Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.04.2023  09:43 

Səfir Birinci Qarabağ müharibəsini aşağılayıb?





A+  A-

“Ukraynada vəziyyət çox ağırdır. Artıq mən neçə aydır orada deyiləm, Bakıya çağırılmışam. Məsləhət bilinsə qayıdacam”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ukraynada Azərbaycan vətəndaşları çoxdur: “Gənclərin valideynləri ilə də dəfələrlə danışır, hələ ki, ora getməmələrini məsləhət görürəm”.

Səfir söyləyib ki, azərbaycanlılar Ukrayna vətəndaşıdırlarsa, döyüşdə iştirak edə bilərlər: “Əks təqdirdə Azərbaycan vətəndaşı olaraq orada müharibədə iştirak etmək düzgün deyil. Azərbaycan qanunvericiliyi də buna yol vermir və onu muzdlu döyüşçü kimi qəbul edir. Təbii ki, belə hallar yaşandıqda vətəndaşlar arasında da narazılıqlar yaranır”.

E.Axundova qeyd edib ki, paytaxt Kiyevdə vəziyyət daha yaxşıdır, çünki Ukrayna ordusu orada hava hücumundan müdafiə sistemləri ilə bir çox hücumları dəf edə bilir: “Hətta Kiyevdə insanlar müharibə getmirmişcəsinə yaşayırlar. Bu isə mənə bizim Birinci Qarabağ müharibəsini xatırladır”.

Səfirin bu cür paralel aparması və Birinci Qarabağ müharibəsində sanki hamının Bakıda keyf etdiyini, müharibəni hiss etmədiyini dolayısı ilə olsa da ifadə etməkdir. Bu isə narazılıq yaratmaya bilməzdi.

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Elmira Axundova milli hisslərdən uzaq adamdır. Onun üçün Azərbaycanda gedən proseslərin heç bir mənası yoxdur: “O, özünün şəxsi həyatından başqa heç nəyi düşünmür. Elmira Axundovadan 1990-cı illərin əvvəllərində nə baş verdiyini soruşsan, bir cavabı olmayacaq:

”Ukraynada müharibə başlayanda Elmira Axundova yanlış addımları ilə Azərbaycanı pis vəziyyətdə qoydu, özünü səfir kimi apara bilmədi. Oradakı azərbaycanlılar, faktiki olaraq köməksiz qaldılar. Elmira Axundova isə elə ağır bir zamanda postunu tərk etdi gəldi Bakıya. Bu hadisələr onun xarakterini göstərir. Məsləhət görərdim ki , Azərbaycan üçün vacib olan məqamlardan danışmasın. O cümlədən, Birinci Qarabağ müharibəsinə toxunmasın. Minlərlə şəhidimizin qanı ilə suvarılmış şanlı tarix səhifəmizə hər kəs ehtiyatla, diqqətlə yanaşmalıdır. Birinci Qarabağ müharibəsində Bakıya hər gün şəhid cənazələri gəlirdi, hər gün şəhidlər dəfn edilirdi, insanlar müharibənin bütün acılarını yaşayırdılar. Elmira Axundova həmin dövrdə özü keyfdə yaşayırdısa, bu o demək deyil ki, Bakıda müharibə hiss olunmurdu. Odur ki, Elmira Axundova bu cür mənasız bənzətmədənsə, həmin vaxt harada olduğu, nə ilə məşğul olduğunu yadına salsın, düşünsün".

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirdi ki, səfirin “Bakıya çağırılmışam, məsləhət bilsələr gedəcəm” sözləri “mən getmək istəyirəm, XİN razı deyil” anlamına gəlir.

Xəbər 530 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +