Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.05.2023  13:54 

Dəyərlərimizi dəyərdən salanlar – KÜNCDƏN BAXIŞ





A+  A-

Psixologiya elmi tibbi sahədir, amma bu gün ortalıq minlərlə elmsiz psixoloqla dolub. Təsəvvür edin ki, sosial şəbəkələrdə dost təkliflərinə baxıram, hər 10 nəfərdən 7-i psixoloqdur. Belə çıxır ki, istənilən şəxs müvafiq təhsili oldu-olmadı, özünü psixoloq kimi təqdim edib pul qazanmağa çalışır. Çünki indi psixoloq olmaq daha asan başa gəlir və xüsusi bir həkimlik təhsili lazım deyil. Ümumi internetdən əzbərlənmiş sözlər və sistemlərdir. Bunu belə edin, onu elə edin. Və bunların da bizim milli psixoloji-mənəvi bazamıza heç bir aidiyyatı yoxdur.

Cəmiyyətimizə ən böyük zərbəni elə bu psixoloqlar vurdu. Gənclərin və yeniyetmələrin tərbiyəsinin pozulmasının, ailə institutumuzun dağılmasının əsas səbəbkarı bu psixoloqlardır. Bunlar gecə-gündüz dayanmadan həm uşaqlarla, həm də böyüklərlə təbliğat apardılar, Qərb dəyərlərini gətirib bizim ölkəyə sırıdılar. Bəziləri məqsədli şəkildə bütün mənəvi dəyərlərimizi məhv eləməyə çalışırlar. Guya yeni psixoloji metodlar müasirlik və çərçivəsiz azadlıqdan ibarətdir. Beləliklə ailə institutumuzu dağıtdılar. Azərbaycanda artıq ənənəvi ailədən söhbət belə gedə bilməz. Son illərdə 12 toya getmişəmsə, bunun 8-i boşanma ilə bitib. Son 1 ilin statistikasına görə, boşanmaların səviyyəsi 50 faizə çatıb- bu artıq dünya rekordudur.

Bu cür psixoloqlara nəinki uşaq tapşırmaq, yanlarına getmək belə düzgün deyil.

Maraqlıdır ki, bu psixoloqların çox böyük əksəriyyəti gənc qızlardır. Yaşlı qadın və kişi psixoloqlar çox azdır. Yəni, bəzi avara qızlar bir ara onlar özlərini model adıyla təqdim edirdilər, indi də psixoloq adı ilə ortalığa düşüblər, çünki bu işdə yaxşı pul var. Necə deyərlər, həm ziyarət, həm ticarət. Əlbəttə, hamısı belə deyil, içində normal, ağıllı, əxlaqlı, təhsilli psixoloqlar var. Amma bir çoxu belədir. Bunları cəmiyyət boykot etməlidir. Birincisi, bunlara bu imkanlar necə verilir? Hərə gedib yalançı təhsil müəssisəsindən sertifikat alır gəlir camaatın başında dələklik edir.

Biz görürük ki, psixoloqlar çoxalandan insanların psixologiyası necə dəyişib. Artıq bütün yaxşı şeylər pis sayılır, pis şeylər yaxşı. Hər şey tərsinə olub. Ona görə də, hamını belə psixoloqlardan uzaq durmağa çağırıram. Ümumiyyətlə, normal insan niyə psixoloqa gedməlidir. İnsan psixiatra gedə bilər. Psixoloq nə işlə məşğuldur, mənə hələ də çatmır. Problem onlarda deyil, onlar pul qazanırlar. Əsas problem insanlardadır.

Belələrinin yanına getməsinlər. 100 manat pul verib gedir psixoloqun yanına, o da ümumi sözlərdən danışıb pulu alır qoyur cibinə. Deməli günah bizdədir.

Son vaxtlar cəmiyyətimizdə zorlamalar, fahişəlik, qadın alveri, boşanmalar, həyat yoldaşına xəyanət halları sürətlə artır. Mənəvi-əxlaqı deqradasiya pik həddinə gedir.

Maddi dəyərlər mənəvi dəyərlərin önünə keçib. Qlobal mərkəzlərdən idarə olunan qruplar cəmiyyətimizdə əxlaqsızlığı normaya çevirmək, mənəvi dəyərləri tamam məhv etmək üçün var gücü ilə çalışır. Bu işlə təkcə saxta psixoloqlar deyil, çox sayda digər peşə sahibləri də məşğul olur- yazıçılar, jurnalistlər, sosioloqlar, müğənnilər, telemenecerlər və s.

Əvvəllər milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında "yazılmamış qanunlar" adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu. 21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və vəzifə uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi. Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, özəl TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşdırma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması… siyahı təəssüf ki, xeyli uzundur.

Bəli, bu gün, bəzi qlobal mərkəzlər tərəfindən cəmiyyətimizə yad dəyərlər oturdulur, hər şey tədricən dəyişdirilir. Overton pıəncərəsi tam gücü ilə işləyir. Bunun nəticəsində, indi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq çoxluğa tabe olur.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Elçin Bayramlı
TvPress.Az


Xəbər 572 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +