Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.02.2023  12:47 

Deputat Bələdiyyələrlə iş Mərkəzini sərt tənqid etdi... - Bunun izahını kimdən soruşaq?





A+  A-

İnsanlar gecə yatıb sabah açıldıqda bütün bələdiyyə ofislərinin qapısını qıfıllanmış görsələr, onların həyatında heç nə dəyişməyəcək. Çox sadə səbəbə görə: bələdiyyələr insanlara xidmət göstərmək, yerli sosial-iqtisadi problemləri həll etmək üçün real, müstəsna, həmçinin zəruri səlahiyyətlərə malik deyillər.

XəzərNews.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev çıxış edib:

- Yerli özünüidarə vətəndaşın praktikada real hakimiyyət qazandığı bir sistemdir - özü seçir, idarəetmədə bilavasitə iştirak edir, qərar verir. Hansısa lokal problemin həlli üçün paytaxtdan prezident səviyyəsində qərar gözləmir. Bələdiyyəyə etimadsızlıq vətəndaşa güvənsizlik deməkdir. Bələdiyyələr insanlara xidmət göstərmək, yerli sosial-iqtisadi problemləri həll etmək üçün real, müstəsna, həmçinin zəruri səlahiyyətlərə malik deyillər.

Ədliyyə nazirinin müavini hörmətli Vilayət müəllim Milli Məclisdə Komitə İclasında çıxışında bildirib ki, bələdiyyələrə birdən-birə böyük səlahiyyətlərin verilməsi yanlış olar.

Düz deyir, bələdiyyələr cəmi 25 ildir yaranıb, hələ cavandırlar, bir neçə nəsil dəyişəndən sonra yəqin ki, səlahiyyət görəcəklər.

Bircə misalla kifayətlənəcəm. Təhsil haqqında qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət növünə görə Dövlət, bələdiyyə və özəl təhsil müəssisələri fəlaiyyət göstərməlidir. Əgər Bələdiyyə təhsil müəssisəsi yaradılsaydı, indi onun məzunları 11 illik tam orta məktəbi, bakalvr və magistratura pilləsini qurtarmışdılar. Özəl məktəblər yarandı, lakin Bələdiyyə məktəblərini gözləməkdən gözümüzün kökü saralıb. Dövlət və Özəl məktəblərin arasında Bələdiyyə məktəblərinin olması rəqabət mühiti də yaradırdı.

Buna vaxmayaraq aparıcı ali məktəblərdə Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə mütəxəssis hazırlığı həyarta keçirilir. Bələdiyyələrin indiki durumunda bu məzunları işlə təminatına kim zəmanət verə bilər?

Bizə təqdim olunan məruzənin 3-cü səhifəsində yazılır: Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3.799 aktdan 2.044-ü ləğv edilmiş, 1.399-u dəyişdirilmiş, təmin olunmayan 40 təklif üzrə məhkəmələrdə iddia qaldırılmış, 316 təklif isə baxılmaqdadır. Cəmi 8 faizi baxılmaqdadır.

Bələdiyyələrlə iş Mərkəzinin əsas fəaliyyət istiqamətlərini xatırladıram.

- bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara metodoloji yardım göstərir;

-bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;

-qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Soruşuram, neçə illərdir ki, məruzələrdə göstərilən metodoloji yardımın nəticəsi budurmu? 3.799 aktdan 2044-ü ləğ olunub...

15 yanvar 2001- ci ildə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI var. Hələ indiyə kimi əmlak Bələdiyyələrə verilməyib. Bakı Bələdiyyələrinə Torpaqların xəritəsi belə verilməyib;

Bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir. Təkcə Qaraçuxur qəsəbəsində 6.000-dən çox sənədsiz ev var. Mədən vergisi Bələdiyyələrdən alınaraq Dövlət vergi xidmətinə verilib. Bələdiyyələrə Əmlak vergisi və torpaq vergisi qalıb. Torpağın 1 sotuna tutulan vergi 60 qəpikdir. Bu vəsaitlə yerli idarəetmə qurumunu necə saxlamaq olar?

Yeri gəlmişkən, Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb. Reytinqdə tək Azərbaycanın daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?

Bu reytinqi görəndə isə təəccüblənməkdən başqa əlacımız qalmır.

Xəbər 830 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +