Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.01.2023  17:45 

Camaat hər şeyi anlayır... - Tunelin sonunda belə işıq görünmür





A+  A-

Bayaq oxudum ki, Ədliyyə Nazirliyi Pənah Hüseynin AXP adlı partiyasını qeydə almayıb. Düşünürəm ki, düz ediblər. İndi partiyalar haqqında qanun yaxşıdır, pisdir, bunu deyə bilmərəm. Heç oxumamışam da. Bircə onu eşitmişəm ki, əvvəllər qeydiyyat üçün 1 min üzv tələb olunurdusa, indi bu sayı 5 minə qaldırıblar.

Azərbaycanda hazırda heç bir partiyanın 5 min həqiqi üzvü olduğuna inanmıram. AXP-nin isə heç 50 üzvü olmaz. 5 nəfər ola bilər ki, onların da Pənah bəydən başqa heç birini tanımırıq. Çünki hələ o qurama debatlarda görməmişəm desinlər ki, bu zat AXP-nin filan filanıdır. Yalnız keçmiş baş nazir özü çıxıb danışır, arada da kimləsə əlbəyaxa olur.

Hazırda ölkədə elə bir mühit yaradılıb ki, burada siyasi partiya və ya hərəkat təsis etmək Antarktidada ağac əkmək qədər müşküldür. Vaxtilə yarananların da hamısı dağılıb gedib. Bunun kifayət qədər səbəbi var. Müxalifətçiliyin perspektivsizliyindən tutmuş ta siyasətin topdan monopoliyaya alınmasına qədər.

Qeydiyyat üçün üzv sayını da ona görə 5 minə qaldırıblar ki, hakimiyyətin "dobro"sunu ala bilməyən heç kəs o siyahını kağız üzərində belə tuta bilməsin.

Bu dəqiqə YAP üzvü olanların belə çoxusu iş tapa bilmir, onların arasında iş, dolanışıq, güzəran uğrunda ölüm-dirim mübarizəsi gedir. Belə bir ölkədə hansı axmaq əlindəki xırda işini buraxıb, müxalifət partiyasının üzvü oıar?

Bu ölkədə adi dəllal, makler, biletsatan belə qorxusundan başının üzərindən YAP sədrinin portretini asırsa, kim adının hansısa müxalifət partiyasının siyahısına yazılmasına razı olar? Yalnız və yalnız heç bir işi və məşğuliyyəti olmayanlar. Yəni zəncirlərdən başqa itirəcəyi heç bir şeyi olmayanlar. Həm də təkcə özünün yox ha, arvadının, oğlunun, qızının da. Eyni zamanda gərək partiya rəhbəri həmin adama nəsə versin, görüm-baxım eləsin. Hansı müxalif partiyanın rəhbərində o imkan var ki, üzvlərin hərəsinə ayda çox demirəm, cəmi onca manat versin.

Ümid qalır ancaq 10-15 nəfərlik qrup saxlayıb, 150-200 nəfər də fanatı fırlatmağa ki, bu da asan deyil. 10-15 nəfərə minimum maaş versən, ayda gərək azı 5 min xərcləyəsən. Bunu haradan ala bilərsən? Heç yerdən. Yalnız hökümətdən, yaxud onun icazə verdiyi kimsədən. Bu ölkədə kimsə hökümətdən xəbərsiz hansısa siyasi quruma bircə qəpik də ianə verə bilməz. Dərhal aşkar edib, dərisini boğazından çıxararlar.

Ola bilsin ki, Pənah kimilərə ayda müəyyən qədər verilir, ancaq bununla o yalnız öz çulunu sudan birtəhər çıxara və ətrafındakı 4-5 nəfərə ayda bir dəfə çay ala bilər. Ancaq nəinki partiya, heç dərnək də saxlaya bilməz.

İndi kütlələri hansısa ideya, ideologiya, güclü lider ilə bir yerə toplamaq da mümkün deyil. Artıq kimisə aldatmaq xeyli çətinləşib. Limit bitib. Camaat hər şeyi anlayır, başa düşür ki, tunelin sonunda belə işıq görünmür. Artıq siyasət tam qloballaşıb.

Artıq hansısa ideyaya, liderə inanıb, hansısa partiyaya üzv olmaq, hələ üstəlik üzvlük haqqı da vermək dövrü keçib. Yoxdur belə şey. Uzağı 10-15 nəfər siyasi təfəkkürlü insanın gələcəkdə baş verə biləcək fors-majorları nəzərə alaraq qrup, dərnək və ya klub halında fəaliyyət göstərməsindən, gündəmdə qala bilməsindən söhbət gedə bilər.

Artıq 80-ci, 90-cı illər deyil ki, tribunadan bir-iki gəlişi gözəl söz deyib, AXC, AMİP, Müsavat, ADP, Liberal və digərləri kimi ideyaya və ya liderə söykənən siyasi təşkilatlar yaradasan. O babamız çoxdan ölüb. İndi heç əlində maliyyə olan narazılar da tərpənə bilmir. Hər şey ciddi nəzarətdədir, özü də qlobal səviyyədə. Biz artıq dünya dövlətinin bir hissəsiyik və nəyisə dəyişməyimiz əvvəlkindən qat-qat çətindir. Ümid yalnız qlobal dəyişikliklərədir ki, onların da bizim xeyrimizə olub-olmayacağı bəlli deyil. Xalq da bunu ən azı intuitiv olaraq anlayır və heç bir təşkilata-zada inanmır...

Nadir Qocabəyli

Xəbər 907 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +