Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.03.2023  20:47 

Hacı Şahin də ürək ağrısı ilə yaşayanlardan idi...





A+  A-

Hacı Şahin ölmədi, onu ümid işığı bilən evlərin çırağı söndü...

Alim öldü, aləm öldü...

Azərbaycanda zaman-zaman elə alimlər, elə dahi şəxsiyyətlər, dövlət adamları olub ki, onlar haqqında həmişə ağızdolusu danışmışıq... Amma təəssüf ki, o böyük şəxsiyyətlərin heç biri xalqla iç-içə ola bilməyib. Kimisi bu xalqı tanımayıb, kimisi xalqın arasında ola bilməyib, kimisi də özünü xalqdan ayrı tutmağa çalışıb. Ona görə də, bəzən belə alimlərin, böyük şəxsiyyətlərin ölümünü çox vaxt sonradan bilmişik...

Azərbaycan cəmiyyəti çox mürəkkəb cəmiyyətdir. Bu ölkədə söz demək, söz danışmaq, nəsə yazmaq çox çətindir. Nəinki çətindir, dərddir. Çünki bu ölkədə möhkəm danışana dəli, yavaş danışana isə gic deyiblər... Jurnalistlər, ictimai xadimlər, siyasətçilər bu ölkədə suyu da üfürə-üfürə içməyə məhkumdurlar. Çünki cəmiyyət heç bir səhvi bağışlamır. Hər an cəmiyyətin aqressiyası üz-üzə qalmaq mümkündür.

Əgər sən müxalifyönlü, müxalifyönlü də yox, azadfikirli bir insansansa və həqiqəti əks etdirən bir fikir söyləmisənsə bu zaman iqtidarın qəzəbinə tuş gələ bilərsən. Yox əgər bu ölkədə iqtidarın gördüyü hansısa yaxşı bir əməli tərifləmisənsə onda müxalifətin qəzəbi ilə üz-üzə qalacaqsan. Əgər dini təbliğ edən bir cümlə yazsan, bütün ateistlər, deistlər səni tənqid edəcəklər, yox əgər dini tənqid etsən bütün fanatik dindarlar tökülüşüb səni səhv (neprav) çıxaracaqlar.

Beləcə Azərbaycan adlı məmləkətdə bu ürək ağrısı ilə həm yaşamalı (Birdi, ikidi, üçdü, dörddü, buna yaşamaq deyirsən?) həm də özün kimilərlə birgə kimlərisə yaşatmalısan...

Hacı Şahin də ürək ağrısı ilə yaşayanlardan idi... Bu hökumət də, müxalifət də, dindar da, dinsiz də onun kim olduğunu öldüyü zaman bildi... Çünki uzun müddət sonra Azərbaycanda cəmiyyəti çox yaxşı tanıyan, özünü onun hər bir təbəqəsinə sevdirməyi bacaran alim ölmüşdü, aləm ölmüşdü...

Elçibəydən, Heydər Əliyevdən sonra kim dünyasını dəyişəndə onu dəfn etməyə bu qədər adam gəlmişdi? Heç kim!

Dəfnə, Hacı Şahinin məzarını ziyarət etməyə kimlər gəlmişdi?

Moskvadan onun ölüm xəbərini eşidənlər... Hacı Şahini ümid yeri bilənlər. Hacı Şahinin çırağını sönməyə qoymadıqları... Azərbaycan təkcə bir din xadimini itirmədi... Həm də onu ümid işığı bilənlərin çırağı söndü...

Azərbaycanda dini-ideoloji xətt sındı... İndi kim özünü bu yükün altına verəcək? Bu yük kimin çiyinlərində gələcəyə daşınacaq?

Veriləcək suallar çoxdur, cavab verəcək adam isə aramızda yoxdu. O bizə dözməyə çalışsa da ürəyi bu yükü qaldırmadı...

İndi iqtidarın da, müxalifətin də, ateistin də, fanatik dindarın da sosial şəbəkəsindəki pəncərəsində Hacı Şahinin silueti görünür... Çünki hər şeydən öncə aramızdan bir insan ayrıldı...

Allah rəhmət eləsin... Məzarı nurla dolsun...

Elmar Hüseynov


Xəbər 774 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +