Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.04.2023  17:05 

“Qarşıdan seçkilər gəlir, bizə sürpriz hazırlamayın” - Deputatdan nazirə cavab





A+  A-

“Nazirin “qiymət artımı olmayacaq” deməyi ilə razı deyiləm. Burada çox ciddi qiymət artımı nəzərdə tutulur”.

Bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika naziri Pərviz Şahbazovun çıxışına cavab olaraq deyib.

Deputat bildirib ki, bu, tək iqtisadi qanun yox, həm də sosial-siyasi qanundur:

“2025-ci ilə qədər Azərbaycanda parlament və Prezident seçkiləri nəzərdə tutulub. Belə bir qanun layihəsi ilə seçkiyə getmək nə qədər mənfi amillərə gətirib çıxaracaq. Qanun layihəsinin tətbiqinə 2027-2028-ci ildən başlamalıyıq. Öncə pilot layihələr həyata keçirib baxmaq lazımdır ki, rentabelliliyini göstərəcəkmi? Kim deyirsə, bu qanun tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir”.

Vahid Əhmədov vurğulayıb ki, bu qanun layihəsi qəbul olunsa, ayrıca mətbuat konfransı keçirəcək:

“Millətə də məlumat verəcəyəm ki, bu qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Yenə qeyd edirəm ki, qarşıdan parlament və Prezident seçkiləri gəlir. Bizə sürpriz hazırlamayın. Bizim buna ehtiyacımız yoxdur”.

Xatırladaq ki, daha əvvəl energetika naziri Pərviz Şahbazov “Elektroenergetika haqqında” yeni qanunun qəbulunun qiymətlərin artması anlamına gəlməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək: “Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdansatış qiymətlərinin, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”.

Xəbər 649 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +