Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


14.04.2023  18:23 

“İndi çoxları qorxudan danışmır” - Xalq artisti





A+  A-

“Kimə baxırsan, hamı maaşdan şikayətlənir. Məvaciblər qəpik-quruş artır, amma qiymətlər da qalxır. İndi yaşamaq çətindir”.

XəzərNews.az xəbər verir ki, bunu Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül (Əbdül Mahmudov) Modern.az-a aktyorların maaşların azlığından şikayətlənməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, nəinki aktyorların, eləcə də digər sahələrdə çalışanların maaşları artırılmalıdır: “Maaşları artırmaqla yanaşı, süni qiymət artımının qarşısını almaq lazımdır. Baxırsan ki, maaş qalxan kimi qiymətlər də artır. Əldə qalan pullar bazarlarda məhv olur”.

Xalq artisti səsi və sənəti olmayan şəxslərin pul qazanmaq üçün müğənniliyə axın etdiyini söyləyib:

“Bu gün ailə vəziyyəti ağır olanlar müğənniliyə keçir. Təhsilsiz, musiqi savadı olmayan, açıq-saçıq şəkildə səhnəyə çıxan dırnaqarası müğənnilər milyonçudur. Amma sənətlə məşğul olan əsl sənətkarlar, peşəkar insanlar, teatr-kino xadimləri çox böyük ehtiyac içində yaşayırlar. Bir nəfər övladına toy etmək üçün borca girir və həmin pulu avara şoumenlərə verir. Toya yığılan pulların yarısını şadlıq evlərinə, yarısını da müğənilərə verirlər. Onlar da bahalı maşınlarda, villalarda kef edirlər. Yeni ailə quran şəxslər borc içində yaşayırlar, çətinlik çəkirlər. Nə etdiklərini bilmirlər. Nəticədə boşanmalar artır. Fikrimcə, indiki müğənnilərin hamısı imtahandan keçirilməlidir. Onların nə səsi, nə musiqi savadı, nə də avazı var. Bu gün səsi olmayanların hamısı oxumaqla məşğuldur. Ailə vəziyyəti ağır olan da mahnı oxuyur. Peşəkar insanlar isə qalıb kənardı, ehtiyac içində yaşayır, psixoloji sarsıntı keçirirlər”.

Xalq artisti özünün də mənzil şəraitinin ürəkaçan olmadığını deyib və buna görə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Hacıbala Abutalıbovu ittiham edib:

“Oğrunu doğru ilə bir tutmaq olmaz. İndi çoxları qorxudan danışmır. Çünki hamının maddi marağı var. Şeyx Əbdül danışır, danışan kimi düşmənə çevrilir. Amma məni qanıma qəltan etsələr də deyəcəyəm. 80 yaşım var. Bundan sonra heç kim mənə heç nə edə bilməz. Hər şey haqq-ədalətlə həll olumalıdır. İnsanlar əxlaqla, sözlə idarə olunur. Bunlar deyilməli, kimin kim olduğu bəlli olmalıdır. Hər kəs layiq olduğu səviyyədə təmin olunmalıdır. Bu gün Şeyx Əbdül Azərbaycanın Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Milli Yaradıcılıq akademiyasının elmlər doktorudur. Amma mən "krışa"da yaşayıram. Hacıbala Abutalıbov kimi insanlar evimi dağıtdı və 10 ildir evimi vermirlər. O, işdən çıxıb villada yaşayır, amma mən hələ də "krışa"da qalıram. Bu gün kiçik məmurların villaları var, mənim heç pişiyim də yoxdur”.

Qeyd edək ki, bu yaxınlarda Xalq artistlərinin maaş azlığından şikayətlənməsi, aktyorlardan birinin işdən sonra mühafizəçi işləməsi müzakirələrə səbəb olmuşdu.

Xəbər 477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +