Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.02.2023  11:37 

Ölkədə məhkəmə sistemi necə və niyə çöküb?





A+  A-

Azərbaycanda təcili islahata ehtiyacı olan sahələrin başında məhkəmə sistemi gəlir. Bu sahədə ciddi problemlərin olduğunu artıq millət vəkilləri də dəfələrlə gündəmə gətiriblər.

Məhkəmə sisteminin şəffaf, operativ, mükəmməl çalışmamasının nəticəsidir ki, Azərbaycan bir çox halda beynəlxalq qurumlarda tənqidlə üzləşir.

Məsələ siyasidirmi?

Qətiyyən belə düşünmürəm. Azərbaycan məhkəmələrində hakimlərin xeyli hissəsi, sadəcə, işinin mahiyyətini dərk etmir, anlamır, peşəkar deyil...

Hazırda məhkəmələrdə ən ciddi problem ərizələrin çox olması, hakimlərin prosesləri keçirməyə vaxt “çatdırmaması” haqda nağıllardır.

Məhkəmə proseslərinin çox olmasının səbəbi odur ki, bəzi hakimlər qərar verə bilmir, savadsızdır, bir dəqiqə ərzində qəbul edilməli qərar üçün guya “araşdırma” aparıb, aylarla, bəzən illərlə vaxt uzadır.

ASAN sisteminə görə bu ölkə ilə nə qədər fəxr edirsənsə, məhkəmə sisteminə görə dövlətə inam bir o qədər sarsıdılır.

Məsələn, 2022-ci ilin yanvar ayında indeksasiya ilə bağlı müraciətimizə, 2023-cü ilin fevralı olmasına baxmayaraq, məhkəmə qərar verə bilməyib: Yasamal Məhkəməsinin savadsız, qərəzli hakimi Günel Əkbərli buna görə 10-dan artıq iclas keçirib, əleyhimizə qərar verir; sonra apelyasiya şikayətində çıxardığı absurd qərara qarşı göstərdiyimiz faktlara görə öz qərarını ləğv edir və yenidən işə baxıb, aylarla “araşdırma” aparıb, yenə adidən adi tələbimizi təmin etmir; sonra Bakı Apelyasiya Məhkəməsi Günel Əkbərlinin qərarını ləğv edib, yenidən işi birinci instansiya məhkəməsinə göndərir, yenə iş Günel Əkbərliyə verilir; etiraz edirik, iki aydan sonra hakim dəyişir və 4 iclas təxirə salınır, proses hələ də davam edir.

Yasamal Məhkəməsinin ədalətsiz qərarını ləğv edən Apelyasiya Məhkəməsi əslində işi geri göndərmədən, özü qərar çıxara bilərdi: ən azı ona görə ki, bu savadsız hakim “indeksasiyanı” “inflyasiya” kimi anlamışdı və dərin hesablamalara girişmişdi, ancaq etmədi və proses yenidən uzandı.

Apelyasiya Məhkəməsi iştirakımıza belə zərurət olmadan ədalətli qərar çıxarmışdı – çünki indeksasiya tələbi üçün iddianı verən şəxsin prosesdə iştirakı vacib deyil. Ancaq onlarla iclas keçirən Yasamal Məhkəməsi hakimləri iştirakı zəruri sayır.

Nəticədə bir dəqiqəlik, iddianı verən tərəfin iştirakına belə zərurət olmadan çıxarılası qərar 1 il 1 aydır verilmir; iddialar yenilənir, şikayət təzələnir, proses bir-birinin ardınca uzanır.

Belə sistemdə əlbəttə məhkəmə proseslərinin sayı artacaq; əlbəttə anlaqsız, məntiqsiz qərarlara görə apelyasiya şikayətləri çoxalacaq; əlbəttə insanların bu sistemə güvəni şıfrın altına düşəcək.

2023-cü il üçün indeksasiya tələbi yenilənməli idi – ancaq biz 2022-ci ilin tələbini təmin etdirə bilməmişik.

Bütün məhkəmələrdə bu problemlər var: sanki məhkəmələr ədaləti bərpa etmək üçün yox, insanlara ədalətsizliyin hansı səviyyədə olduğunu göstərmək üçündür.

Sistem ən qısa müddətdə dəyişməsə, məhkəmələrə peşəkar hakimlərin təyini, ədalət gəlməsə, bunun fəsadları yalnız beynəlxalq qurumlardan tənqidlər olmayacaq.

Daha ağır nəticələri olacaq!

Anar Niftəliyev

Xəbər 971 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +