“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


07.04.2023  01:07 

Azərbaycan Ukraynaya yeni səfir təyin edir?





A+  A-

Bu barədə Bakupost.az Xarici İşlər Nazirliyindəki etibarlı mənbəyə istinadən məlumat yayıb. Sayt yazır ki, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbəri artıq təsdiqlənib. Lakin Prezident Sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.

Musavat.com xəbər verir ki, Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. Təyinatdan az əvvəl isə mətbuatda onun 1 milyon müqabilində o zaman xarici işlər naziri Elmar Məmmədyarovla səfir təyinatının razılaşdığı haqda məlumatlar yayılıb. Elmira Axundova buna qədər deputat olub və əsasən Ramiz Mehdiyevə ünvanlanmış mədhiyyə janrında çıxışları ilə mətbuatda görünüb. “Ramiz Mehdiyevin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” fikrinin müəllifi olan Elmira Axundova Ukrayna müharibəsi başlayan kimi Kiyevdən ilk qaçanlardan olub. Həmin vaxtdan Ukraynaya getməyib. Üstəlik, savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməyib.

Məlumat üçün bildirək ki, Elmira Axundova 2 ildir ki, Ukraynada səfir postunu tuturdu. Bu müddətdə onun adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə, o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb. Məsələn, 44 günlük Vətən müharibəsindən dərhal sonra Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb. Aparıcının “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına o zaman səfir olan Axundova “ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib. Bununla yanaşı, səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan Ordusuna deyil, Azərbaycan əsgərinə deyil, Rusiyaya (?!) minnətdarlığını bildirib.

Rusiyada anadan olan səfir “bizə hansısa Türkiyə kömək etməyib” fikirini işlədib. Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyə lüzum görməyib. Elmira Axundova Ukraynadan qaçandan sonra Azərbaycanda adı qarışan dələduzluq işində izlərini itirməyə girişib. Belə ki, özünün və oğlunun adı hallanan dələduzluq işində zərərçəkənlərdən cərimələrin alınması üçün hərəkətə keçməsi ilə yaddaşlarda qalıb. Halbuki həmin dələduzluq işi üzrə araşdırma aparılarsa, Elmira Axundovanın, oğlu Həbib Axundovun cinayət işindəki səs yazıları incələnib hüquqi qiymət verilərsə, onların özləri “konsert”ə getməli olarlar. Elə Elmira Axundovanın Bakupost-da vəzifəsindən uzaqlaşdırılması xəbərinə verilən reaksiyalar da adekvatdır. İlqar adlı oxucu “Bu arvad gedən kimi cinayətkar oğlu Həbib həbs olunacaq” şərhini yazıb.

Əslində Rusiya doğumlu Elmira Axundovanın Rusiyanın işğal etməyə çalışdığı Ukraynaya dönməsi Azərbaycanın milli maraqlarına uyğun deyildi. Ukraynada olduğu 2 ilə yaxın müddətdə Elmira Axundova efirlərdə ölkəmizin adına xələl gətirməkdən, bahalı avtomobillərə görə gündəmə gəlməkdən, Kiyevin mərkəzində yol hərəkəti qaydasını kobud şəkildə pozmaqdan, kommersiya məsələlərinə görə mətbuatın diqqətini cəlb etməkdən başqa nəyəsə nail olmayıb. Bir də ki, yarım milyona yaxın azərbaycanlını müharibənin ilk günlərində Kiyevin mərkəzində taleyin ümidinə buraxıb qaçan səfir ora hansı üzlə qayıda bilərdi?

Xəbər 522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +