Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


29.03.2023  10:04 

Quru sərhədlər açılır





A+  A-

Nazirlər Kabineti "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib.

Qərara görə, martın 28-dən Azərbaycana təyyarə ilə gələnlərdən COVID-19 pasportu tələb olunmayacaq.

İri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə də COVID-19 pasportu tələbi ləğv edilib.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi tətbiq edilir. O vaxtdan indiyə kimi yoluxma sayından asılı olaraq bəzən rejim sərtləşdirilsə də, sonra yumşaldılıb.

Amma bir çox yumşalma tədbirlərinə baxmayaraq, hələ də ölkənin quru sərhədində gediş-gəliş məhdudiyyətləri qalmaqdadır. Halbuki yoluxma sayında aylardır kəskin azalma var. Ekspertlərin fikrincə, quru sərhəd qadağası Azərbaycan vətəndaşlarının istirahətini, asudə vaxtını normal şəkildə təmin etmək imkanlarını məhdudlaşdırır.

Belə ki, quru sərhədlərinin bağlı qalması turizm sektorunda zərərin həcmini ciddi şəkildə artırır. Məsələdə tibbi faktorun rolu da zəif görünür. Siyasətçilər isə hesab edir ki, quru sərhədlərin bağlı qalmasının səbəbi siyasidir və Rusiya-Ukrayna münaqişəsi, İranla bağlıdır. Əgər xaricdən təhdid varsa, heç olmasa, Azərbaycan vətəndaşlarının gediş-gəlişi üçün sərhəddi açmaq olmazmı?

İstənilən halda quru sərhədlərinin bağlı qalmasının heç bir məntiqi izahı yoxdur. Əgər varsa, iqtidar bununla bağlı rəsmi bəyanat verməlidir. Çünki bu mözvuda xalqın haqlı tələbləri var.

Onu da deyək ki, bir neçə gündür Gürcüstan mediasında Azərbaycanın quru sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yayılıb.

Koronavirus pandemiyası səbəbindən bağlanan sərhədlərin mayın 1-dən etibarən açılacağı deyilir. Gürcü mətbuatı Azərbaycanla sərhədlərin açılacağı xəbərini ölkə rəsmilərinə istinadən yayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, sərhədlərin bağlanması əsasən təhlükəsizlik məsələsi ilə əlaqədardır:

“Əlbəttə, mən istərdim ki, quru sərhədlər açılsın. Hətta mən təklif də verdim ki, heç olmasa, sərhədlər elə açılsın ki, yoxlamalar getsin, müəyyən məsələlər öz həllini tapsın. Elə insanlar var ki, mütləq gəlməlidirlər, ailələrində müəyyən problemlər ola bilər. O insanların müəyyən hissəsini yüksək nəzarət mexanizmini həyata keçirməklə buraxmaq olar. Amma ətrafda fikir verirsinizsə, bəzi hadisələr baş verir - İranla münasibət, Rusiyanın Qarabağda oynadığı oyunlar və s. Bunların hamısı təhlükəsizliyə təminat üçün həyata keçirilir ki, Azərbaycanda ciddi problem yaşanmasın. Şəxsən mən millət vəkili olaraq Azərbaycanda bu sərhədlərin açılmasının tərəfdarıyam. Ciddi nəzarət mexanizmi həyata keçirməklə sərhədləri açmaq olar".

Məsələ ilə bağlı müzakirələrin getməsinə gəlincə isə V.Əhmədov bu barədə məlumatlı olmadığını bildirib: "Bunu Gürcüstan mətbuatı yazıb, rəsmi məlumat yoxdur. Lakin ola bilər ki, bununla bağlı müəyyən danışıqlar getsin".

Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında deyib ki, yaxın zamanlarda quru sərhədləri də açılacaq: “Bu, mərhələli şəkildə həyata keçiriləcək. Öncə Türkiyə (indi Türkiyəyə yalnız Naxçıvan qeydiyyatı ilə keçmək mümkündür) və Gürcüstanla sərhədlər açıla bilər, daha sonra isə digər ölkələrlə”.

A.Rəşidoğlunun fikrincə, sərhədlər bu yay da açılmasa, cəmiyyət sərt reaksiya verəcək və quru sərhədlərini açacaqlar: “Hökumət İran və Rusiyadan Azərbaycana təxribatçıların sızmasından ehtiyat edir və sərhədlərin açılmamasının səbəbi də daha çox bununla bağlıdır. Lakin qarşıdan yay gəlir və insanları bu il də ölkədə bağlı saxlasalar, ciddi problemlər yarana bilər".

Xəbər 396 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +