Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.03.2023  11:51 

Bakıda artan silahlı cinayətlərin qarşısını necə alaq: “Sistem təkmilləşdirilməlidir“





A+  A-

"Azərbaycanda "Təhlükəsiz şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir. Bu sistem daxilində biometrik identifikasiya, video müşahidə və s . tipli alt sistemlər mövcuddur. Bu sistemlər axtarılan şəxsi seçməyə və izləməyə imkan verir. Eyni zamanda "Təhlükəsiz şəhər" sistemi vasitəsilə saxta nömrəsi olan avtomobili və sahibini müəyyən etmək mümkündür".

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert qeyd edib ki, əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı:
"Hazırda isə müşahidə kameraların sayı və keyfiyyəti xeyli artırılıb. Son açıqlanan məlumatlara görə, Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemi üçün təxminən 2300 nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib”.

O.Gündüz qeyd edib ki, inkişaf etmiş ölkələrdə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir:

"Beynəlxalq təcrübə, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımlara nəzəar saldıqda görmək olar ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var:

Azərbaycanda “"Təhlükəsiz şəhər" layihəsi çərçivəsində videomüşahidə infrastrukturunun qurulması DİN, FHN, yerli icra qurumları, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Lakin görünən odur ki, bu infrasturkturun inkişaf etdirilməsi və dayanıqlığı ilə bağlı çatışmazlıqlar var. Müasir çağırışlar da tələb edir ki, "Təhlükəsiz Şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə Yol xəritəsi hazırlanmalıdır".

Ekspert hesab edir ki, yeni tikilən bina və obyektlərin təhvil-təslimində "Təhlükəsiz Şəhər"ə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir:

"Qaydalar bunu tələb edir. Lakin bu tələbin icrası istiqamətində problemlər var. DİN sistemin operatoru kimi bu prosesdə daha yaxından iştirak etməlidir. Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz şəhər" sisteminə hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir video-müşahidə sistemləri, təmassız biometrik texnologiyalar quraşdırılmalıdır. Son zamanlar ölkədə baş verənlər göstərir ki, "Təhlükəsiz şəhər" tipli sistelmlər ictimai təhlükəsizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Odur ki , hökumətin bu məsələləri yenidən gündəmə gətirməsi, resurslar ayırması və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi faydalı olardı”.


Xəbər 592 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +