Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.01.2023  14:43 

“Şlyapa Zahid” Nəcməddin Sadıkovu ələ verir...





A+  A-

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin cinayət işi ilə bağlı məhkəmə araşdırması başlayır.

XəzərNews.az xəbər verir ki, APA Zahid Niftəliyevin cinayət işi ilə bağlı bəzi məlumatlar əldə edib.

İttihama görə, Zahid Niftəliyev N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil və təmin etməyə görə onlardan müxtəlif məbləğlərdə rüşvət alıb.

Zahid Niftəliyev görəcəyi işlərdə onlara Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib.

Qeyd olunub ki, onunla Nəcməddin Sadıkov arasında dostluq münasibətləri 1-ci Qarabağ müharibəsi zamanı yaranıb. Onlar birlikdə xidmət edib, sonralar isə yaxın dost olublar. Nəcməddin Sadıkovun Baş qərargah rəisi olduqdan sonra Zahid Niftəliyevi nazirliyin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim etdiyi, Zahid Niftəliyevin sözünün onun sözü olduğunu elan etdiyi bildirilir.

Zahid Niftəliyev bir neçə hərbçidən ümumilikdə 40 min manat rüşvət almaqda ittiham olunur.

Bundan başqa, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin beş nəfər hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən evində fəhlə işlədib.

Hərbi qulluqçular 15 gün ərzində hər gün səhər saat 08.00-dan axşam saat 20.00 kimi, heç bir ödəniş almadan fərdi yaşayış evinin qarşısındakı həyətyanı sahənin betonlanmasını və mozaika daşları ilə döşənməsini həyata keçiriblər.

Qeyd olunan əməllərə görə, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Hərbi Məhkəmənin qərarı ilə Zahid Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Zahid Niftəliyev verilmiş ittihamlarla özünü təqsirli bilməyib.

Cinayət işi araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Zahid Niftəliyev Müdafiə nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunur. O, “Şlyapa Zahid” kimi tanınır.

Xəbər 581 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +