Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.01.2023  21:10 

QƏRB PAŞİNYANI SÜLHDƏN NİYƏ YAYINDIRIR?





A+  A-

Gözlənildiyi kimi, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının sayının və müddətinin artırılması qərarının ardınca, Avropa Parlamenti də Azərbaycanın “Laçın dəhlizi”ni blokadada saxladığı bəhanəsiylə ölkəmiz əleyhinə növbəti qətnaməsini qəbul etdi.

Xatırladaq ki, Qərbdən ölkəmiz əleyhinə məhz belə bir kampaniyanın başlanacağını, oyuncağa çevrilmiş Avropa İttifaqı təsisatlarında bu cür qərarlar veriləcəyini yanvarın 10-da yerli telekanallara müsahibəsində dövlətin ən məlumatlı şəxsi - Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə dilə gətirmişdi.

Üstəlik, onu da xüsusi vurğulamışdı ki, Ermənistan bu havadarlarına arxalanıb sülh müqaviləsinin imzalanması prosesini yenə də uzadacaqsa və bu məqsədlə yeni təxribatlara əl atacaqsa, Azərbaycanın cavabı daha sərt olacaq.

Görünən odur ki, hazırda ABŞ və Avropa İttifaqı təmsilçilərinin Ermənistana intensivləşən səfərləri, atdıqları bütün addımlar Azərbaycanın yeni hərbi əməliyyatlara başlamaq riskini önləməyə və Paşinyan hakimiyyətini, ən azından, Türkiyədəki seçkilərin nəticəsi bilinənədək, qoruyub saxlamağa hesablanıb.

Çünki Qərbin beyin və təbliğat mərkəzləri Türkiyədəki seçkilərin regionun qədərini birdəfəlik müəyyənləşdirəcəyi, prezident Rəcəb Tayyib Ərdoğanın seçilməyəcəyi təqdirdə, 2020-ci ilin 44 günlük savaşında daha qabarıq görünən Rusiya-Türkiyə-Azərbaycan ittifaqının pozulacağı, beləliklə də, Cənubi Qafqazın tam şəkildə Qərbin təsiri altına keçəcəyi qənaətindədirlər.

Hazırda Türkiyə, xüsusən də Ərdoğan əleyhinə Qərbin himayəsi altında olan aidiyyəti mərkəzlərin hamısı aktiv hala gətirilib və ehtimal ki, qardaş ölkədə may ayına planlaşdırılan seçkilərin pozulması, qarışıqlığın yaranması və ona maksimum dərəcədə anti-demokratik rəng vurulması üçün də hər şeyə gediləcək.

May ayınadək Putin-Əliyev-Ərdoğan ittifaqı Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa vadar edə biləcəksə, şübhəsiz ki, bu, Ərdoğanın seçki reytinqinə də çox müsbət təsir göstərəcək və Ərdoğanı yıxmağa çalışan Bayden administrasiyası həm də bu səbəbdən Paşinyanı Azərbaycanla sülh sazişini imzalamaqdan yayınmağa təhrik edir.

Bu işdə ən böyük missiyalardan birinin də Qərbin 30 il boyunca Azərbaycanda yetişdirib bəslədiyi, siyasi himayəyə götürdüyü və maliyyələşdirdiyi şəbəkəyə həvalə edildiyi aydınca görünür. Bu şəbəkə 2 ildir Azərbaycan hakimiyyətini açıq şəkildə Rusiya amili ilə, Putinin planlarını yerinə yetirməkdə şantaj edərək, ictimai rəyi məqsədli şəkildə hökumət əleyihnə yönləndirməyə və Silahlı Qüvvələrimizi Ermənistanı yeni sülhəməcburetmə əməliyyatından çəkindirməyə çalışır.

Azərbaycan hakimiyyəti Qərb ölkələrinin və ölkəmizdəki Qərb şəbəkəsinin bu şantaj və təhdidlərindən çəkinməməli, Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən yararlanaraq, tezliklə yeni hərbi təzyiq vasitəsiylə Paşinyanı üzərinə götürdüyü öhdəliklərin icrasına vadar etməlidir.

Əks halda, Rusiyaya qarşı yeni bir cəbhənin açılmasına çalışan Qərbə həm Ermənistan, həm də Türkiyə ilə bağlı istəklərini yerinə yetirməkdə yeni fürsətlər qazandırmış olacağıq.

Elxan Şükürlü

Xəbər 663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +