Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.02.2023  17:49 

“Hökumət redaksiya siyasətinə möhürünü vura bilməz...”





A+  A-

“Redaksiya özü bilər, bir gündə 10 xəbər verər, yoxsa 100…”

XəzərNews.az xəbər verir ki, bu sözləri müstəqil jurnalistlərin “Media haqqında” Qanunun dəyişdirilməsi ilə bağlı keçirdiyi konfransda Media hüququ üzrə ekspert Ələsgər Məmmədli mövzunun niyə indi gündəmə gəlməsi ilə bağlı suallara aydınlıq gətirib.

O bildirib ki, ümumiyyətlə, qanun qəbul edilənən bu yana bu problem gündəmdən düşməyib. Sadəcə, hökumət özü qanunvericilikdə nəzərdə tutulan əməlləri zamanında icra etməyib:

“Düşünülürdü ki, Venesiya Komissiyasının mənfi rəyindən sonra qanunun tətbiqi dayandırılıb. Venesiya Komissiyası rəyində bildirib ki, bu qanun Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Konvensiya yalnız teleradio sahəsinin lisenziyalaşmasını uyğun görür, bunun xaricində heç bir medianın xüsusi icazə sisteminə tabe olmasını dəstəkləmir. İstənilən bu tip icazə media azadlığına müdaxilədir. Bizim yeni qanunda da yalnız teleradio sahəsi yox, bütün media sferasının icazə sisteminə tabe olunması nəzərdə tutulur. Bu da media azadlığını məhdudlaşdırmaq deməkdir. Bütün bunlar gerçək medianın ləğvinə, yalnız ələbaxan medianın fəaliyyətinin mümkünlüyünə atılmış addımdır”.

Hüquqşünas deyib ki, yeni kampaniya indi başlayıb, çünki Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu məsələ ilə bağlı açıqlama verib.

İsmayılov bildirib ki, hansısa media reyestrdən keçməyibsə, deməli, mövcud deyil:

“Vətəndaşa şəxsiyyət vəsiqəsi verməyəndə o, mövcud olmur? Bəs adam öldürsə, necə? O zaman kim məsuliyyətə cəlb ediləcək? “Yox”a qarşı ittiham qaldırmaq olarmı? Bütün bu kampaniyaya qarşı gələn hökumət mediası da bir gün anlayacaq ki, biz həm də onların yaxşılığını istəyir, onların sifarişlə yazı hazırlamasının əleyhinəyik. Hökuməti tənqid edənlərə jurnalistlər cavab verməməlidir. Çünki jurnalistlər hökuməti təmsil etmirlər. Nədənsə onlara elə gəlir ki, hökuməti təmsil edirlər”.

Ələsgər Məmmədli ümid edir ki, hökumət bir an öncə həm konstitusiyanın, həm konvensiyanın, həm də azad jurnalistlərin haqlı tələblərini diqqətə alıb qanunu dəyişəcək, xüsusən də medianın reyestr məsələsinə birbaşa gətirilən çoxsaylı məhdudlaşdırıcı normalardan və reyestrin bu formatından imtina edəcək:

“Ayrıca bir məqam: deyirlər, bir xəbər saytı günə 20 xəbər yazmalıdır. Necə ola bilər ki, siz qanunla redaksiya siyasətinə təsir etməyə çalışırsınız? Redaksiya özü bilər bir gündə 10 xəbər verər, yoxsa 100. Bu, redaksiyanın siyasətidir. Hökumət redaksiya siyasətinə öz möhürünü vura bilməz ki, yox, 19 xəbər getsə, səni qapadacağam, cərimələyəcəyəm”.

“Redaksiya nəyi verib-verməyəcəyini, nəyin aktual olduğunu özü bilər. Bunu dərk etmək lazımdır. Dərk etmirlər, sonra da başlayırlar ki, bu insanlar Qərbə, İrana, Ermənistana xidmət edirlər. Bir qərar da verə bilmirlər ki, hara xidmət edirlər”, – deyə hüquqşünas qeyd edib.

Xəbər 200 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +