200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.05.2023  17:21 

“Karqo və daşıma sektorunda çaxnaşmalar davam edir“





A+  A-

"Yenə də karqo və daşıma sektorunda çaxnaşmalar davam edir. Karqolar vətəndaşların xaricdən sifariş etdikləri malı çatdırmaq üçün regionlarda açdıqları "çatdırılma məntəqələrini" ucdantutma bağlayırlar".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, sən demə hansısa bərbərxananın, ya telefon mağazasının daxilində yaradılan bu tip məntəqələrin də lisenziyası olmalıymış:

"Dövlət Vergi Xidməti tərəfindən belə tələb qoyulduğu bildirilir. Rəsmi qurumların bununla bağlı açıqlaması hələlik gözə dəymir. Digər problem gömrüklə bağlıdır. İndi də vətəndaşlardan xaricdən sifariş edilən malları daşınması ilə bağlı əlavə ödənişlərin də Smart Customs-a daxil edilməsinin tələb olunacağı bildirilir.

Yəni, vətəndaş bilərəkdən Trendyola olan daşıma ilə bağlı ödəniş qəbzini saxtalaşdırmalı və Smart Customsa bəyan edərkən malın gömrük dəyərini artırmaq üçün yol xərcini yüksək göstərməlidir!"

O.Gündüz əlavə edib ki, sosial mediada açıqlananlardan görsənir ki, Trendyol Azərbaycana çatdırılmanı ucuz edir, amma DGK deyir ki, mənə dəxli yoxdur, mən əlavə ödəniş alacam. İnandırıcı olmasa da, hələlik DGK bununla bağlı rəsmi açıqlama verməyib.

Xəbər 1274 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +