Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.04.2023  22:56 

SUVERENLİYİN LAÇIN QAPISINDAKI DƏYƏRİ





A+  A-

44 günlük müharibədən sonra keçən müddət ərzində ən çox vurğuladığımız amil Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədlərinin, suverenliyinin və ərazi bütövlüyünün bizim üçün qırmızı xətt olması barədə olub. Unutmayaq ki, dövlətçilik bir ölkənin öz sərhədlərinə özünün nəzarətindən başlayır həm də.

Son üç ilə yaxın müddətdə Laçın yolundakı vəziyyətlə bağlı çox bəyanatlarımız, açıqlamalarımız olmuşdu, ümumiyyətlə isə Azərbaycanın Ermənistanla şərti sərhədlərinin Laçından keçən hissəsində sərhəd xidmətinin təşkil olunmasının vacibliyini dönə-dönə vurğlamışdıq.

Burada əsas olan təkcə sərhədlərimizin mühafizəsinin Azərbaycan Sərhəd Qoşunları tərəfindən həyata keçirilməsi deyil, digər vacib element Xankəndi düyününün açılmağa başlamasıdır. Həm sahədə, həm masada hücum taktikası bəhrəsini verir. Laçında sərhəd və gömrük rejiminin bizim nəzarətimizə keçməsi, daha sonra Laçın-Xankəndi yoluna nəzarəti bərpa edəcəyimizin son nəticəsi kimi, Azərbaycan bayrağının Qarabağın ermənilər yaşayan ərazilərində də dalğalanması, baş verən bu hadisəyə qeyri-adi suverenlik dəyəri qazandırır. Yurisdiksiyamızın beynəlxalq miqyasda mübahisələndirilmiş ərazilərimizdə bərpasına daha da yaxınlaşdıq deyə bilərik. Bu, hər bir Azərbaycan vətəndaşını sevindirir, lakin bu yerlərə də asan gəlmədik..

Təbii, bəzən geosiyasi şərtlər və şərait elə arzuolunmaz istiqamətdə inkişaf edir ki, istər-istəməz müəyyən planlaşdırılan addımları ertələmək məcburiyyətində qalır dövlət. Təbii olaraq, düşmənlə üz-üzə dayanan dövlətin və Ordunun qərarlarına sayğımızı hər zaman ifadə etmişik, dəstək vermişik. Dövlətçilik təfəkkürü və yanaşması bizdən tələb edib ki, ölkə içində bir çox məsələlərdə siyasi hakimiyyətə müxalif olsaq da belə, xarici siyasət məsələlərində və bədxah qüvvələrlə üz-üzə dayanarkən, tənqidlərə ara verib dosta və düşmənlərə yanlış görüntü verməyək. Milli və strateji maraqlarımız baxımından, bu, çox önəmlidir və əksini etmək heç kəsə nə siyasi divident qazandırar, nə də başucalığı gətirər...

Dünya siyasi sistemi elə qurulub ki, qlobal siyasəti müəyyənləşdirən iri dövlətlərin bölgə ilə bağlı maraqlarını nəzərə almadan addım atmağın ölkəyə mənfi və ya müsbət siyasi nəticələrini hesablamaq şərtdir. Çünki baş verəcək hadisələrin sonrakı mərhələdə xalq və cəmiyyət qarşısında ictimai-siyasi məsuliyyətini daşımaq gerçəyini də unutmaq olmaz. Bu mənada dövlətin bəzən irəli getdiyini, sonra dayandığını, prosesdə müəyyən pauzaların yarandığını heç vaxt tənqid etmədik, əksinə, hər zaman əminliyinizi ifadə elədik ki, gec ya tez, Laçında əvvəlcə sərhəd, sonra gömrük rejimi qurulacaq. Bu, labüd idi.

Rusiyanın ərazimizə sülhməramlı adı ilə yerləşdirdiyi ordunu nə olur olsun saxlamaq üçün, bölgə xalqları arasında düsmənçiliyin davam etməsindən ötrü həyata keçirdiyi bütün məkrli təxribatlara, geosiyasi oyunbazlıqlara rəğmən, Azərbaycan dövləti hərbi güc planında zaman-zaman öz qətiyyətini nümayiş etdirməklə, düşmənin nəfəs borusunu tutmaq üçün artıq bir çox kritik məsələləri həll etmişdi - bütün vacib yüksəkliklər Azərbaycan əsgərinin nəzarətindədir! İndi geriyə daha konkret addımlar atmaq qalıb ki, bunun da ilkini yaşamaqdayıq.

Son 30 ildir ömrümüzdən ömürlər qoparan Qarabağ münaqişəsinin baş verməsində Ermənistanla Qarabağı bağlayan Laçın yolunun əhəmiyyəti haqda danışmağa dəyməz, uzunçuluq olar. Beynəlxalq mübahisə predmetinə çevrilən bu yola "Laçın dəhlizi" də deyirlər. Biz dəfələrlə bu ifadədən imtinaya çağırış etmişik, çünki heç bir suveren müstəqil ölkənin içində dəhliz ola bilməz. Bu, həm də o demək olardı ki, biz guya Xankəndini və ya Qarabağın ermənilər yaşayan hissəsini Ermənistanın "anklavı" kimi tanımış oluruq. Ona görə də, "dəhliz" sözündən birmənalı imtina etməyin doğru olduğunu hər zaman vurğulamışıq.

Laçında bu gün Azərbaycan Respublikası sərhəd Qoşunlarının sərhəd məntəqəsini quraşdırması və sərhəd rejiminin o bölgədə tətbiqi, avtomatik olaraq, beynəlxalq miqyasda mübahisələndirilən "Laçın dəhlizi"ni adi Laçın yoluna çevirmiş oldu. Daha "Laçın dəhlizi" yoxdur, bu status da, digərləri kimi gorbagor oldu!

İndi bir çoxları deyə bilər ki, bəs, beynəlxalq miqyasda mübahisələndirilən "Laçın dəhlizi" məsələsi regionda qlobal güc mərkəzlərinin maraqlarının toqquşma nöqtəsinə çevrilib, bu qərar bizə baha otura bilər və s. Qətiyyən bundan çəkinmək olmaz! Dövlətin də bir duruşu, bir qüruru var. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın öz sərhədlərində suverenliyini bərpa etmək onun müstəsna hüququdur. Heç bir müstəqil ölkə sərhədlərinin sahibsiz qalması, yaxud sərhədlərinin mühafizəsini başqa dövlətlərin hərbiçilərinin təmin etməsilə razılaşa bilməz.

Bu mənada, bu gün Azərbaycan dövlətinin Laçında, nəhayət sərhəd rejiminin təşkil edilməsini praktiki həyata keçirməsi Azərbaycanın ən yeni tarixi üçün ciddi hadisədir. 30 ildir şəhidlər, qurbanlar verə-verə dövlət quran bir xalq üçün bunun əhəmiyyətini sözlə ifadə etmək asan deyil.

Son vaxtlara qədər Rusiya sülhməramlı kontingentinin açıq dəstəyi ilə qanunsuz erməni silahlı dəstələrinə hərbi təyinatlı daşımaların məhz sözügedən bölgədən həyata keçirilməsi Azərbaycan dövlətinin də, cəmiyyətinin də hiddətinə səbəb olmuşdu. Davamlı xəbərdarlıqlara baxmayaraq, ruslarla ermənilər daşımaların intensivliyini daha da artırmışdı. Hətta bu günlərdə suveren ərazilərimizdə yeni istehsal olunmuş minaların partlaması nəticəsində hərbi maşınlarımız sıradan çıxıb, şəxsi heyətdən yaralananlar və ölənlər olub. Təbii, Azərbaycan dövləti buna çox dözə bilməzdi. Laçında sərhəd rejiminin tətbiq olunmasının bir məqsədi də, məhz Ermənistandan Azərbaycan ərazisinə hərbi təyinatlı daşımaların, hərəkətlənmələrin artıq birdəfəlik qarşısının alınmasıdır.

Ermənistanın indiki hakimiyyəti Azərbaycanla sülh müqaviləsi bağayıb mehriban qonşuluq siyasəti çərçivəsində bölgəmizdə əmin-amanlığa, uzunmüddətli sabitliyə, bütün növ kommunikasiyaların açılması və iqtisadi əlaqələrin başlamasına nail olmaq niyyətində ciddidirsə, bu kimi məkrli planlardan, oyunlardan uzaq durmalıdır. Əks halda, regional planda baş verəcək neqativ hadisələrin məsuliyyəti, təbii olaraq, baş nazir Nikol Paşinyan və onun rəhbərlik elədiyi isteblişmentin üzərində qalacaq.

Laçın şəhərində, ağır keçən uzun bir prosesdən sonra, nəhayət, sərhəd xidmətinin təşkil edilməsinə nail olan Azərbaycan dövlətini, Azərbaycan Ordusunu, Azərbaycanın Sərhəd Qoşunlarını, Azərbaycan xalqını və Azərbaycan cəmiyyətini təbrik edirik. Milli və stareji maraqlar, milli məsələlər, ərazi bütövlüyü və suverenlik məsələlərində dövlətin, cəmiyyətin və xalqın həmrəyliyi ən vacib faktordur.

Rəşad Bakuvi
AY Partiya Başqanının siyası məsələlər üzrə müavini


Xəbər 957 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +