Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


07.04.2023  15:13 

Komitə dini maarifləndirmə işini turizm şirkətinə verdi – 1 milyonluq müqavilə





A+  A-

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması tenderinə yekun vurub. Qalib isə "RR Travel Company" MMC olub. Şirkətlə 1 048 978 manat məbləğində müqavilə imzalanıb.

XəzərNews.az xəbər verir ki, "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev tenderin qalibinin turizm şirkəti olduğunu, bu şirkətin heç dini turizmlə belə məşğul olmadığını bildirib.

Yenisabah.az-a açıqlama verən Niyaz Niftiyev deyib ki, belə həssas vaxtda dinlə əlaqəsi belə olmayan bir turizm şirkətini tenderin qalibi seçmək düzgün deyil:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumları davamlı olaraq tenderlər elan edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin budəfəki tenderi dini sahədə təbliğatla bağlı idi və yüklü məbləğ idi – 1 milyon manatdan yuxarı. Belə bir diqqətçəkən məbləğin hər hansı tur şirkətinə verilməsi maraq doğurdu. İndiki situasiyada, ölkədə casus ovu aparılan bir zamanda, İran casus şəbəkəsinin ifşa olunduğu ərəfədə belə bir tenderin hər hansı təbliğat sahəsində diqqətçəkən fəaliyyəti olmayan tur şirkətinə həvalə olunması təəccüb doğurdu.



Ümumiyyətlə, Azərbaycanda tenderlərin nə dərəcədə şəffaf keçirilib keçirilmədiyi hamımıza məlumdur, amma ixtisaslaşmış təşkilatlara, qeyri-hökumət təşkilatlarına bu kimi tədbirlərin həvalə olunması daha məqsədəuyğun olardı. Düşünürəm ki, indiki situasiyada biz bu yolla vətəndaşlarımızı digər dövlətlərin təsiri altına düşmək imkanlarından xilas edə bilərik. Məqsəd bu olmalıdır. Biz hədəfə çatmaq üçün bu kimi məsələlərdə diqqətli olmalıyıq”.

O, qeyd edib ki, bu cür tenderlər ixtisaslaşmış ictimai təşkilatlara və vətəndaş cəmiyyəti institutlarına həvalə olunmalıdır:

“Təsəvvür edin, son 1 ayda ölkədə İranla bağlı casusluq ittihamı ilə tutulanların sayı qeyri-rəsmi informasiyaya görə 400-ü keçib. İnsanlar bu şəbəkənin qurbanı olublar. Belə vaxtda ölkədə dini məsələlərə cavabdeh olan komitənin bu şəkildə tenderdə hər hansı bir tur şirkətini qalib elan etməsi həm vətəndaş, həm qeyri-hökumət təşkilatının rəhbəri, həm də jurnalist kimi mənim üçün düşündürücü oldu.

Çünki ölkəmiz elə bir zamandadır ki, biz hər birimiz diqqətli olmalıyıq. Xüsusən də dövlətin aparıcı qurumlarında bu diqqət ən üst səviyyədə qorunmalıdır.



Təəssüf ki, bu gün biz bunu görmürük. Mən qalib olan tur şirkəti ilə bağlı bir araşdırma apardım. Bilirsiniz, tur şirkəti turizm sahəsində peşəkar ola bilər, mənim o şirkətə bununla bağlı heç bir iradım yoxdur, amma təbliğat, xüsusən də dini sahədə təbliğat ixtisaslaşmış ictimai təşkilatlara və vətəndaş cəmiyyəti institutlarına həvalə olunmalıdır.

Həmin şirkət heç dini turizm sahəsində də ixtisaslaşmayıb. Belə məsələlərdə dövlət qurumları diqqətli olmalıdır”.

Xəbər 652 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +