Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.02.2023  10:41 

“Məndə səs yazıları var, açıqlasam, çox papaqlar boş qalacaq” - MTN işi





A+  A-

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov Bakı Apelyasiya Məhkəməsində sensasion açıqlamar verib. Bakı Hərbi Məhkəməsi tərəfindən “MTN İşi” çərçivəsində 8 il azadlıqdan məhrum edilən Sahib Ələkbərov ozünə qarşı ittihamları rədd edib.

O, məhkəmə çıxışında bəyan edib ki, baş verənlərə görə əsas məsuliyyət Baş Prokurorluğun sabiq rəhbərliyinin üzərindədir. “Məndə Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. Əgər başına bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq.

Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm – otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər”.

Sabiq MTN polkovniki iddia edir ki, azadlıqdan məhrum edilməsi haqda Bakı Hərbi Məhkəməsində çıxarılmış hökm qanunsuz və əsassızdır. Onun sözlərinə görə, MTN-də müstəntiq işlədiyi müddətdə nə kimsədən hədə-qorxu ilə pul tələb edib, nə də alıb: “Baş Prokurorluğun İstintaq İdarəsində onun, eləcə də birlikdə mühakimə olunduğu MTN İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev, şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov haqqında istintaq ziddiyyətlərlə doludur, heç bir mötəbər sübut yoxdur.

Təqsirləndirilən şəxs qismində cəlb olunmağım haqqında qərarda məni səlahiyyətlərimə görə səhiyyə naziri, baş prokuror, ədliyyə naziri, həm də milli təhlükəsizlik naziri kimi göstərmişdilər. Sonra qərarı dəyişib işin içinə başqasını qoydular. İrəli sürülən ittihamlardan biri baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun qərarına təsir göstərməsi haqdadır. İddia olunur ki, Ələkbərov Usubovun Səbail prokurorluğunun qərarını ləğv etməsinə nail olub.

Təqsirləndirilən MTN polkovniki bunu absurd sayır. Deyir ki, əksinə, 2005-ci ildə Hacı Məmmədov olaylarına görə Rüstəm Usubovu şahid qismində dindirəndə özü onun tərəfindən hədələnmişdi. Mən baş prokuror olmuşam ki, Usubova göstəriş verim ki, get, Səbail prokurorluğunun qərarını ləğv elə?! Bu qədər absurd olmaz axı. Çağırıb Rüstəm Usubovu dindirsinlər ki, mən necə nail olmuşam buna. 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunanda o iş üzrə Rüstəm Usubovu MTN-də mən dindirirdim. Onda Rüstəm Usubov bir neçə dəfə məni hədələmişdi. Hacı Məmmədov işində mən birini dindirirdim. O dedi ki, ay kişi, mən palanam, eşşək qalıb kənarda.

Sahib Ələkbərov deyir ki, ona qarşı irəli sürülmüş ittihamlar qanunauyğun şəkildə sübuta yetirilsə, cəzasını çəkməyə hazırdır. Lakin törətmədiyi cinayətə görə verilən cəza ilə barışmaq niyyətində deyil: “Dəfələrlə sui-qəsdə məruz qalmışam. Məndə olan məlumatları, səs yazılarını etibarlı yerdə saxlayıram. Xəbərdarlıq edirəm – danışdıqlarımdan da yüz qat artığını səsli formada yazıb qoymuşam, etibarlı yerdə saxlayıram. Başıma bir iş gəlsə, meyitimi susdura bilməyəcəklər. Onda çox papaqlar boş qalacaq, rütbəsindən, mərtəbəsindən, vəzifəsindən asılı olmayaraq. Məni qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edənlərə xəbərdarlıq edirəm…” /Gununsesi.org

Xəbər 619 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +