Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.05.2023  09:51 

Putinə qarşı “Valkiriya əməliyyatı“?





A+  A-

Rusiya siyasi -hərbi elitası daxilindəki münasibətlər təxminən 43-44-cü illər Almaniyasındakı durumu xatırladır. Siyasi- hərbi rəhbərlikdə olan, cinayətlərdə iştirak etmiş, amma praqmatik bir qrup anlayırdı ki, eyni zamanda bir neçə cəbhədə döyüşmək Almaniyanı məğlubiyyətə sürükləyir, Reyxi xilas etmək naminə, diz üstə gətirilmədən Qərblə anlaşmaq, cəbhə xəttini daraltmaq, mümkün olduğu təqdirdə tutulmuş ərazilərin bir hissəsini tərk etməklə, biabırçı süqutdan yayınmaq olar. O qrup qərar qəbul edərək hakimiyyəti dəyişmək üçün 1944-cü il iyulun 20-də də Adolf Hitlerə sui-qəsd təşkil edir.

“Valkiriya əməliyyatı” kimi tanınan sui-qəsd Vermaxtın(nasist ordusunun) yüksək səviyyəli zabitləri tərəfindən təşkil edilmişdi. Bəzi iddialara görə, əfsanəvi alman generalı Ervin Rommel də sui-qəsdçilər içərisində olmuş, buna görə də sui-qəsd uğursuz bitdikdən sonra intihara məcbur edilmişdi.

Vermaxtdan fərqli olaraq indiki rus ordusunun Rommel kimi parlaq və xalq arasında xüsusi populyarlığı olan generalları yoxdur. Ona görə yox ki, rus ordusu belə istedadlı zabitlər yetişdirməyə qabil deyil, sadəcə, ona görə ki, Kreml nə xalq tərəfindən sevilən populyar generalların yetişməsində, nə də mövcudların populyarlaşmasında maraqlı olmayıb. Reyxdə yetişənləri, Fürerə alternativ ola biləcəkləri üçün zərərsizləşdirirdilərsə, Derjavada elələrinin heç yetişməsinə də imkan verilmir. Amma bu, iddialıların olmaması mənasına gəlmir. İddialılar, özlərinin və övladlarının həyatına qorxu hiss edənlər, Qərbin ofşorlarından asılı olqarxiyanın təsirində olanlar, ən əsası savaşın Rusiyanı hara sürüklədiyini fərq edənlər kifayət qədərdir. Hətta “Vaqner”in başçısı Yevgeni Priqojin kimi odioz fiqur belə Rusiyanın labüdləşən süqutdan yayınmaq üçün öz sifətini saxlayaraq sülhə getməsi haqda versiyaları gündəmə gətirirsə, döyüşən və deməlil, ordunun, Rusiyanın real gücünü bilən generallar arasında belələri daha çoxdur.

Edilən çoxsaylı çağırışlar eşidilmədikdə isə “Valkiriya əməliyyatı” rus versiyasında təkrarlanır. Yeri gəlmişkən, "Valkiriya əməliyyatı" öz adını Hitlerin sevimli bəstəkarı Rixard Vaqnerin operalarından birinin adından götürmüşdü. Putin tarixi çox sevir, ordan özü üçün ilhamlandırıcı nələrsə tapır, dünya və Rusiya tarixinə özünəməxsus baxış bucağı var. Yəqin ki, "Valkiriya əməliyyatı"nı xatırladan son əməliyyatın şifrələri də ona daha çox aydındır. Matias Rustun “xuliqanlığ”ından istifadə edən Mixail Qorbaçov sovet ordusunda arzuolunmaz bildiyi şəxsləri yenilərlə əvəzləmişdi. "Valkiriya əməliyyatı"ndan sonra isə Hitler silahlı qüvvələrdə böyük təmizləmə aparmış, çoxlu sayda yüksək rütbəli zabit ya edam edilmiş, ya da müəmmalı şəkildə həyatlarını itirmişdilər.

Kremlə dron hücumlarının “Valkiriya əməliyyatı”nın təkrarı, yoxsa orduda azruolunmaz şəxslərin əvəzlənməsi üçün lazım olan növbəti “Matias Rust macərası” olub olmadığını isə bundan sonra qəbul ediləcək qərarlardan biləcəyik.

Cəmaləddin Quliyev

Xəbər 742 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +