Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


17.04.2023  12:00 

İran-Azərbaycan dialoqu və onun tərkib hissələri... - GENİŞ TƏHLİL





A+  A-

1. İran-Azərbaycan münasibətləri təkcə iki dövlət üçün deyil, region üçün çox əhəmiyyətli münasibətlər sistemidir, dünya şiəliyinin taleyini həll edən məsələdir. İranın özündə şiəliyə münasibət sağlam deyil, şiəliyi genetik olaraq yad kimi qəbul edənlər az deyil. Bu müəyyən qədər farsçılığın üstün olması ilə əlaqəlidir. İran-Azərbaycan gərginliyindən Azərbaycanın zərər görməyəcəyini iddia etmək fikrində deyilik. İran-Azərbaycan münasibətlərinin gərginliyi İran İslam Respublikasının taleyini həll edir. Bəlkə də ümumilikdə İranın taleyi həll olunur. Sadə misal: Son bir ildə baş verən proseslərin xronologiyasına baxmaq lazımdır. Çin-İran, Çin-Hindistan münasibətləri Pakistan kontekstinin əlavə olunması və nəticədə Çinin Səudiyyə Ərəbistanını Yaxın Şərqdə bir nömrəli strateji müttəfiqi elan etməsi artıq regional proseslərin “alfa və omeqa”sını müəyyənləşdirib.

Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı-İran münasibətlərinin normallaşması İranın yaxşı olmayan taleyi ilə barışdığını göstərir. İran əlbəttə, Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşmasını xeyrinə təqdim edir.

Belə deyil. İranın Səudiyyə Ərəbistanı ilə həmişə münasibətləri gərgin olub. Son 10-15 ildə İran İslam Respublikası bu gərginliyə yeniliklər qatdı və alovlandırdı. Ardıcıl İran zəvvarları Həcc ziyarətində öldü. Ölənlərin sayı 600 həddinə çatdı. Bütün bunlardan İran Səudiyyə Ərəbistanının Həcc ziyarətinin təhlükəsizliyini təmin edə bilməməsi arqumentindən istifadə etdi. Zəvvarların təhlükəsizliyi üçün “ziyarəti İslam dövlətləri qrupu təşkil etməlidir” ideyasını irəli sürdü. İran Məkkə və Mədinəni Səudiyyə Ərəbistanının suverenliyindən çıxarmaq istəyirdi. Səudiyyə Ərəbistanında, Bəhreyndə şiələri aktivləşdirdi. Səudiyyə Ərəbistanı daxilindəki şiələrin lideri Nimr ən-Nimri edam etdi. Tehranda Səudiyyə Ərəbistanının səfirliyinə hücum oldu. Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyini bağladı. İranın ali dini rəhbəri S.Ə.Xamanei Səudiyyə Ərəbistanına qarşı “müqəddəs qisas” elan etdi. Sonradan səfirliyin açılması, diplomatik münasibətlərin qurulması, səfirliyinin açılması üçün İran Səudiyyə Ərəbistanına yalvarmağa başladı. Çünki Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin kəsilməsi Ciddə də İslam Əməkdaşlıq Təşkilatının mərkəzi ofisində İranın təmsil olunmaması anlamında idi.

İraq İranı Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa vadar edə bilməzdi. Vasitəçi İraq oldu. Çinin vasitəçiliyi artıq güclü idi. Çin artıq Səudiyyə Ərəbistanını bir nömrəli strateji müttəfiqi olmasını rəsmən təsdiqləmişdi. Yəmən artıq İranın əlindən çıxdı. Yaxınlarda BƏƏ ilə 3 ada ciddi müzakirə mövzusu olacaq və bu da İranın əlindən çıxacaq.

Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı arasında normallaşma müqaviləsi imzalandıqdan sonra ABŞ yenidən aktivləşdi və Səudiyyə Ərəbistanını İranın düşməni yerinə qaytarmaq istəyir.



İranla Azərbaycan arasındakı dialoq birinci növbədə İrana, ikinci regiona, üçüncü Azərbaycana lazımdır. Azərbaycanın ağlı, bacarığı yerindədir və dialoqu da məhz o kontekstdən qiymətləndirmək lazımdır. Azərbaycan səfirliklərə hücum etməkdə ad çıxarmış Tehrana öz səfirliyini qovmaq fürsəti vermədi. Ehtiyatlı tərpənərək səfirliyinin fəaliyyətini dayandırdı. Dialoqla başlanan proses, sonda müəyyən yekun nəticələr əldə etməlidir və bu yekun nəticələr mütləq maddiləşməlidir. Başqa variantda İranın verdiyi heç bir vədə inanmaq mümkün deyil. İran yalan mülkünün soltanıdır. Reallıqda İranın havası çatmır, yalan mühitində özünü dəryadakı balıq kimi hiss edir. Bu fikirlə İranın siyasətçilərini, öndə olanlarını zərrə qədər aşağılamaq fikrimiz yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasında baş verən normallaşma prosesində İranın tutduğu mövqe hər şeyi göstərir. İranın müəllifi olduğu “Qüds günü”nü hətta Fələstində qeyd etmirlər. İrana bağlı qruplar var-Həmas, İslami cihad, İslami müqavimət təşkilatlar da “Qüds günü”nü qeyd etmirlər, qeyd edə də bilməzlər. Hər təşkilatdan 5-3 adam o prosesdə iştirak edib. Bütün ərəb dünyası İranın bu təklifini rədd edirlər. Belə olan təqdirdə İranın “Qüds günü” ilə bağlı Azərbaycana yalan sırıması, satmaq istəməsini adi jurnalistlər Google-də axtarış verməklə bir neçə materialı ortalığa qoymaqla bunu sübut edə bilərlər. Bu materiallara Azərbaycan mətbuatında yer verilməli idi ki, İran əhalisi görsün ki, hətta Fələstinin özündə “Qüds günü” qeyd olunmur. İranda əhalini qızışdırıb Azərbaycanın üzərinə salmaq istəyirlər. Türkiyədə də müəyyən bir qrup adamları var və onları da Azərbaycanın üzərinə qaldıra bilərlər.

İran-Azərbaycan münasibətlərinin şiəliyin tarixində mühüm rol oynaya biləcəyi ilə bağlı fikirlər mətbuatda ilk dəfə gedir, bəlkə də subyektiv fikirlərdir. Bir neçə il boyunca ABŞ-ın Azərbaycandakı səfirliyi ilə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi arasında danışıqlar aparmışam. ABŞ səfirliyinin o zaman ictimai-siyasi məsələlər şöbəsinin müdiri Devid Uiddom xəbərdarlıq etmədən ofisimə gəldi, yəni münasibətlər buna imkan verirdi. Azərbaycan, ABŞ və İran siyasilərinin iştirakı ilə konfrans təşkil etməyimi xahiş etdi və konfransın bütün mahiyyətini izah etdi. Səhəri səfirliyə dəvət olundum, səfirin müavini Nensi Makkueldaun ətraflı izah verdi. Rəsmi qarantiyanın olduğunu bildirdi. Səfir Ross Uilson da gördü və xahiş etdi ki, bu ABŞ Dövlət Departamentinin, dövlətinin tapşırığıdır, bunu yerinə yetirməliyik. İran səfiri Əhəd Qəzayi ilə şəxsi münasibətimiz var idi , müraciət etdim və dərhal səfirlikdə görüşdüm.

Aylar sonra başa düşdüm ki, bu konfransı təşkil etmək, ABŞ-la İran arasında dialoqu qurmaq mümkün olmayacaq. Hətta fəaliyyətimə ABŞ səfirliyi şübhə ilə yanaşdı. O zaman Azərbaycan Xarici İşlər Nazirliyində Yaxın Şərq idarəsinin rəisi və onun müavini ilə də birlikdə məsləhətləşmə aparıldı. Onlar da hər şeyi təsdiq etdilər, amma İran razı olmadı. Sonradan bəlli oldu ki, ABŞ-ın o zaman məqsədi “şiə oxu” yaratmaq, indiki dildə şiə dünyasını gücləndirmək idi. Sanki bir-biri ilə sağlam mənada yarışan sünni və şiə dünyası yaratmaq istəyirdi. Ədalət naminə İranın acığına gəlsə-gəlməsə də “şiə oxu”nda öncül Azərbaycan olmalı idi. Azərbaycan Respublikası ilə əlaqələndirdiyi İran ABŞ üçün daha faydalıdır. Səhv etmiriksə, o fikirlər indi də ABŞ Dövlət Departamentində aktiv qovluqdadır. Bəlkə də nə vaxtsa o mövzuya qayıdacaqlar. Sonradan mətbuatdan, xüsusilə alman mətbuatından başa düşdüm ki, bizdə dialoq getdiyi dövrdə İran özü ABŞ Dövlət Departamentinə dialoq üçün müraciət göndərib. Qeyd etməkdə məqsədim o demək deyil ki, İran Azərbaycanı əvvəldən inkar edib. İran Azərbaycanı əvvəldən inkar edib. Bu da faktdır. Ən azı yaxın zamanlarda İranın son dövrlərdə məşhur parlayan ulduzlarından biri “Dərbənd” jurnalının baş redaktoru Dəşti Banı bildirdi ki, İran indiki Azərbaycanı zorla tanıyıb, hətta 1918-ci ildə Azərbaycanın müstəqilliyini tanımayıb.



Nəinki təşəbbüs göstərməyib, hətta Azərbaycan Xarici İşlər Nazirliyinin o zaman müraciətlərini də rədd edib. Bu həqiqətdir, bizim mütəxəssislər 1918-ci ildəki Paris sülh konfransı ilə bağlı ətraflı tədqiqat aparmayıblar, bəlkə də aparıblarsa da bizim xəbərimiz yoxdur. Gürcü mütəxəssislərinin Paris sülh konfransı ilə bağlı apardığı tədqiqatlardan müəyyən qədər xəbərim var. İran həqiqətən 1918-ci ildə Azərbaycanın müstəqilliyini tanımayıb. Sonradan Rusiya ilə İranın arasında bufer zona olmaq xatirinə İran Azərbaycanın müstəqilliyini tanıyıb. Bütün bunların hamısı tarixdən bu günə qədər İranın Azərbaycana münasibətinin nə yerdə olduğunu göstərir.

İndi də İran-Azərbaycan münasibətlərinin aralıqda və yarımçıq qalması məsləhət deyil. Bəlkə də indikindən qat-qat böyük ziyan vura bilər. Bu dialoq əvvəlcədən dəqiq konsepsiya üzrə başlamalıdır.

I. Müzakirənin birinci blokunda o zamankı Xİ naziri Əli Əkbər Vilayətinin bir həftə, bəlkə də 8 gün Moskvada Azərbaycanla əlaqəli müzakirə aparılmasına aydınlıq gətirilməlidir. SSRİ dağılarkən belə bir qayda müəyyən olundu ki, müttəfiq respublikaların hansı birisinin Rusiya müstəqilliyini tanıyarsa, o zaman BMT də həmin müttəfiq respublikanı müstəqil dövlət kimi tanıyacaq. Əli Əkbər Vilayəti Moskvaya yalvarırdı ki, o Azərbaycanın müstəqilliyini tanımasın, əvəzində İran Rusiyaya nəsə verəcək. Moskva İranın sözünə aldanmadı və Azərbaycan Respublikasının müstəqilliyini tanıdı.

II. Azərbaycan müstəqil olduğu ilk dövrlərdə İran-Azərbaycan münasibətlər sistemi.

Azərbaycanın ağır sosial-iqtisadi vəziyyətində, erməni işğalının ilk dövrlərində, istər Elçibəyin, sonradan Ümummilli Liderimiz H.Əliyevin dövründə İran tərəfindən müsbət addımlar olub. Naxçıvana və bəzi həmsərsərhəd rayonlara ərzaq və enerji yardımları olub.

Müharibə şiddətləndikcə Azərbaycanın İrandan xahişləri artıb. Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov Tehrana səfər etdi. İranda olarkən hətta Məşhəd ziyarətində oldu. Keçmiş Kommunist Partiyasının başçısı özünü İrana şiə inanclısı kimi göstərdi. Amma İran Azərbaycana hərbi yardım vermədi. İran Azərbaycana sülhməramlılıq təklif etdi. İran qoşunları Ermənistanla Azərbaycan arasında dayanacaq və beləliklə ermənilər hücum etməyəcəklər. Uzaq da çəksə ən parlaq nümunəsi 1994-cü ildə Zəngilan işğal olunan zaman İran prezidenti Rəfsəncaninin Bakıda verdiyi bəyanat oldu. “Biz axı ermənilərə demişdik ki, irəli hərəkət etməsinlər”. Faktiki belə alınırdı ki, ermənilərin davranışları İranla birlikdə hazırlanmış ssenari üzrə davam edib. Sonradan Azərbaycan İrandan hərbi sursat, qüvvə xahiş etdi. İran hərbi təlimatçılar göndərdi və nəticədə də o hərbi təlimatçılar “İslam respublikası” yaratmaq niyyətində imiş. Beş-altı aydan sonra bu aşkarlandı və təxminən bir il də çəkmədi, İranın göndərdiyi hərbi təlimatçılar, əslində dini təbliğatçılar Azərbaycan ərazisindən çıxarıldı. İçərisində bir-iki nəfərin ermənilərə məlumat ötürməsi ilə bağlı deyilənlər düzgündür və bizim müvafiq strukturlarda onunla bağlı müəyyən məlumatlar da var. İşə gedən iranlı təlimatçılar axşam qaldıqları mənzilə qayıdanda açarlarının dəyişdiyini gördülər.

Azərbaycan torpağı İranın gözünün qabağında işğal olundu və İran yardım etmədi. Amma Azərbaycanda qaçqınlara yardım etdi, bu İranın müsəlman kimi yeri gəlsə borcu idi. “İslam respublikası”nı qurmaq üçün böyük bir baza yaranmışdı. Son aylarda proseslər göstərdi ki, o istiqamətdə də İranın çəkdiyi zəhmət hədərə getdi.



İranın Qarabağ münaqişəsində roluna dair rəsmi dairələri çox böyük təbliğat kampaniyası aparıblar, indi də aparırlar. İranın Azərbaycana İmam Xomeyninin adına “İmdad” cəmiyyətinin etdiyi yardımın məbləği ilə 20 il ərzində rəsmi Tehranın müstəqil Ermənistana etdiyi yardımla müqayisə etsinlər. Azərbaycanda təxminən bir neçə yüz milyon dollar radələrində yardım ediblər. 20 il ərzində İranın müstəqil Ermənistana etdiyi yardım 2 milyard dollar idi. ABŞ-ın etdiyi yardımla eyni miqdarda idi.

Ermənistanın Statistika Komitəsi, rəsmiləri bu məlumatı bir neçə dəfə yayıb. Qeyd etdiyim bütün məlumatların bizdə rəsmi mənbəsi var. Əgər hər şey mənbəşünaslıq üzrə qurulursa, bizim üçün əlavə əziyyət, vaxt itkisi deməkdir.

İran kimi güclü, qüdrətli dövlətin qonşuluğunda Qarabağ münaqişəsinin uzun müddətli mövcudluğu müzakirə olunmalı, cavabı tapılmalı məsələdir. Tutaq ki, bu münaqişə ABŞ-ın, Rusiyanın marağında idi, ona görə bu münaqişənin həlli ilə məşğul deyildilər. İranın da marağında idimi?

İran istəsəydi Ermənistanı dərhal yerində oturda bilərdi. İran o dövrdə Ermənistandan 25-30 dəfə böyük idi. Ermənistanın üç prezidentinin üçü də İranı Ermənistan üçün “həyat yolu” adlandırdılar.

Şuşanın işğalı vacib indikatordur. Bu İranın vasitəçiliyinə verilən reaksiya idi. İranın vasitəçiliyini Azərbaycan qəbul etmişdi, ermənilər qəbul etmədi. L.Ter-Petrosyanı yarı zorla Tehrana gətirdilər. Rusiya İranın regional proseslərlə məşğul olmasını istəmirdi. Özü üçün təhlükə kimi görürdü. Ter-Petrosyanın Tehranda olduğu dövrdə Moskvadan göstəriş alan Köçəryan və Sərkisyanın rəhbərliyi ilə bir dəstə hərbçi Şuşanı işğal etdilər.

Ən maraqlısı İranın sonrakı davranışıdır. İran Ermənistana siyasi-iqtisadi, maliyyə yardımını artırdı. İran Azərbaycana humanitar yardımdan başqa heç bir yadım etmədi.

Məcburi köçkünlərə də İran “islam respublikası” ideyaları üçün baza kimi baxırdı.

İndi həmişə gündəlikdə saxladığı İsrail mövzusuna da bu kontekstdən yanaşmaq lazımdır. Türkiyə, İran və RF mövqeyi bəlli idi. Azərbaycan tam tək qalmışdı. Regiona yeni qüvvənin daxil olması zəruri idi. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri İsrail idi. İsrail-Azərbaycan siyasi əlaqələri uzun müddət maddiləşməmişdi, siyasi münasibətlər bu səviyyəni keçmədi. 2000-ci illər ərəfəsində Azərbaycan-İsrail münasibətlərində ciddiləşmə baş verdi. O vaxta qədər artıq İqor Muradyanın hesabı ilə götürsək Qarabağ münaqişəsinin o vaxt 13 yaşı var idi. 1991-cü ildən götürsək artıq 9 yaşı var idi. Bu 9 ildə İran niyə Qarabağ problemini həll etməyib ki, İrandan təxminən 1500 km uzaqlıqda olan İsrail burada Qarabağ münaqişəsində Azərbaycana dəstək vəd verib?!

III. Müzakirə olunası üçüncü blok mövzu atəşkəs rejimindən sonra başlanan, ATƏT MQ-nin vasitəçilik səylərinin aktiv olduğu dövrdədir.

Bu dövrdə ən çox diqqət çəkən İranın vasitəçilik təşəbbüsləri irəli sürməsidir. İranın vasitəçilik təşəbbüslərinə Azərbaycan heç zaman “yox”, Ermənistan isə heç zaman “hə” deməyib. İranın Ermənistanın vasitəçilik təklifini rədd etməsinə Tehran heç bir reaksiya vermədi. Bu dövrdə də İran Ermənistan üçün həyat rolu oynayıb. 2008-ci ildə Cənubi Osetiya müharibəsi dövrü var. O dövrdə müharibənin 5 gün davam etməsinə baxmayaraq yollar bağlı olduğuna görə Ermənistanda benzin və ərzaq qıtlığı yarandı. İran dərhal Ermənistana benzin və ərzaq məhsulları göndərdi. Göndərməsəydi Cənubi Osetiyanın taleyindən qabaq Qarabağ münaqişəsinin taleyi həll olunacaqdı.

Azərbaycan ən azı bu dövrdə İrandan vasitəçilik etməyi, Ermənistanı vasitəçiliyə məcbur etməyi xahiş edib. İran Azərbaycanın bu xahişinə reaksiya verməyib. İranın Xarici İşlər Nazirliyi, Ermənistan və Azərbaycana etdiyi müraciətləri Ermənistan və Azərbaycanın cavablarını, Azərbaycanın İranın vasitəçiliyi üçün ayrı müraciətlərini açıqlaya bilər.



İran həmişə “ərazi bütövlüyü” terminindən geniş istifadə edib. İran o dövrdə bir dəfə də olsun deməyib ki, Ermənistan işğalçı dövlətdir. Bəlkə də kiminsə dilindən təsadüfən Ermənistanın işğalçı olması səslənibsə, o səhəri neytrallaşdırılıb. Ən bariz misal: 2016-cı ildə dörd günlük müharibə dövründə İran prezidenti H.Ruhaninin beynəlxalq məsələlər üzrə müşaviri bu hərbi əməliyyatlarda Azərbaycana verdiyi dəstəkdir.

Üstündən bir neçə saat keçmiş həmin köməkçini verdiyi bəyanatı geri oxumağa vadar etdilər. “Münaqişə dinc yolla həll olunmalıdır, hərbi həlli yoxdur”. Hətta o dövrdə İran Azərbaycana qarşı hərbi təxribatlara hazırlaşdı. Məqsədi Ermənistanı dəstəkləmək idi. Sadəcə İran ərazisinə düşən mərmiləri İran zabitinin məhz Ermənistan tərəfindən gəldiyini təsdiq etməsi, bu təxribata imkan vermədi. Sanki İranın sərhədyanı zabitlərini təlimatlandırması yadından çıxmışdı və iranlı zabit vəziyyəti olduğu kimi bildirmişdi. Əslində Ermənistan tərəfindən İran ərazisinə atılan raket zərbələri İran tərəfindən təşkil olunmuş idi və bu Azərbaycanın atdığı kimi təqdim olunmalı idi. Amma zabit vəziyyəti xilas etdi. 20 illik dövrdə İranın Qarabağ mövzusunda mövqeyini xarakterizə edən İranın Ermənistandakı səfiri S.Ə.Sagiyanın verdiyi bəyanat oldu. O, münaqişənin “ərazi bütövlüyü” və “millətlərin öz müqəddəratını təyin etmə prinsipi” əsasında tənzimlənməsini açıqladı və bu zaman İranın insan hüquqlarına daha çox hörmətlə yanaşdığını bildirdi. Dəstəyini millətlərin öz müqəddəratını təyinatı üzərinə qoydu və bunun ali dini rəhbər S.Ə.Xamnei tərəfindən müəyyən olunduğunu bildirdi.

IV. İran 44 günlük müharibədə Azərbaycanın Qələbə çalacağına hazır deyildi.

İran düşünürdü ki, Qarabağ torpaqlarının işğal altında qalması Azərbaycan Respublikasına inkişaf etməyə imkan verməyəcək. Bu müharibədə Azərbaycan Qələbə çaldıqdan sonra İran artıq özü meydana çıxdı. Ali dini rəhbərin 44 günlük müharibənin qurtarmasına 2-3 gün qalmış verdiyi bəyanat ən bariz nümunəsidir. Faktiki müharibənin nəticələri bütün dünyaya, hətta ermənilərə, ermənipərəstlərə məlum olan dövrdə İranın ali dini rəhbəri bəyanat verdi ki, Azərbaycan torpaqlarını işğaldan azad edib, müsbətdir. Qarabağ ermənilərinin təhlükəsizliyi təmin olunmalıdır və üçüncü tezisdə Suriyadan terrorçular gətirilib, onlar buradan təcili çıxmalıdır. Faktiki üç tezis-fitvadan biri Azərbaycanın lehinə, ikisi isə Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı Azərbaycanın ziyanına, Suriyadan terrorçuların gəlməsi tezisi isə Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlıq, çağırış kimi edilməlidir. 2021-ci ilin martın 1-də Qumda keçirilən konfrans artıq Azərbaycanda quruluşu, hakimiyyəti dəyişmək konsepsiyanın hazırlanmasına həsr olunmuşdu.

V. İranın Azərbaycana qarşı hücumunda çar Rusiyasına qarşı İranın mübarizəsinin üst-üstə düşdüyü dövrlər.

Faktiki İran iddia edir ki, Azərbaycan İran ərazisidir, çar Rusiyası işğal edib, indi Azərbaycanı qaytarmalıdır. İran çar Rusiyasına qarşı mübarizə apara bilər. Əgər belə niyyəti varsa çar Rusiyasının İran ərazisini işğal etdikdən sonra müəyyən deformasiyalar kifayət qədər maddi idi. Bu, İran ermənilərinin tarixi Azərbaycan ərazilərinə-Qarabağa və Ermənistan ərazisinə köçürülməsidir. İran birdən-birə Rusiyanı uda bilməz, müharibə də elan edə bilməz. Hissə-hissə mübarizə aparırsa, bu zaman o Qarabağ və Ermənistan ermənilərinin İrandakı ərazilərinə qayıtmasından başlamalıdır. Bu prosesdə Azərbaycan İranın yanında ola bilər.



VI. İranın Zəngəzur koridoru ilə bağlı mövqeyi ağıla, məntiqə meydan oxumaq deməkdir.

Ermənistan ərazisi vasitəsilə Gürcüstana, Qara dənizə, oradan da hətta Bolqarıstana çıxacaqmış. Həm qaz kəməri, həm də avtomobil, dəmir yolu çəkməlidir. İran Ermənistan ərazisindən bir neçə dəfə kəmər çəkib və sonradan Rusiya o kəməri tutub alıb. Ermənistan müstəqil dövlət deyil. Rusiya iri layihəyə icazə verəcəksə, baş tutacaq. İcazə verməyəcəksə, baş tutmayacaq. Oxşar fikirləri Gürcüstan barəsində də demək olar.

Gürcüstanın da müstəqil siyasət aparması Qərbdən asılıdır. Qərbin də İrana münasibəti bəllidir.

Türkiyə Qara dəniz dövlətidir, Bolqarıstan da Türkiyə ilə sərhəddir. İran istəsə Qara dənizə, Bolqarıstan ərazisinə çıxmaq üçün Türkiyənin ərazisindən istifadə edə bilər. İranın Türkiyə istiqamətində dəmir yolu, qaz və neft kəmərləri mövcuddur. 15 il çalışdı “Şimal-Cənub” avtomobil yolunu tikə bilmədi. “Şimal-Cənub” dəmir yolunu Ermənistandan keçirmək istədi, bu da alınmadı. III Yüksək gərginlikli elektrik xəttini Ermənistana çəkə bilmir. Astara-Qazıməmməd-Qazax-Azərbaycan-Gürcüstan sərhədi qaz kəməri 1971-ci ildə sovet dövründə çəkilib və indi də cüzi əl gəzdirməklə kəmər istifadə oluna bilər.

Tarixi Azərbaycan, müsəlman torpağı olan Zəngəzura İranın yanaşması Tehranın Azərbaycan və Türkiyəyə uzun müddətli strateji müharibənin uvertürasıdır. Dalınca gələn musiqilərin nə olacağını Allah bilir. Hər halda Azərbaycan və Türkiyəyə qarşı ədavəti qızışdıran İrandır. Təəssüf ki, İranın belə mövqeyini ali dini rəhbər ortalığa qoyub və bu gün İran onu dəstəkləyir. Hətta İran rəsmiləri uzun müddət Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərmək istədilər, nəhayət çox danışıqdan sonra müqavilələr imzalandı. İran şirkətləri imzaladıqları müqaviləni icra edə bilmirlər. Bu fəaliyyətləri Qarabağ ermənilərinə təhlükə yarada bilər. Məhz Qarabağ ermənilərinin müdafiəsi ilə bağlı ali dini rəhbərin verdiyi fitva, Zəngəzur koridorundakı mövqe də İran rəsmiləri üçün ali dini rəhbərin o fitvasını təsdiqləyən kimi görünür.



VII. İranda din yalnız özlərinin anti-Azərbaycan siyasətini əsaslandırmaq üçündür.

Digər ərəb dövlətlərinə qarşı da bəzən dindən istifadə edirlər. Dini mübarizə yalnız Azərbaycan Respublikasına qarşıdır. Əgər yalan, şər, böhtana pul verilsəydi, İran İslam Respublikası dünyanın ən varlı dövləti ola bilərdi. İranda Quran ayəsini dəyişirlər. Guya Quranda 4 faiz sələmə icazə verilir. İmam Cəfəri Sadiqin adından qurama hədislər yazırlar. Tarix boyu “Azərbaycan” adlı termin olmayıb deyirlər, amma İmam Cəfəri Sadiqin şagirdinə istinadən min il bundan qabaq deyilib ki, Azərbaycan adlı məmləkət olacaq, şiələrin arasına təfriqə salacağıq, öz ərazisində digər millətlərlə vuruşacaq, axırda da məğlub olacaq.

Dini pozmasına o dünyada İrandan kim cavab verəcək?! Çünki şiəlikdə vacib Üsuliddinin beşincisi şiənin o dünyanın olmasına inamıdır. Eynilə təkəbbürlük də. Allaha ilk təkəbbür göstərən şeytandır. Təkəbbürlülük həmişə şeytançılıq hesab olunub. İran təkəbbürə də haqq qazandırır. Çünki özü böyük dövlətdir, Azərbaycan ondan kiçik dövlətdir. İstənilən anda Azərbaycana “şapalaq” vura bilər. Ermənistandakı səfirinin dilindən belə bir fikir çıxıb. Bütün bunların hamısı təkəbbürlükdür. Quranda qadağan olunub. Bunu da belə deyirlər ki, kim təkəbbürlük göstərirsə, Allah icazə verir sən də ona qarşı təkəbbürlük göstər. Şeytan kontekstindən baxdıqda məsələnin çox gözəl mahiyyəti üzə çıxır.

VIII. İranla Azərbaycan arasındakı şərtlərin normallaşmasının, maddiləşməsinin ən vacib elementi İranla Azərbaycan arasında sərhədyanı Azad İqtisadi Zonaların yaradılmasıdır.

Bu İranda Azərbaycanla həmsərhəd olan üç ostanı əhatə edə bilər. Bu Azad İqtisadi Zonada daha çox Azərbaycan Respublikasının qanunvericiliyi işləməlidir. Ora dünya dövlətləri axın edə, gələ bilsinlər. Böyük turizm potensialı, filiz yataqları var. Dünya üçün nadir hesab olunan elementlər var və oradan gələn gəlir İranın dövlət büdcəsinin 50 faizindən çoxunu verə bilər.

IX. İranın bu 30 ildə Azərbaycan istiqamətində gördüyü işlər də var.

O işlərə müəyyən qədər bələdçiliyimiz var. İran o işləri də dialoq müzakirəsində təklif edə bilər. Əsas məqsəd müzakirələrlə bütün anlaşılmazlıqları aradan qaldırmaqdır.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi.
16 aprel 2003 -cü il



Xəbər 1090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +