Prezident Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb
Cənubi Qafqazda yeni siyasi xətt: Tbilisi hansı oyunu qurur?
Talıbovun qurumu LƏĞV EDİLDİ
Ukrayna ordusu Rusiyanın neft bazasını vurdu
Qərbdən Əli Kərimliyə dəstək gələcəkmi?
Bakıda ağır qəza...-Ölən var
Tanınmış rejissor həbs olundu
Sabiq nazir vəfat etdi
Rusiya Ukraynanın 45 PUA-sını vurub
Bakıda avtobus piyadanı vurdu


13.04.2023  18:00 

Bahalaşma bu ərzaqlarda qeydə alınıb - Siyahı





A+  A-

2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.

XəzərNews.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiz təşkil edib.

Mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin, ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub.

Rəsmi məlumata görə, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2023-cü ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin mart ayına nisbətən 111,6 faiz təşkil edib. Martda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma mebellərin, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, şampunların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, kompüterlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2023-cü ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 110,8 faiz təşkil edib. Martda əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, minik avtomobillərinin, mebellərin, məişət cihazlarının təmiri, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər 2848 dəfə oxunub.




02.12.2025  11:04 

Talıbovun qurumu LƏĞV EDİLDİ

02.12.2025  10:11 

Bakıda ağır qəza...-Ölən var

02.12.2025  10:09 

Tanınmış rejissor həbs olundu

02.12.2025  10:08 

Sabiq nazir vəfat etdi

02.12.2025  09:58 

Bakıda avtobus piyadanı vurdu

01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat

01.12.2025  15:38 

Məmməd İbrahim də həbs olundu

01.12.2025  14:41 

Əli Kərimli həbs edildi


BÜTÜN XƏBƏRLƏR +