Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


13.03.2023  14:13 

“Qarabağ” yeni rekorda imza atıb





A+  A-

Ağdamın “Qarabağ” klubunun hücum tandemi Musa Qurbanlı və Ramil Şeydayevin Azərbaycan Premyer Liqasında vurduğu qolların sayı 35-ə çatıb. Bu, XXVI turun “Səbail”lə matçında baş verib.

XəzərNews.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, 3:0 hesablı qələbəyə bir topla töhfə verən M.Qurbanlı 18-ci dəfə fərqlənib. R.Şeydayevin aktivində 17 qol var.

Bu, 2008-ci ildən PFL-in bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordudur. Bunadək həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin üzvləri 2012-2013-cü il mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə rəqib qapısına yol tapıb.

Xəbər 3014 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +