Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.02.2023  16:45 

Zakir Fərəcovun “sağ əli” kimi tanınan Adil Xudadatovun sərvəti... - Siyahı





A+  A-

Uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət onun müavini olan və tez də postunu itirmiş, indisə İH-də Memarlıq şöbəsində çalışan Adil Xudadatov karyera yüksəlişi həvəsindədir.

Adıçəkilən məmur Sumqayıtın icra başçısı olmağa hazırlaşır.

Xudadatova yaxın olan dairələr ona vəd edib ki, Fərəcovun yerinə təyin oluna bilər. Amma bunun üçün onun siyasi rəhbərliyə təqdimatı gedərkən dosyesi təmiz olmalıdır.

Çünki Prezident Administrasiyasında kuratorlar bir məmurun təqdimatını verərkən onun fəaliyyəti araşdırılır, mətbuatda adının nə dərəcədə hallanması monitorinq edilir. Bu mənada Xudadatov üçün perspektiv ümidverici görünmür. Fərəcovun qara işlərini görməkdə adı keçmiş, barəsində müxtəlif iddia və ittihamlar yayılmış şəxsin Sumqayıtın icra başçısı təyin olunacağı sual doğurur. Amma Xudadatov əl-ayağa düşüb və xəbərlərə görə, özü haqda kristal reputasiya yaratmağa çalışır.

Məlumatda deyilir ki, Adil Xudadatov sərvət və mal-dövlət hərisidir, onun pula and içməsi belə təəccüb doğurmaz. Yəni korrupsiyaya bulaşmış bütün məmurlar kimi “qibləsi” maddiyyatdır. Deyilənə görə, Xudadatovun pulunu ver, sənə bütün qapıları açacaq, yaşıl işıq yandıracaq. Hətta nisyə dəftəri belə olduğu iddia edilir. Belə ki, hər hansı işi aşırmaq istəyəndə pul çatmırsa, Xudadatov nisyə dəftərinə qeyd edir, problemi yoluna qoyur, sonra möhlət verir, imkan olan kimi gətir çatdır.

Belə bir xarakterə malik məmur olması onu Fərəcovun da gözündə “ucaldıb”. İcra başçısının ona etimadı yaranmışdı və bir çox işlərin sövdələşməsində Xudadatovu önə çəkmişdi. Sumqayıtda danışılır ki, bunun nəticəsi olaraq həmin məmurun obyektləri, mal-mülkü, biznesi səltənəti var. Hətta iddialar var ki, o, əvvəl yük maşını sürücüsü olub, ardınca Dağıstan universitetlərinin diplomlarını alaraq özünə dövlət qulluğunda iş tapıb. Sumqayıtda bütün tikinti, abadlı işləri ilə bağlı məsələlər Xudadatovun əlində olub. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan şəhərdə daşı daş üstə qoymaq mümkün olmayıb.

Xudadatov hətta bəzən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı adından da sərəncamlar verir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini mənimsəyir.

Baş memar bu əməllərini daha çox İcra başçısı səhhəti ilə bağlı məzuniyyətdə olduğu vaxtlarda həyata keçirir. Tikinti işlərinə nəzarət gücləndirilsə, bu səlahiyyət Dövlat Şəhərsalma və Arxitektura Komitəsinə verilsə də, A.Xudadatov hansısa yollarla bu əməllərini davam etdirir.

Onun mal-mülk siyahısını təqdim edirik:

1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;

2. AAFF Yaşayış Kompleksində mənzillər;

3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);

6. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;

7. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…/Reportyor.info

Xəbər 589 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +