Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.02.2023  15:51 

Məzarımıza çeviriləcək “novostroyka”lar...





A+  A-

Türkiyədəki zəlzələ ürəyimizi parçaladı. Fəlakət yerindən videoları həyəcansız izləmək mümkün deyil. 194 min insan dağıntılar altındadır. Onların nə qədərinin sağ çıxacağını ehtimal etmək mümkün deyil. Vaxt uzandıqca bu ehtimalın faizi daha da aşağı düşür. Və hər birimiz istər-istəməz belə bir faciənin baş verməsinin səbəbini axtarırıq: özümüz özümüzə cavabsız suallar veririk. Bəlli olur ki, təbii fəlakət zamanı hətta 5-6 ay bundan əvvəl istifadəyə verilən yaşayış binaları da çöküb. Sanki bu binalara bir bəhanə lazım imiş ki, ömürlərini başa vursun, ardında da böyük faciə izləri buraxsın.

Təbii olaraq indi böyük tikinti poliqonuna çevrilən Bakı şəhərinin sakinlərini bu sual düşündürür: Görəsən, burada tikilən binalar nə qədər dözümlüdür?! Narahatlıq böyükdür və təbiidir.

Bu hadisə Bakıda yeni tikilən binaları istər istəməz gündəmə gətirir. İndi çoxlarının arzusudur ki, bu “novostroyka”larda mənzil sahibi olsun. Bunun üçün nələrdən keçməzlər?! Bəhsəbəhs üçün, göstəriş üçün nə qədər həmyerlimiz dəyərindən dəfələrlə baha qiymətə satılan bu yeni tikililərdə mənzil alıb. Onlar buna daha böyük həvəslə imza atdıqları üçün tikinti maqnatları qiymətləri daha da qaldırırlar. Görün, son 2-3 ildə Bakıda mənzil bazarında qiymətlər nə qədər qalxıb?! Alıcı varsa, təbii ki, qiymətlər qalxacaq. Tikinti şirkətləri nə vaxt alıcı qıtlığı yaşadılar ki, qiyməti qaldırmaq barədə düşünməsinlər.

Məsələnin başqa bir tərəfi də var ki, o binaların çoxu məmurların büdcədən oğurladığı pullarla tikilir. Yəni bizim hər birimizin ümumi kassamız olan büdcədən. Öz pulumuzla tikilən binalar elə bizim özümüzə maya dəyərindən qat-qat baha satılır. Biz də o mənzili almaq üçün varımızdan və yoxumuzdan keçməli oluruq. Şərtlər belədir və dəyişilməzdir.

Aylıq orta maaşı olan adam Bakıda mənzil sahibi olmaq üçün 20-30 illik maaşını xərcləməlidir. Təsəvvür edin, ailə həyatı quran bir adam 25 illik ipoteka ilə ev götürür. Həyat yoldaşı ilə bu yeni mənzilə köçür, burada yaşayır və uzun illər kredit ödəyir. Hətta bu müddət o qədər uzun olur ki, onun oğul və qızı ailə həyatı qurandan sonra da bu adam kredit ödəməkdə davam edir. 25 il indiki şərtlərdə şüurlu həyatın tam yarısı deməkdir. Bu coğrafiyada insan həyatı bir mənzilə qurban veriləcək qədər ucuzdur...

Yaxşı, görək bu bir ömrün həsr edildiyi bina nə qədər etibarlıdır. Şükürlər olsun ki, bu günə qədər biz belə bir imtahanla qarşı-qarşıya gəlməmişik. Bu imtahandan keçə biləcəyimizə gümanım azdır. Gümanımın yanlış olduğunu o qədər istəyirəm ki...

Bakıda öz-özünə, durduğu yerdə çökən xeyli bina görmüşük. Elə bu yaxınlarda Kristal Abşeron şirkətinin Nərimanov rayonu ərazisində “City Garden Nərimanov” adlı layihəsində binanın çökməsi yadımızdadır. Binanın tikintisi hələ başa çatmamışdı, qırmızı lenti kəsilməmişdi, Bakıda zəlzələ filan da olmamışdı, titrəmə yox idi, hətta o binanın üstünə cırcırama qonması haqda da fakt mövcud deyil. Bina elə-belə durduğu yerdə yerlə bir oldu. İndi biz oturduğumuz, yaşadığımız binalar ondan nə qədər fərqlidir, bilmirəm.

Bildiyim odur ki, alternativlər də azdır. Paytaxt Bakıda ev, mənzil sahibi olmaq üçün onun dəyərinin 3 qatını ödəməsən, mümkün deyil.

Dünən qonşu liftdə mənə deyir ki, xəbərin var, filan general binanın 14-cü mərtəbəsində 3 mənzili alıb birləşdirib və 300 kvadratmetrlik edib. Adını ilk dəfə eşitdiyim o general bütün həyatı boyu aldığı maaşla o 3 mənzildən yalnız birini ala bilərdi. Amma gerçək ortadadır.

Dediyim odur ki, bəlkə də bizim məzarımıza çeviriləcək o “novostroyka”lara bu qədər də aludə olmamalıyıq. Bəlkə həyatımızın tam yarısını hansısa məmura, oliqarxa kredit ödəməklə keçirməyək. Bəlkə bir toplum olaraq düşünüb alternativ tapaq, həyatımızı daha da asanlaşdıraq. Axı bir yol olmalıdır... Bu yol yoxdursa, vay bizim halımıza!

Elnur Məmmədli
Yenisabah.az

Xəbər 153 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +