Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.01.2023  11:45 

Baş həkim Bakıdan gələnlərdən rüşvət alır... - İddia





A+  A-

Naxçıvan MR Mərkəzi Xəstəxanasına tez-tez, Bakıdan müxtəlif sahələr üzrə həkimlər dəvət olunur. Ancaq, pullu xidmət göstərən bu həkimlərin pasiyentlərdən aldığı vəsaitlər dövlət büdcəsindən gizlədilir.

XəzərNews.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a xəstəxanada çalışan bir qrup həkim məlumat verib.

Onların sözlərinə görə, büdcədən gizlədilən bu pullar, xəstəxananın baş həkimi Zəbur Bağırov və Bakıdan gələn həkimlər arasında bölünüb, mənimsənilir. Yəni, baş həkim Bakıdan gələnlərdən rüşvət alaraq, onların xəstəxanada fəaliyyətinə icazə verir.

Təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən həkimlərdən biri “Gündəlik Naxçıvan”a bildirir ki, hər dəfə Bakıdan həkimlər gələndə, xəstəxananın birinci mərtəbəsi onların ixtiyarına verilir:

"Zəbur Bağırov işçilərə və həkimlərə tapşırıb ki, yoxlama gəldiyi halda aksiya keçirildiyi, xəstələrin pulsuz müayinədən keçirildiyi bildirilsin. Hər dəfə iki həkim gəlir. Diyetoloq, kosmetoloqdan tutmuş, hər sahə üzrə həkimlər gəlir. Sonuncu dəfə yanıvarın 13-də gəlmişdilər. Əvvəlcədən xəstəxananın və həmin həkimlərin sosial səhifələrində elanlar verilir, telefon nömrələri yazılır. 100-lərlə xəstə zəng edərək, növbəyə yazılırlar. Sonra həkimlər gəlir. Vətəndaşların hər biri müayinədən keçmək üçün 100 manat ödəniş edirlər. Xəstəliyin müalicə və müayinəsinə uyğun olaraq əlavə ödənişlər də edilir. Bu pullar rəsmi qaydada qeydiyyata alınmır, pullar baş həkim və Bakıdan gələn həkimlər arasında bölünür. Xəstəxananın tibbi ləvazimatlarından istifadə olunur, heç bir vergi də ödənilmir.”

Bu həkimlərə müraciət edən xəstələrin bəziləri gözləntilərinin doğrulmadığını bildirirlər. Şərur rayon sakini Məlahət Əliyeva deyir ki, həkimlər artıq pul almaq üçün, müalicəni bilərəkdən uzadırlar:

"Birinci dəfə 170 manatlıq, ikinci dəfə 150 manatlıq resept yazdılar. Dərmanları Naxçıvanda tapa bilmədim. Zəng etdim qardaşım Bakıdan alıb göndərdi. İki ay müddətində heç bir irəliləyiş olmadı, əksinə, səhhətim pisləşdi. Onların müayinəsinə getməkdən imtina etdib, üalicə üçün Türkiyəyə getdim. Həkim reseptə baxdı və dedi ki, bu dərmanlar belə xəstə üçün çox ağırdır. Məcbur olub, yenidən müalicə alıram".

Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamaq mümkün olmadı.

Xəbər 601 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +