Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.05.2023  09:33 

Müharibənin xilas etdiyi ailə...





A+  A-

Müharibə heç vaxt yaxşı heç nə vəd etmir. Ən ədalətli müharibələrdə belə günahsız insanların qanı tökülür, kəndlər, şəhərlər, ölkələr xaraba qalır. Adətən müharibələr xalqların milli varlığının mövcudluğu üçün son addım, ölkələrin ərazi bütövlüyünün qorunması üçün son çarədir.

Bir çox hallarda siyasi hakimiyyətdə qalmaq üçün şəxsi ambissiya hesabına başladılan müharibələr də olub. Lakin heç bir müharibə 2-ci Dünya Müharibəsi adlandırdığımız qanlı cinayət qədər dəhşətli olmayıb. Bu müharibədə ərazi bütövlüyünün qorunması da olub, bir xalq kimi yer üzündən silinməmək üçün döyüşənlər də, hakimiyyətdə qalmaq üçün 13-14 yaşlı uşaqlara silah verib cəbhə xəttinə göndərənlər də.

Bu müharibədə milyonlarla insan məhv olub, lakin "müharibə" adlandırdığımız qanlı cinayətin xarakterinə xas olmayan hadisələrə də az rast gəlinməyib.

Belə hadisələrdən biri də Bakının Binəqədi kəndində yaşanıb. Müharibənin başladığı ildən 4 il öncə NKVD nümayəndələri Binəqədidə yerləşən qədim məscidi sökməyə cəhd göstərsələr də Hacı Əmrah və oğlu Bayram bunun qarşısını almağa müvəffəq olur.

Lakin ata və oğulun bu addımı onlara baha başa gəlir. Hər ikisi 1937-ci ildə Nargin adasında güllələnir. Allahsız Sovet hökumətinin hirsi bununla soyumur. Onlar Hacı Əmrahın ailəsini də Azərbaycandan sürgün etmək fikrinə düşürlər. Bu barədə Hacının ailəsinə xəbərdarlıq da edilir. Artıq çamadanlar hazır vəziyyətə gətirilir. Ailədə hamı bugün, sabah Qazaxıstana yola düşəcək qatarın fit səsini gözləyir. Lakin dünyanın taleyini dəyişən müharibə bu ailənin Qazaxıstan çöllərinə sürgün edilməsinin qarşısını alır.

Hacı Əmrahın övladlarından biri olan Əliəmi könüllü şəkildə müharibəyə getməklə həm yaşlı anasını, həm bacı-qardaşlarını, həm də özünün çoxuşaqlı ailəsini xilas etmiş olur. Əliəminin 1995-ci ildə dünyasını dəyişmiş ömür-gün yoldaşı Xanımbacı Əlimurad qızı həmişə danışırdı ki, kimsə Əliəmini başa salıb ki, müharibəyə getmək yeganə xilas yoludur. Onsuz da sovet hökuməti sizi "vətən xaini" hesab edir. Bu yolla ən azı sürgündən xilas ola bilərsiz. Əliəmi də məsləhətə qulaq asır və cəbhə xəttinə yollanır.

Hacı Əmrahın "vətən xaini" olan və hər fürsətdə təqiblərə, təzyiqlərə məruz qalan ailəsi birdən-birə "əsgər ailəsi"nə çevrilir. Milyonların həyatına son qoyan dəhşətli müharibə Binəqədi kəndində bir ailənin xilasına vəsilə olur. Əliəmi ailəsini sürgündən xilas etsə də, müharibədən qayıtmır. Deyilənə görə, o 1943-cü ildə həlak olur. Vaxtı ilə atası və qardaşı öz həyatları hesabına qədim və müqəddəs məscidi xilas etdikləri kimi, Əliəmi də canı və qanı bahasına ailəsini xilas etmiş olur.

Allah İsayev Əliəmi Əmrah oğlu kimi, bütün müharibələrdə haqqın və ədalətin yanında olub öz canını fəda edən fədakar insanlara rəhmət eləsin.

Orxan İsayev




Xəbər 460 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +