Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


25.01.2023  15:50 

Oğlunun təhqiqatçı, kürəkəninin isə rəis olması üçün 200 min verib - Məhkəmə





A+  A-

Bakıdakı özəl klinikalardan birinin həkimi 235 min manatlıq dələduzluqda suçlanaraq 9 il 6 ay azadlıqdan məhrum edilib. 53 yaşlı Könül Abbasovanın bu pulu vəzifəyə düzəltmək, sənədi saxtalaşdırmaq adıyla aldığı iddia olunur. Söhbət polis orqanlarında təhqiqatçı və Bakının rayonlarından birinə rabitə qovşağına rəis təyin olunmaqdan gedir.

XəzərNews.az Azadlıq radiosuna istinadən xəbər verir ki, Abbasovaya 235 min manatı verdiyini deyən Rəfiqə Seyidova zərərçəkmiş statusunda tanınıb. Cinayət işinin materiallarına əsasən, o, oğlunu polisə təhqiqatçı, kürəkənini paytaxtın Nizami və ya Xətai rayonlarından birinin rabitə qovşağına (ATS) rəis vəzifəsinə təyin etdirməkdən ötrü hər birinə görə 100 min manat (ümumilikdə 200 min) pul verib. Seyidovanın sözlərinə görə, həyat yoldaşının əvvəllər məhkumluğu olub. Oğlunun daxili işlər orqanlarına işə düzəlməsində atasının məhkumluğu problem yarada bilərdi. Məhkumluğun olmaması haqda arayış alınıb sənədlərin arasına daxil edilməsi üçün 30 min manat verib. Seyidova iddia edir ki, 5 min manat da görəcəyi işə görə həkimin özünə çatacaqdı.

"Heç kimin pulunu yeməmişəm"

Abbasova özünü qismən təqsirli bilir. Deyir ki, Seyidovadan aldığı pulları Samir Hüseyngil adlı şəxsə verib. Həmin şəxs isə onu da, Seyidovanı da aldadıb. Onun sözlərinə görə, Hüseyngil nəinki Seyidovanın, hətta onun özünün də təxminən 50 min manat pulunu geri qaytarmayıb, vəd etdiyi işi həyata keçirməyib.

"Mən Samirlə Rəfiqə xanımı da görüşdürmüşəm, danışıblar. Mən heç kimin pulunu yeməmişəm...", – təqsirləndirilən həkim belə deyib.

Samir Hüseyngil də məhkəmədə şahid kimi dindirilib. Onun barəsində ayrıca cinayət işi başlanıb. O deyib ki, Abbasovadan bir neçə dəfəyə 135 min manat pul alıb. Hüseyngil iddia edir ki, bu pullar ona biznesə yatırmaq məqsədilə verilib.

Zərərçəkmiş Seyidova ilə görüşə gəlincə, Hüseyngil deyib ki, onunla Abbasovanın işlədiyi klinikada bir dəfə görüşüb. Orada Seyidova bir qohumunu rabitə sahəsində işə düzəltməyi xahiş edib: "Mən də dedim ki, maraqlanaram...".

Könül Abbasova bundan öncə də rüşvət ittihamıyla cinayət məsuliyyətinə cəlb olunub. 2022-ci ilin aprelində Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 8 il həbs cəzası kəsilib.

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında yeni hökm çıxarıb. Onun əvvəlki cəzası da nəzərə alınaraq, üzərində yekun olaraq 9 il 6 ay həbs cəzası saxlanılıb.

Abbasova hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Xəbər 847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +