Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


11.04.2023  17:45 

“Robofest International“ Robotexnika yarışması uğurla başa çatdı





A+  A-

"Robofest"in baş sponsoru Kaspi Təhsil Şirkətidir

“Robofest International” Robotexnika yarışması 23 məktəbi təmsil edən 400-ə yaxın şagirdə yüksək texnologiyalarla bağlı biliklərini, texniki təfəkkürlərini sınamaq imkanı yaratdı. Ölkəmizdə artıq 3-cü dəfə keçirilən yarış “Pasaj 1901” ünvanda şagirdləri bir araya gətirdi. Beynəlxalq yarışmada həmçinin qardaş Türkiyənin Dənizli və Cansu bölgəsindən iki məktəbin şagirdləri də iştirak etdi.



Şagirdlərin robotexnika sahəsində bacarıq və yaradıcılıqlarını nümayiş etdirmələri üçün platforma olan yarışmada Kaspi Liseylərinin şagirdləri də 7 müxtəlif kateqoriya üzrə iştirak etdilər. Ümumilikdə 80 komandanı 8 maraqlı kateqoriyada - Lego Sumo, Lego Line Follower, VEX IQ Slapshot, VEX Go missiyası, Lego WeDo/VEX Go Innovators, Disaster Relief Robot, Hardware Controll və Proqramlaşdırma kateqoriyalarında yarışmaq üçün bir araya gətirən “Robofest”in baş sponsoru Kaspi Təhsil Şirkətidir.



Beynəlxalq səviyyədə keçirilən yarış

Tədbiri giriş sözü ilə açan Kaspi Liseyi Bakıxanov filialının direktoru Sahil Əliyev iştirakçıları salamlayaraq qeyd etdi ki, “Robofest International” kimi tədbirlər robototexnika təhsilinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasına kömək edə və şagirdləri bu maraqlı sahədə karyera qurmağa ruhlandıra bilər: “Robofest İnternational” yarışması artıq ölkə hüdudlarından çıxaraq beynəlxalq səviyyədə keçirilir. Biz səyahətə 3 il əvvəl “Robofest” olaraq başladıq. İlk tədbirimiz pandemiya dövrünə təsadüf etdiyindən yarışın 1-ci hissəsi onlayn olaraq təşkil olundu. Məhdud sayda şagirdlərlə tədbirimizi məktəblərin birində təşkil etdik. İlk tədbirimizə 50 şagird qoşuldu. 2022-ci ildə 2-ci festivalı keçirdik. Bu dəfə “Park İnn” hoteldə keçirdiyimiz yarışda 150-dən çox şagird və 20-yə yaxın məktəb iştirak etdi. Builki tədbirdə isə artıq 23 məktəbin 300-dən çox şagirdi yarışır. Həmçinin qardaş Türkiyədən iki məktəbin şagirdləri yarışmada biliklərini sınayır”. S.Əliyev qeyd etdi ki, “Robofest”-in təşkil edilməsində məqsəd məktəblilərə özlərini ifadə edə biləcəkləri qeyri-formal təhsil mühiti yaratmaqdır.



Türkiyədən yarışa qatılan qonaq Seçkin Aksoy Azərbaycanda olmaqdan məmnun olduğunu bildirdi: “10 ildir robotexnika festivallarında iştirak edirik. İki dəfə xarici ölkələrdə keçirilən yarışlarda iştirakçı olmuşuq. ABŞ-da keçiriləcək beynəlxalq yarışda da təkrar iştirak edəcəyik. “Robofest” yarışması bizim üçün mühüm təcrübədir”.

Qonaq Özlem Aksoy bu qədər şagirdi bir yerdə görməkdən özünü xoşbəxt hiss etdiyini dedi: “Şagirdlərimiz müxtəlif kateqoriyalar üzrə yarışda iştirak edirlər. Mən də sizlər qədər həyəcanlıyam”.



Türkiyədən yarışa qatılan komandaların rəhbəri Emel Biyik “Robofest”də iştirakını məmnunluq hissi ilə qeyd etdi: “İki komanda ilə festivalda iştirak edirik. Bizim şagirdlərin robotika yarışmalarında qazandıqları təcrübə var. Türkiyə üzrə VEX WORD yarışmasının qalibidirlər. Komandamız ABŞ-da keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcək. “Robofest”ə də böyük həvəslə qatılmışıq”. E.Biyik bildirdi ki, Robofest yarışları şagirdlərin özgüvənlərini artırmağa, yeni texnologiyalarla tanış olmalarına, yarış ruhu qazanmalarına kömək edir: “Onlar belə yarışlarda sosiallaşırlar. Qalibiyyət və uğur qazanmaq haqqında düşünürlər. Başa düşürlər ki, texnoloji bacarıqlara yiyələnməsələr uğur əldə etmək olmaz. Bu yarışma da bizim komandalar üçün böyük təcrübədir. Təşkilatçlara minnətdarıq!”



Şagirdlərin robotexnika marağı

“AzeRobot Education”in layihə rəhbəri İmamil Mirzoyeva festivala Pirşağı, Maştağa, Balaxanı və Koroğlu filiallarının 16 komandası ilə qatıldıqlarını dedi: “Yarışmada bütün kateqoriyalar üzrə mübarizə aparırıq. Keçən il 3 komandamız 2-3-cü yerləri bölüşdürdü. Bu cür yarışlar mütəmadi keçirilməlidir. Çünki həm şagirdlərin dərsdənkənar məşğulluqlarına, həm də müasir dövrün tələblərinə uyğun olaraq elektronika bilgilərini təkmilləşdirməyə kömək edir”.



Zərifə Əliyeva adına Liseyin şagirdləri, “Phonex” komandasının təmsilçiləri Yusif İsmayılov və Sürayyə Yaqublu əvvəllər SAT və FLL festivallarında iştirak ediblər. İndi də “Robofest”də iştirak etmələrindən məmnundurlar: “Özümüzü inkişaf etdiririk. Belə festivallar gələcəyin tələbidir. Elektronika sahəsində yenilikləri izləyə bilirik, yeni komandalarla tanış oluruq. Bu də bizə təcrübə verir. Yarışmada hədəfimiz qalibiyyət olsa da, əsas məqsəd özünü inkişafdır. Belə festivalların tez-tez keçirilməsini arzulayırıq”.



Atatürk Liseyinin 7-ci sinif şagirdi Orxan Adığözəlov bu tip festivallara böyük marağının olduğunu dedi: “Yarışmada komanda şəklində işləməyi öyrənirik. Yeni elektronika vasitələri ilə tanış oluruq. Bu, bizim təcrübəmizi formalaşdırır, motivasiya hissimizi artırır”.

Ankara Məktəbi-Məktəb-Liseyin 9-cu sinif şagirdi Murad Muradov robotexnika yarışlarında 4-cü sinifdən iştirak etdiyini bildirdi: “Dünya Robot Olimpiadasının iştirakçısıyam. Keçən dəfə də “Robofest”də iştirak etdik və 2-ci yerə layiq görüldük. Belə yarışlar müasir dövrdə texnologiyalarla davranmağa, onların sirrini öyrənməyə kömək edir. Artıq süni intellekt əsrində yaşayarıq. Biz də yüksək texnologiyaları öyrənməli və həyatımıza tətbiq etməliyik”.



“Belə yarışları dəstəkləyirik”

Tədbirdə iştirak edən valideynlər də robotları hərəkətdə görmək, iştirakçılarla və robototexnika sahəsində ən son yeniliklərlə tanış olmaq imkanı əldə etdilər.

Valideynlər “Robofest”in təşkilindən razılıq edərək belə bir festivalın keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər:

Səbayel rayon 236 məktəbin 4-cü sinif şagirdi Elcan Həsənovun anası Güləbətin Məmmədovanın fikrincə, belə yarışlar şagirdlərin dünyagörüşünü artırır, sağlam rəqabət hissini formalaşdırır: “Onlar belə yarışlara qatılarkən çox həvəsli olurlar. Hazırlıq prosesində o qədər həvəslə iştirak edirlər ki, başqa məşğuliyyətə vaxtları qalmır. Uşaqlar sosiallaşırlar, komanda ilə işləməyi, bir-birini sevməyi, dostluq etməyi öyrənirlər”.



Binəqədi rayonu 300 saylı məktəbin şagirdi Nurlan Kərimovun anası Əsmət Kərimova da sevinclidir: “Şagirdlər mental düşünməyi öyrənirlər, əl bacarıqları inkişaf edir, elektronika ilə daha yaxından tanış olurlar. Onlar nəzəriyyəni praktikada tətbiq etməyi mənimsəyirlər. Bu da onlarda Riyaziyyat, Həyat bilgisi dərslərinə marağı artırır”.

Valideyn Zaur Yusifovun övladı Kaspi Liseyinin 3-cü sinfində təhsil alır. Onun fikrincə, uşaqların erkən yaşdan belə yarışlara qatılması onların bacarıqlarını formalaşadırmaqla yanaşı, robotexnika ilə bağlı bilgilərini artırır: “Həmçinin onlar birgə işləməyi öyrənirlər. Bir-birləri ilə dostlaşırlar. Qalib gəlmək məqsədi onları həvəsləndirir. Uşaqların hər birinin üzündə sevinc var. Onlar həm əylənir, həm öyrənirlər. Belə yarışların keçirilməsinə zərurət var. Həmçinin bu tədbirlərə bütün yaş qrupları üzrə valideynlərin cəlb olunması vacibdir”.



Valideyn Nigar Novruzova hesab edir ki, belə yarışlar uşaqların vaxtlarını səmərəli keçirmələrinə kömək edir: “Uşaqlar bir-biri ilə ünsiyyət qurur, dostlaşır və mehriban olurlar. Birgə işləmək bacarığı formalaşır, bir-birlərinə dəstək olurlar. Bir valideyn olaraq dərsdənkənar belə yarışların keçirilməsini dəstəkləyirəm”.

“Robofest” çərçivəsində gənc ziyarətçilər üçün ustad dərsləri də keçirildi. Şagirdlər biliklərini sınamaqla yanaşı, vaxtlarını əyləncəli keçirdilər.

Yarışmanın sonunda qalib komandalar mükafatlandırıldı.

Xəbər 568 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +