzun illərdən bəridir sülhün, barışın, normal birgəyaşayışın, sabitliyin olmamasının, təhlükəsizlik risklərinin qalmasının tək səbəbi imperialist və şovinist siyasətə üstünlük verən Rusiyadır. Hətta rəsmi Tehranı belə, region dövlətləri ilə düşmənə çevirən də Kremldir desək, yalan olmaz...

Rusiyasız Cənubi Qafqaz Evi layihəsi hər üç ölkəyə demokratiya, hüquqi dövlətçilik, müstəqil məhkəmələr, azad media, çoxpartiyalı plüralist siyasi sistem, ədalət, insan hüquq və azadlıqları, sosial rifah, ləyaqətli yaşam standartı, iqtisadi tərəqqi, inkişaf edən regional turizm, keyfiyyətli səhiyyə, dünya standartlarında təhsil, elm gətirəcək.

Mütərəqqi dünya ilə əlaqələrin daha da dərinləşməsi fonunda bölgənin çiçəklənməsi və bütün mühüm strateji sahalər üzrə haba çevrilməsi qaçılmaz olacaq..

Mirzə Rəşad Bakuvi
Siyasi şərhçi


Xəbər 922 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +