Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.02.2023  20:09 

Yerdə qalan media subyektləri Prokurorluğun düşmənidir?





A+  A-

Bəlkə də buradan içimdə keçirdiyim hissləri ifadə etdiyimə görə məni sərt qınayanlar da tapılacaq. Söhbət Baş Prokurorluğun bu gün keçirdiyi tədbirdən gedir. "Prokurorluğun dostu" mükafatının təqdimat mərasimindən. Bu barədə bir qədər sonra...

Məlum olduğu kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyevə dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edən aktyor, aparıcı, Kamal Yaşarın “Mədəniyyət” telekanalında yayımlanan “Kinokitab” verilişi bağlanıb. Cəmiyyətdə neqativ hal kimi qəbul edilən bu haqsızlığa AzTV tərəfindən əsassız açıqlama verilib. Amma Kamalın problemini dinləyən tapılmayıb. Beləliklə, televiziya rəhbərliyinin bu davranışı sərt qınanmaqla sosial şəbəkələrdə geniş müzakirə olunub.

Hə, indi gələk məsələnin ən incə tərəfinə. Bütün bunlar azmış kimi AzTV sədri Baş Prokurorluq tərəfindən “Prokurorluğun dostu” təltifinə layiq görülüb. Başa düşürəm, 14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür. Cənab baş prokuror, sadə protokol qayda var. Dövlət qurumları arasında əlamətdar bayram günlərində təbrik məktubları göndərilir. Yəni AzTV-ni bir dövlət qurumu kimi qiymətləndirmək istəyirsinizsə, bunun üçün prokurorluğun dəftərxanası geniş təbrik məktubu hazırlaya bilərdi.

Cənab Baş Prokuror, bağışlayın, olarmı sizə bir sual da verim? Bir dövlət qurumu başqa bir dövlət qurumunu özünə necə dost seçə bilər?

Bu, bir sual. İkincisi, belə çıxır ki, yerdə qalan media subyektləri Prokurorluğun düşmənidir? Olmazmı ki, bu mükafatın adını dəyişəsiniz? Və ya təltif siyahısında dövlət mediasının adı niyə olmalıdır ki! Elə "Xalq qəzeti"ni götürün. Siz heç təsəvvürünüzə gətirə bilərsiniz ki, Əflatun Amaşov bu qurumun düşmənidir?

Cənab Baş Prokuror, yəqin bilirsiniz ki, AzTV sədrini Prezident İlham Əliyev təyin edir. Bu isə o deməkdir ki, AzTV bir dövlət qurumudur. Yəni Baş Prokuror istədi, ya istəmədi, AzTV istənilən dövlət qurumu ilə əməkdaşlıq etməlidir. Yoxsa mən səhv edirəm, haradasa məntiq tapa bilmirəm, gəlin izah edin. 13 il AzTV-də işləmiş bir şəxs kimi onu deyə bilərəm ki, heç vaxt televiziya rəhbərliyini başqa bir qurum özünün dostu mükafatı ilə təltif etməyib. AzTV sədrlərini ancaq və ancaq dövlətin başçısı təltif edə bilər, vəssalam. Ona görə də nə deməyinizdən asılı olmayaraq, birmənalı şəkildə bu, dövlət idarəçiliyində nə isə yeni bir kəşfdir. Amma bu kəşfin hikmətini başa düşmədən heç ölmək istəməzdim.

Hə, yaxşı yadıma düşdü, bir də axı başqa detal da var ki, bunu deməsəm, ürəyim dayanar, axar su dilə gələr. İllərdir Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də neqativ hallarla bağlı mediada kifayət qədər ciddi materiallar işıq üzü görüb. Bildiyim qədəri ilə Baş Prokurorluğun da bu yazılardan xəbəri olub. Sözüm onda deyil, Baş Prokurorluğun işinə müdaxilə etmək də fikrim yoxdur. Amma başqa suallar da yaranır bu məsələdə!

Hələ bu arada üstəgəl aktyorun Prezidentə səmimi müraciətinə görə ona qurum tərəfindən belə haqsızlıq edilib. Bütün bunların fonunda Baş Prokurorluq niyə belə bir təntənəli addım atmalıdır? Axı nə baş verir, cənablar? Bəlkə mən düzgün anlamıram, ya dəli olmuşam, ya da dünyanın gedişindən xəbərsizəm? Bir media rəhbəri kimi çox çalışdım ki, olanlara emosional şəkildə reaksiya verməyim. İçimdə özümə qarşı opponentlik də etdim. "Əşşi boş ver" dedim. Amma yox, yadıma Konstitusiyanın bir maddəsi düşdü - ifadə azadlığı.

Bir də mənəvi məsələ... Axı hislərimi ifadə etməsəydim, içimdəki Fadili qanına qəltan edəcəkdim...

Fadil Paşayev
Konkret.az saytının Baş redaktoru


Xəbər 531 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +