Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.04.2023  23:13 

“Bu şəxslərə fitrə zəkatı çıxarmaq vacib deyil” - İZAH





A+  A-

QMİ-nin Fitrə zəkatı ilə bağlı Fətvası cəmiyyətimizdə gərgin müzakirələrə səbəb olub. İdarə bu il adambaşına 10-15 manat zəkat vermək lazım olduğunu açıqlayıb.

Tanınmış jurnalist Niyaz Niftiyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımı təqdim edirik:

"Hiss olunur ki, QMİ-nin Fitrə zəkatı ilə bağlı Fətvası gərgin müzakirələrə səbəb olub.

Deməli, burda problem bizim məntiqimizlə - yanaşmamızla, zənnimizcə, gümanımızla həll olunmur. Dinimiz bu məsələdə kifayət qədər alternativ yollar buyurur.

Fitrə zəkatı Orucluğun tərkib hissəsi olaraq İslamın gözəl ayinidir. Burda məqsəd həm də - ünvanlı paylaşmaqdır. Bu nə deməkdir? Yəni, bir ay oruc tutub həm də ac qalanların halını gördün, indi onların da qarnını doyuzdur, heç olmasa ən azı bir gün.

Necə doyuzdur?

Əlbəttə, imkan zəif olan 3 kq buğdanın pulunu, bir az orta olan düyünün, xurmanın qiyməti qədər fitrə zəkatı çıxarmalıdır. İmkanı lap çox olan isə bu məbləği artıra da bilər.

İmkanı olmayana isə fitrə zəkatı çıxarmaq vacib deyil.

Digər mühüm məqam odur ki, çıxarılan fitrə mal şəkilində sahibinə çatdırılsa, daha yaxşıdır. Məsələn, bir ev - ailə adambaşına 3 kq buğdanın fitrəsini çıxarıbsa, ancaq ona buğda almalıdır, yəni başqa şey, deyək ki, arpa ala bilməz.

Əziz dostlar!

Fitrə zəkatı çıxaranda diqqətli olmağımız tələb olunur. Belə ki, Fitr bayramı axşamı qürub vaxtı aşağıdakı şərtlərə cavab verən insanların Fitrə zəkatını verməsi vacibdir:

- həddi-büluğa çatmış olmalıdır;

-aqil olmalıdır;

- huşsuz olmamalıdır;

-yoxsul olmamalıdır;

- qul olmamalıdır.

Yəni yoxsul olan şəxsin fitrə zəkatı çıxarması vacib deyil. Bir az da konkretləşdirsək, özünün və ailəsinin illik xərclərini təmin etmək imkanı olmayan və bu xərcləri təmin edə biləcəyi bir işi də olmayan şəxsə fitrə zəkatı vermək vacib deyil. Bu birmənalıdır...

Yaşayış xərcləri dövlət tərəfindən təmin edilən hərbi xidmətdə olan əsgərlərin, yaxud həbsdə olan şəxslərin fitrə zəkatı dövlətin öhdəsinə düşmür. Yəni şərtlər mövcud olduğu təqdirdə onların özlərinə vacibdir.

Ana bətnində olan döl üçün fitrə zəkatı yoxdur. Yalnız körpə günəş batmazdan öncə dünyaya gələrsə və külfət hesab edilərsə, bu halda onun fitrə zəkatı vacibdir.

Fitrə zəkatı adamın ruhunu toxdadır. Çıxarmağınız məsləhətdir.

Allah oruc-namazınızı qəbul etsin, Bayramınız mübarək", - Niyaz Niftiyev bildirib.

Qeyd edək ki, N.Niftiyev 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb. Dinlə bağlı bir neçə kitab - dərsliyin redaktoru olub./Yenisabah.az

Xəbər 434 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +