“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


27.03.2023  16:56 

Azərbaycan Bütövlük Platforması Dəyirmi masa keçirdi - Foto





A+  A-

Azərbaycan Bütövlük Platformasının təşəbbüsü ilə 31 mart Azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı Dəyirmi masa keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirə AMEA və BDU-nun tarixçi alimləri, ictimaiyyətin tanınmış şəxsləri qatılıb.

ABP sədri Bəhram İsmayıl millətimizin tarixində baş verən bütün hadisələrin anılması, öyrənilməsi və dərs çıxarılmasının vacibliyini vurğulayıb.

Dəyirmi masada məruzə ilə çıxış edən professor Boran Əziz 1918-ci il mart hadisələrini Qarabağda baş verən hadisələrlə müqayisə edib. Tarixçi-alim məruzəsində eyni zamanda cümhuriyyət qurucularının parlaq fəaliyyətindən bəhs edib.

AMEA Tarix İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov mart qırğınlarının mahiyyətini açıqlayıb və qeyd edib ki, işğalçı güclərin məqsədi xalqımızı ərazilərimizdən tamamilə çıxarmaq olub. Maraqlı faktlara toxunan alim həmin dövrdə xalqımızın bu işğal - qətliama qarşı misilsiz mübarizəsindən və bu mübarizənin istiqlalla yekunlaşmasından danışıb. Kamran İsmayılov eyni zamanda Zəngəzur ərazisinin ermənilərə verilməsi ilə bağlı heç bir hüquqi sənədin olmamasını da xüsusi qeyd edib.

AMEA-nın gənc tarixçi-alimi, tarix elmlər doktoru Nigar Gözəlova mart soyqırımının qərb mənbələrindəki araşdırmalarından danışıb və o zamanın, istər İngiltərə, istər Amerika, istər digər ölkə mənbələrində yüzlərlə məqalələrin olması faktını qeyd edib, bu arxivlərin araşdırılmasının vacibliyini vurğulayıb. N.Gözəlova elə hənin dövrdə də bir çox qərb dairələrinin erməniləri haqsız müdafiə etmələrinə toxunub və bu gün baş verən hadisələrlə paralellər aparıb.

Keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn bu gün Qarabağda baş verən önəmli hadisələri şərh edib. O, təklif edib ki, toplantı iştirakçıları adından bu günlərdə hərbçilərimizin atdığı addımlara dəstək çağırışı edilsin. Təklif yekdilliklə qəbul olunub və tədbir iştirakçıları ordumuzun və dövlətin yanında olduqlarını bəyan ediblər.

Beynəlxalq İnformasiya Mərkəzinin direktoru, ədliyyə generalı Firdövsi Ələkbərov bu tədbirin və tədbirdəki məruzələrin həm ölkə içtimaiyyətinə, həm də müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə iştirak edən QHT sədri Radə Abbas, Milli Azadlıq Hərəkatının parlaq simalarından Bünyamin Qənbərli, Siyavuş Mustafayev, filalogiya üzrə elmlər doktoru, professor Vidadi Bəşirov, qazi Xalıqverdi Həsənov və digərləri çıxışlarında mart hadisələrindən danışaraq, baş verən işğal - qətliamın qətiyyən unudulmamasının vacibliyinə toxunublar.

Ciddi diskussiya şəraitində keçən tədbir rəsmi hissədən sonra da müzakirələrlə davam edib.











Xəbər 473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +