“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


04.04.2023  11:18 

Lalə Şövkət aktiv siyasətə qayıdır? - Əvvəl deputat, sonra...





A+  A-

Azərbaycanda fəaliyyət göstərən “cırtdan” partiyaların bir-birinin ardınca özünü buraxması müzakirələrə səbəb olub. İlk baxışda bunun “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı olduğu güman edilsə də, ölkənin siyasi həyatında daha ciddi proseslərin getdiyinə dair qənaət mövcuddur.

Analitiklər həmişə “boylarından” böyük iddia ilə çıxış edən kiçik partiyaların qəfildən fəaliyyətini dayandırmasını təsadüfi hesab etmirlər.

XəzərNews.az Yenisabah.az-a istinadla bildirir ki, “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklər bu sektorda ciddi dəyişikliklərə səbəb olacaq. Beləki, son dəyişikliklər hər bir siyasi partiyanın ən azı 5 min üzvünün olmasını tələb edir.

Azərbaycan reallığında isə rəsmi qaydada bu qədər tərəfdar toplamaq real görünmür.

Müşahidəçilərin fikrincə hakim Yeni Azərbaycan Partiyası və daha bir-iki siyasi partiya bu normativi yerinə yetirməyə qadirdir. Belə olan halda isə siyasi partiyaların bir-birinin ardınca sıradan çıxması qaçılmazdır.

Qeyd edək ki, proses təkcə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini dayandırması ilə yekunlaşmır. Gündəmdə partiyaların yeni koalisiyasının yaranacağına dair iddialar var. Bu iddiaların tədricən öz təsdiqini tapması yeni müzakirələrə rəvac verib.

Hazırda bu istiqamətdə aparılan əsas müzakirələr “Milli Birlik” Hərəkatının lideri Lalə Şövkətlə bağlıdır. Azərbaycan Liberal Partiyasının (ALP) sədrliyindən istefa verəndən sonra "kölgəyə çəkilən" xanım siyasətçinin adının yenidən siyasi müzakirələrin predmetinə çevrilməsi böyük marağa səbəb olub. L.Şövkətin “danışan dili” sayılan ALP sədri Əvəz Temirxanın 12 siyasi partiyanın onların ətrafında birləşmək niyyətini açıqlaması müzakirələrə rəng qatıb.

Lalə Şövkətin uzun illərdən sonra yenidən aktiv siyasətə dönməsi nə ilə bağlıdır?

Məlumatlı şəxs saytımıza açıqlamasında Azərbaycanın siyasi həyatında ciddi dəyişikliklərin olacağını açıqlayıb. Onun sözlərinə görə, Lalə Şövkət yeni mərhələdə siyasi düşərgənin aparıcı fiqurlarından birinə çevriləcək.

Mənbə növbəti parlament seçkilərində mojaritar sistemlə yanaşı, həm də proporsional seçki sisteminin tətbiq ediləcəyini bildirib. Qeyd edib ki, siyasi partiyaların iştirakını təmin edəcək bu sistem ciddi rəqabət mühitinin yaranmasını sürətləndirəcək:

“Lalə Şövkətin ətrafında 12 siyasi partiyanın birləşməsi təsadüfi deyil. Lalə xanım növbəti parlament seçkilərinə müxalifətin əsas fraksiyalarından birinin lideri kimi qatılacaq. Uzun illər “kölgədə” olması, siyasi intriqalardan uzaq qalması, imicini qoruması və intellekti sayəsində onun cəmiyyətdən ciddi dəstək alması gözlənilir. İndiki şərtlər daxilində bu, hakimiyyətin də maraqlarına cavab verir. Hakimiyyət ideoloqları hesab edirlər ki, Lalə Şövkət aktiv siyasətə dönəndən sonra qısa müddət ərzində əvvəlki nüfuzunu bərpa edə, reytinqini artıra bilər”.

Müsahibimiz deyib ki, siyasi iqtidarın hakimiyyətə aqressiv münasibət bəsləyən partiyalarla əməkdaşlığı mümkün görünmür. Bu baxımdan cəmiyyətdə barışdırıcı imicə sahib olan Lalə Şövkətin yenidən aktiv siyasətə qayıtması arzulanandır.

Mənbə qanunverici orqanın da islahatlardan kənarda qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, növbəti parlament seçkiləri müxalifətin Milli Məclisdə böyük fraksiyasının yaranmasına gətirib çıxaracaq. Bu fraksiyanın lideri Lalə Şövkətin parlament rəhbərliyində təmsil olunması, hətta birinci vitse-spiker postunu tutması istisna deyil.



Xəbər 440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +