Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


04.04.2023  11:05 

Nərimanov: ikiləşmiş şəxsiyyət və əks fikirlər





A+  A-

Naxçıvanda Nərimanovun büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar cəmiyyətin diqqətini yenidən Nərimanovun şəxsiyyəti ilə bağlı fikirlərə yönəldib. Yenə hər ağızdan bir avaz çıxır. Kimisi Nərimanovu dahi şəxsiyyət, kimisi isə satqın adlandırır.

Amma heç kəs Nərimanova böyük kontekstdən baxmaq istəmir. Çünki şəxsiyyət ikiləşəndə əks fikirlər başqa bütün fikirləri üstələyir. Şəxsiyyətin ikiləşməsinə biz Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Abbasqulu Ağa, Bakıxanov, Molla Pənah Vaqif, Mir Cəfər Bağırov və başqalarının adlarını çəkə bilərik.

Şərq müsəlman aləmində şəxsiyyətin ikiləşməsi ondan qaynaqlanırdı ki, ədəbi sima dövlət xadiminə çevrilərkən, idarəetmədə ədəbi xülyalardan qopa bilmir və ya dövlətin idarəetmə sisteminin onun xəyalları və arzuları ilə üst-üstə düşəcəyinə inanırdı. Sonda isə yanıldığının şahidi olaraq, peşman olurdu.

Belə şəxsiyyətlərdən biri də Azərbaycan ədəbi-mədəni mühitində xüsusi rolu olan Nəriman Nərimanovdir.

Müəllim, yazıçı, publisist, dramaturq, Azərbaycan milli romanının (Bahadur və Sona), Azərbaycanda ilk tarixi faciənin (Nadir şah) banisi, həkim, maarifçi, Bakıda ilk qiraətxananı (kitabxana da demək olar) yaradan Azərbaycan Cümhuriyyətinə qarşı siyasi yanlışları ilə tarixə düşən adamdır - Nəriman Nərimanov...

Nərimanov nə qədər yanlışlıqlara yol versə də Atatürkə: "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar" fikirlərini yazan adamdır.

Deməli, günahı təkcə Nərimanovda axtarmaq düzgün deyil. Həmin dövrün situasiyasını dəyərləndirmək lazımdır. Düz 100 il bundan öncə də Azərbaycanda vəziyyət indiki kimi idi. Ölkənin ictimai-siyasi həyatında əsas aparıcı region Bakı şəhəri idi. Ziyalıların əksəriyyəti bu şəhərdə toplaşmışdı. Ölkənin aparıcı qüvvələrini Sosialistlər (ruspərəstlər), Turançılar, İrançılar və Azərbaycan məfkurəsinə inananlar təşkil edirdi. Bu qruplar arasında isə hakimiyyət uğrunda güclü mübarizə gedirdi.

O dövrlə indiki dövrü müqayisə etdikdə yaxşı ki, Rusiya daha çox güclənib, Azərbaycanda müxtəlif qüvvələrin hakimiyyət mübarizəsini alovlandırmır demək istərdik. Amma...

Hazırda eyni işi İranın ölkədəki casus şəbəkəsinin üzvləri görür...

Azərbaycanın və azərbaycanlıların ən böyük qəbahəti isə həmişə nicatı ölkə kənarında axtarması olub. Bakıxanov, Axundov, Vaqif, Cavid, həmçinin Nərimanov kimi şəxsiyyətlərin bəlası da bu idi.

Yanlışlığın əsası milli ideologiyanın olmamasında idi, demək olmaz. Çünki Rəsulzadə Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla bu problemi həll etmişdi. Amma Nərimanov Rəsulzadə ilə razılaşmaq əvəzinə onunla qarşı-qarşıya dayandı.

Bu əks çıxışın nəticəsi isə 100 ildir ki, Nərimanovun lənətlənməsinə, dağ böyüklükdəki şəxsiyyətinin ayaqlar altında tapdanmasına gətirib çıxardı...

Nərimanov ikiləşmiş şəxsiyyətdir: ədəbi aləmdə dahi mütəfəkkir, maarifçi xadim, böyük şəxsiyyət olsa da, siyasi aləmdə lənətlənmiş siyasətçidir.

Buna görə də Nərimanov haqqında danışarkən onu hansı sahə üzrə təhlil etməyə diqqət yetirmək lazımdır. Bu gün ölkəni az qala heç nəsiz satmağa çalışanların, ruspərəstlərin, qərbpərəstlərin, irançıların və bu kimi Milli Azərbaycan Məfkurəsindən uzaq adamların Nərimanovu tənqid etməsi də ayrı aləmdi...

Nərimanov nicatı və işıqlı yolu kənarda axtaranlara bir görkdür. Bu ölkənin nicatı da, işığı da ölkənin özündə, xalqında, milli ruhda böyüyən vətəndaşının yüksək təhsilində və səviyyəsindədir... Gələcəyimizi Azərbaycanla qurmasaq, keçmişimizə güldükləri kimi gələcəyimizə də güləcəklər.

Çalışaq heç kimi gələcəyimizə güldürməyək...

Elmar Hüseynov

Xəbər 556 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +