İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


28.03.2023  15:42 

Füzuliyə qarşı üçüncü vandalizm aktı -səbəb nədir?





A+  A-

Təbrizdəki “Şairlər məqbərəsi”nə qarşı da vandalizm aktı gözlənilir...

Xəbər verildiyi kimi, Təbrizdə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin heykəlinə qarşı vandalizm aktı törədilib. Bundan daha pisi aktdan sonra yarım rəsmi mediada vandallığa haqq qazandıran “əcəb eləmişik” , “sizin pantürkizminizə qarşı biz iranşəhri mədəniyyətimizi Cənubi Azərbaycanda zorla yayacağıq” məzmunda yazı dərc edilməsidir.

Əvvəl Füzuli ilə bağlı başqa ölkədə-İraqda baş verənlər haqda qısa xatırlatma.. 2021-ci ilin ilin noyabrında İraq mədəniyyət naziri Hasan Nazimin “Tvitter” hesabına və İraq mediasına istinadən Məhəmməd Füzuli ilə bağlı bu ölkədə səslənən fikirlər haqda məlumat vermişdik(link şərhdə)Hasan Nazim Azərbaycanda Məhəmməd Füzulinin adını daşıyan hava limanı açılması ilə bağlı tvit paylaşaraq Füzulini böyük iraqlı şair adlandırır, İraqda şairin unudulmasından gileylənirdi. Nazir vaxtilə şair haqda tədqiqat apardığını da yazıb. İraq nəşrləri "iraqlı şair"ə Azərbaycanın sahibləndiyini yazırlar, amma əsasən obyektiv yanaşılır, yaradıcı dilinin və etnik mənşəyinin Azərbaycanla bağlılığı etiraf olunur, İraqda türkman mühitində böyüdüyü, XVl əsr türk - Azərbaycan, ərəb və farsdilli poeziyanın böyük nümayəndəsi olduğu qeyd edilir.

2022-ci ilin aparelində isə dahi şairimizin məzarüstü abidəsinin təhrif olunması haqda məlumat vermişdik. Məzarüstü abdidədə belə yazılırdı: “Hicri 10-cu əsrdə yaşamış, ərəb, türk və KÜRD dillərində İmam Hüseyn haqda mərsiyələr qoşmuş şair Füzuli Bağdadinin qəbri”(https://reyting.az/.../80109-fuzulinin-mzar-da-vtndir.html) .
..Amma “fars” sözünün silinməsinə İranın reaksiya verməməsinin təəccüblü olduğu bildrimişdik. Göründüyü kimi, İran nəinkli İraqda Füzulinin məzarının təhrif olunmasına reaksiya vermir, İranın özündə belə izlərini itirməyə çalışır.

Axı , Füzuli sadəcə türk-Azərbaycan dilinin böyük şairi deyil. Həm də indiki İranın qurucuları olan Səfəvilərə rəğbət bəsləmiş, Osmanlı- Səfəvi çəkişmələrində belə Səfəviləri dəstəkləmişdi. Bəzi füzulişünasların iddiasınca, “Bəngü -badə” əsəri də bu çəkişmələrin alleqorik təsviridir. Füzulinin məzarı belə şiələrin müqəddəs ziyarətgahlarının yerləşdiyi Kərbəladadır, şairin əvvəllər imam Hüseynin məzarının aşağısında dəfn edildiyi , sonrada yerinin dəyişdirildiyi də deyilir. Kərbəla şəhidlərinə həsr olunmuş “Hədiqətüs süəda” adlı əsəri var. Yəni Füzuli Arazdan cənubdakı indiki teokratik rejimin ideologiyasının əleyhdarı deyil, əksinə, o ideolgiyaya yaxın mövqeyi olan şairdir. Məntiqlə onun yaradıcılığı İranda daha çox təbliğ olunmaldır.

Bəs ona qarşı belə vandalizmin səbəbi nədir?

Azərbaycanın müxtəlif icmaları arasında etnik ədavəti qızışdırmaq, etnik azlıqlar arasında paniranizmi yaymaq üçün məxsusən təsis edilmiş “Azariha” saytı hadisəyə ayrıca məqalə həsr edib. Məqalədə “bu işə razılıq vermiş məmurlara” minnətdarlıq edilir. Bu, birbaşa etirafdır ki, vandalizm aktı xüsusi olaraq İran azərbaycanlılarına sataşmaq məqsəd ilə planlaşdırılıb və dövlət idarələrinin bundan əvvəlcədən də xəbəri olub.

Yazıda bunun səbəbinə də aydınlıq gətirilir və haqq qazandırlır.Məlumat verilir ki, Təbrizdə İranşəhri artefaklarının tanıdılması lazımi səviyyədə deyil, bunun əvəzində “Şairlər məqbərəsində” uyuyan şairləri tanıdılıb. Bu da paniranistlərin qəzəbinə səbəb olub. Sonra da iddia olunur ki, həmin qəbiristanlıqda uyuyan şairlər türk-Azərbaycan şairləri deyil, İran şairləridir, hətta Şəhriyar belə fars dili təəsübkeşidir(Yeri gəlmişkən, son illər İranda Şəhriyarın doğum günü fars poeziyası günü kimi qeyd olunur, onun Azərbaycan dilinin, folklorunun qorunmasında oynadığı rol qəsdən kiçildilir və ya ümumən unutdurulur).

“Gördünüz ki, İranşəhrinin simvollarına hücumunuz çox çəkmədi və bəziləri sizin bu hərəkətinizə cavab olaraq sevimli şairiniz Füzulinin heykəlini korladılar.

...Siz “Şahnamə” və “Firdovsi “ilə döyüşürsünüz!... Siz irili-xırdalı ağalarınızın bütün anti-İran məqsədlərini həyata keçirməklə “iranlıların milli həmrəyliyini” məhv etmək, “İran milli dövləti”nin yaradılmasını ləngitmək fikrindəsiniz! İran millətinin toxumasında boşluq yaratmaq niyyəti ilə yalan danışıb Azərbaycan xalqını İrandan ayrı və konkret məqsədlə “türk milləti” adlandırmısınız! “ –deyə yazıda bildirilir. Bununla da Təbrizdəki “Şairlər məqbərəsi”nin də vandalizm obyekti ola bilməsinə açıq eyham, hətta təhrik var.
Bu, Füzuliyə qarşı İranın ideoloji aparatı tərəfindən ilk hücum deyil. 2020-ci iln iyunun 30-da paniranist gənclərin İSNA agentliyi Təbrizin Mənzəriyyə meydanından şairin heykəlinin yoxa çıxamsını ironiya ilə xəbər vermişdi.

İki il sonra heykəl Təbriz bələdiyyəsinin səyləri sayəsində bərpa edilmişdi. Qurumun yaşıllaşdırma idarəsinin baş direktoru Əkbər Əmcadi deyib ki, bu bərpa Təbriz şəhərində ucaldılan və təbii təsirlər nəticəsində zədələnmiş Azərbaycan və İranın məşhur şəxslərinin heykəllərinin təmiri işləri çərçivəsində aparılıb.

2020-ci ildə heykəlin təbii təsirlərdən korlandıqdan sonra restavrasiya səbəbilə yoxa çıxarıldığına inanmaq olardı. Əgər bu dəfə heykəli korlayanlar açıq şəkildə “əcəb eləmişik” deməsəydilər. Bundan əvvəlsə hansısa təəssübkeş gənclər deyil, İran dövlət televiziyası(İRİB) Füzuliyə qarşı təxribatla məşğul idi. 2021-ci il aprelin 24-də kanalda "Fars ədəbiyyatının tədrisi" proqramında aparıcı böyük şairimizə böhtan atmışdı: "Bu şair (Füzuli) öz adını əbəs yerə seçməyib, o, Saib [Təbrizinin] çərənçisi olubdur. Saibin qoşduğu hər şeiri bu şair türkcə təkrarlayıb". Göründüyü kimi “azariha-“nın indiki yazısı, İran dövlət telıevizyasında səslənmiş fikirlərin davamıdır, hətta şairin təxəllüsü üzərində yersiz rişxənd də eynidir. Saib Təbrizini Füzuliyə qarşı qoymaq cəhdi də təkrardır.

İranşünas alim Kamil Allahyarov bu təxribata cavab olara yazırdı ki, iddianı səsələndirən fars professor o qədər savadsızdır ki, Füzulinin 16-cı əsrdə, Saibin isə 17-ci əsrdə yaşamasını, başqa sözlə, Saibin 45 il Füzulinin ölümündən sonra dünyaya gəlməsini bilmir, ya da Füzulini gözdən salmaq üçün ona böhtan atır. Tamamilə aydındır ki, Füzuli Saibdən yox, yalnız Saib Füzulidən təsirlənə bilərdi. K. Allahyarov Füzuliyə qısqanclığı bir az sadə səbəblərə bağlayırdı:“Orta əsrlərdə şairin qüdrəti ilk növbədə onun "nüktə" (zərif və dərin mənalı poetik fikirlər) demək bacarığı ilə ölçülürdü .İstər farsdilli, istərsə də türkdilli şairlərdən heç biri Füzulinin dediklərinin heç yarısı qədər də nüktə söyləyə bilməyiblər. Həmçinin fars şairlərindən heç biri üç dildə divan yazmayıb”-alimə görə, Füzuliyə həsəd aparmağa səbəbi budur.

Filioloq alim Zəkulla Bayramlı isə qeyd edirdi ki, bu qərəzli fars Füzulinin bir çox qəzəlinə Saib Təbrizinin sevə-sevə nəzirə yazdığını da yəqin eşitməyib. Özü də Füzulinin Azərbaycan türkcəsində yazdığı qəzəllərə Saibin eyni dildə yazdığı nəzirələri nəzərdə tuturuq: ”Doğrudur, ərəb ədəbi mühitində yaşayıb-yaradan Füzulidən fərqli olaraq, Təbriz, Ərdəbil, Qəzvin və Xorasanda, eləcə də 6 il Hindistanda yaşayan Saib daha çox fars dilində yazmağa üstünlük verib. Füzuli üslubunda isə hər iki dildə misilsiz qəzəllər qələmə alıb”. Alim Füzuliyə irqçi münasibətin səbəbini də izah edir: “Nəvaidən sonra məhz Füzuli türk dilinin poeziya dili kimi çiçəklənməsində böyük əmək sərf etmiş, şeir-sənət aləmində ana dilimizi ərəb-fars dillərinin kölgəsindən çıxarmış, türkdilli poeziyaya yeni bir rövnəq və stimul vermişdir. Məhz Füzuli fenomenindən sonra türk-Azərbaycan əsilli şairlərin yalnız farsca yazmaq ənənəsinə, demək olar ki, son qoyulmuşdur. XXI yüzildə mağara təfəkkürü ilə yaşayan bu “ariyançı alimciyi” qıcıqlandırıb özündən çıxaran da, fikrimizcə, elə budur”.

Əlavə olaraq yada salaq ki, “heykəllər müharibəsi”nin İran azərbaycanlıları arasında maraqlı bir tarixçəsi də var. Qərbdə ağ dərili irqçiliyə qarşı keçmiş müstəmləkə sakinlərinin, istismar olunan xalqların nümayəndələrin mübarizə kampananiyası Cənubi Azərbaycanda da əks -səda vermiş, 2016-cı il martında Səlmas bələdiyyəsinin qərarı ilə Firdovsinin heykəli şəhər meydandan götürülmüşdü. Avropada yaşayan cənubi azərbaycanlı dissidentlər bunu irqçilik rəmzinə qarşı azərbaycanlıların dinc vətəndaş hərəkatı kimi xarakterizə edirdi. Ancaq bir neçə gün keçmədən hökumətin və Tehranın bəzi "mədəniyyət xadimlərinin", İran Daxili İşlər Nazirliyi və təhlükəsizlik qüvvələriniun etirazı ilə heykəl əvvəlki yerinə qaytarılmış, Salmas meri işdən çıxarılmış, bələdiyyə üzvlərinə müxtəlif cəzalar verilmişdi. “Azariha” nın təqdim etdiyimiz yazısında Firdovsiyə qarşı hörmətsizliyə dözə bilməyəcəkləri vurğulanarkən, ehtimal ki, sözügedən hadisəyə işarə edilir.

İki şairə-irqçi, zərdüştiliyi idealizə edən Firdovsi və Əhli-beyt sevgisini qələmə alan Füzuliyə münasibətdəki belə fərqli yanaşma göstərir ki, İrandakı mənasız rejim üçün öz ideogiyası belə əsas deyil. Şiə-cəfəri məzhəbini gizlətməyən, bütün ömrünü bu ideologiyanın əsas rəmzi sayılan imam Hüseynin xatirəsinə xidmətlə keçirən birini belə bütpərəstliyi, zərdüşti iranşəhri irqçiliyini təbliğ edən Firdovsiyə görə aşağılaya, heykəlinə qarşı vandalizm aktı törədə bilərlər...

Dahi Füzuli belələri haqda yazırdı:

Hər kimin var isə zatında şərarət küfrü,
İstilahati-ülum ilə müsəlman olmaz.
..Eyləsən tutiyə təlim ədayi-kəlimat,
Nitqi insan olur, amma özü insan olmaz.

Füzuli ilə bağlı İran deyil, biz həssas olmalıyıq. Çünki Füzuli milli kimliyimizi diri tutan, “Azərbaycan xalqını İrandan ayrı və “türk milləti” adlandırmağa əsas verən şairlədəndir. Unutmayaq: bir ingilis üçün Şekspir kimdirsə, bir azəri türkü üçün Füzuli odur. Sizcə Şekspirə qarşı sistemli mənimsəmə, ya vandalizm aktlarına Britaniya laübalı qalardı?

Cəmaləddin Quliyev

Xəbər 532 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +