Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib


19.03.2023  16:45 

O universitet, o akademik, o professor kimə lazımdır?





A+  A-

"Görürəm yazırlar ki, universitet rəhbərliyinin nə günahı. Universitetin nüfuzu, tələbələrin ümumi səviyyəsi əvvəlki illərdə xeyli aşağı düşübsə, günahkar kimdir bəs?"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Ağa Cəfərli çıxış edib.

"Səviyyənin yerlərdə süründüyünü biz o videolarda çox yaxşı görürük. Digər tərəfdən, universitet təhsil verə bilmirsə, kadr yetişdirməyi bacarmırsa, görkəmli akademiklər və professorlar 4 il ərzində şəxsin dünyagörüşünü, həyata baxışını, yanaşmasını dəyişə bilmirsə, o universitet, o akademik, o professor kimə lazımdır? Dekanlar kadr yetişdirmək üçün yox, pul yığmaq üçün işləyirlərsə, dekan kimi qalmaq üçün milyon verirlərsə, günah rəhbərliyin deyil, mənimdir? Tədris işini gözəl bilən adamları işdən uzaqlaşdırıb yaltaqları başa yığmaq, başa çıxarmaq da yəqin universitetlərin rəhbərliyinin günahı deyil, bizim günahımızdır. Ümumiyyətlə, o ali təhsil müəssisinə səni təyin ediblər, sənə güvənib, sənə etibar ediblərsə, pisin də, yaxşının da məsuliyyəti sənin üzərindədir. Başqa variant yoxdur" - deyə A.Cəfərli bildirib.

Xəbər 2369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +