Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.05.2023  14:16 

“Əfv Sərəncamı inamın və etimadın göstəricisidir” - QHT sədri





A+  A-

Cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən, hüquq sistemimizdə mühüm yer tutan və cəmiyyət tərəfindən yüksək qiymətləndirilən mühüm siyasi kursdur. Bu siyasi kurs humanizm, inam və qarşılıqlı etimada əsaslanır. İnsan hüquqlarının təminatına mühüm töhfə verən bu siyasət çərçivəsində Prezident İlham Əliyev tərəfindən xeyli sayda əfv sərəncamları və amnistiya aktları qəbul edilib. Bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya qərarlarının rolu böyükdür.

XəzərNews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, məhkum edilmiş bir sıra şəxsin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Prezidentin Sərəncamı bu qəbildən atılan, eyni zamanda, tarixdə ən böyük əfv aktıdır. Ən böyük əfv aktının məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmasının səbəbi Ulu Öndərin Azərbaycan tarixində tutduğu müstəsna yer, ölkəmizdə əfvetmə ənənəsinin yaranmasında və inkişafında Ümummilli Liderin xidmətləridir.

C.Hüseynzadə bildirib ki, Sərəncama əsasən 801 məhkumun əfv olunması həmin şəxslərin ailələrinin, yaxınların sevincinə səbəb olmaqla yanaşı cəmiyyət tərəfindən də humanizm addımı olaraq yüksək qiymətləndirilməkdədir. "Bildiyimiz kimi, əfvetmə hüququ Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi ilə Prezidentə məxsus müstəsna hüquqdur. Əfvetmə prosesinin institutlaşması və ölkə Prezidentinin cəmiyyətin ayrı–ayrı institutlarının bu prosesə cəlb edilməsini rəhbər tutması nəticəsində cəzaların humanistləşməsi siyasətinin reallaşmasında qarşılıqlı etimad mühiti formalaşdırıb. Sonuncu Əfv Sərəncamında da məhz bu amil xüsusi yer tutub. Belə ki, əfv olunmuş şəxslərdən 59 nəfər ombudsmanın vəsatətləri əsasında müvafiq siyahıya salınması Ombudsman institutunun da prosesə yaxından cəlb olunmasını göstərir. Sevindirici məqamlardan biri də odur ki, Prezident tərəfindən imzalanan Sərəncamla hüquq-müdafiə təşkilatlarının və QHT-lərin müraciətləri əsasında 10 məhkum cəzadan azad edilib. Bu maqam bir daha dövlətimizin başçısının vətəndaş cəmiyyəti təşkilatlarının müraciətlərinə həssaslığının və dövlət qurumlarının hüquq müdafiə təşkilatları ilə bu istiqamətdə səmərəli əməkdaşlığının göstəricidir. Hesab edirəm ki, bu əməkdaşlıq vətəndaş cəmiyyəti təşkilatlarına etimadın daha da yüksəldilməsinə mühüm töhfə verəcək. Bu isə QHT-lərin qərarqəbuletmə prosesində daha yaxından iştirakı üçün yeni imkanlar yaradır", - deyə QHT sədri vurğulayıb.

Diqqətə çatdırılıb ki, öz adını əfv siyahısında görən şəxslər tezliklə azadlığa qovuşmaq, ailə üzvlərini görmək və bu sevinci yaşamaq istəyirlər. Bu baxımdan Əfv Sərəncamının bir neçə saatda icra edilməsini də xüsusi qeyd etmək lazımdır: "Hesab edirəm ki, Əfv Sərəncamının icrasının qısa zamanda təmin edilməsi ədliyyə və hüquq sahəsində idarəçiliyin yüksək səviyyədə olmasının göstəricisidir", - deyə C.Hüseynzadə əlavə edib.

Xəbər 510 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +