Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.04.2023  19:31 

Şeyxin mövqeyi küncə sıxılmış vəziyyətdədir...





A+  A-

Heç vaxt heç kimin inancına qarışmamışam, insanın ateist, deist, hansı məzhəbdən olması mənə önəmli deyil. Amma son günlər baş verənlər, özünü din alimi, ruhani, hörmətli mömin hesab edənlərin qoruxularından “həqqdən qaçdırlarını” görüb, Ramazan ayının bitməsi ilə bağlı mövqeyimi bildirirəm.

Ramazan ayı bitir.

Yenə də Şəvval ayının gəldiyini bildirən ayın görünməsi ilə bağlı mübahisələr olacaq. Burada ən əsas məsələ odur ki, Şəvvalın 1-də oruc tutmaq qadağandır. Odur ki, oruc tutmayanlar, dini rituallara əməl etməyənlər bu məsələyə qarışmasa lap yaxşı olar.

Şamaxı Rəsədxanası aprelin 21-də ayın görünəcəyini açıqlayıb. Amma bu keçərli deyil. “Dini Komitə”nin acığına gəlsə belə, deməliyik ki, Şamaxı Rəsədxanası elmi olaraq ayın nə zaman Azərbaycan ufuqundə görüləcəyini deyə bilər. Amma burada şəri hökm məzhəblərə görə dəyişir. Çünki Rəsədxana hesablama ilə deyir, amma ola bilər bir fiqh gözlə görməni şərt bilir, bu məsələdə şiə və bəzi əhlü-sünnə məzhəbləri eyni görüşdədirlər. Bu zaman Ramazan ayının bitməsi 4 yolla müəyyənləşə bilər- insanın özünün ayı müşahidə etməsi; sözləri yəqinlik, yaxud arxayınlıq hasil edən bir dəstə insanın həmin şəhərdə, yaxud onunla eyni üfüqə malik olan şəhərlərdə ayı müşahidə etdiklərini söyləməsi; iki adil (ədalətli) kişinin gecə ayı gördüklərini söyləməsi; ötən ayın başlanğıcından otuz günün keçməsidir.

Şiələrdə bu məsələdə hökmü müctəhid deyil, onun ofisindəki mütəxəssislər təyin edir, amma bu, hökm deyil, çünki müctəhid uzaq məntəqədə də ola bilər. Bu məsələdə şiə və əhli-sünnə alimlərinin yanaşmasında fərqlər var.

Məsələn, Seyid Fəzlullah kimi müctəhidlər deyir ki, ay hətta Avstraliyada görünsə belə Livanda bayram etmək olar.

Amma Sistaniyə və başqa müctəhidlərə görə ay birbaşa ölkə üzərində görünməlidir.

Bu məsələ dindar kəsimin inancıdır və alovun üzərinə benzin səpmək olmaz.

Məncə, bütün problemləri Şeyx həzrətləri həll edə bilər.

Hörmətli Allahşükür Paşazadə cənabları, bayram ayın 21-dir, yoxsa 22-?

Amma hakimiyyətinin dediyini yox, özünüzün yəqinliyinizi deyin. And içirəm ki, siz deyənə əməl edəcəyəm.

Hörmətli şeyx həzrətləri, Sizin mövqeyiniz küncə sıxılmış vəziyyətdədir. Ya indi öz sözünüzü deməlisiniz, ya da…

Azər Rəşidoğlu

Xəbər 445 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +